
“Dəmir qübbə”nin lazer variantı
10 kilometrə qədər məsafədən göydə uçan hər şeyi məhv edir
10 kilometrə qədər məsafədən göydə uçan hər şeyi məhv edir
Səfirlik əməkdaşlarını güllələyən qatil haqqında bəzi məqamlar
İsrail nümayəndə heyətini geri çağırdı
“Hücum olarsa, ABŞ məsuliyyət daşıyacaq”
ABŞ vəziyyətə nəzarət etmək istəyir və onun planlarını pozacaq gərginliyin başlanmasından narahatdır
Səfirlik əməkdaşları hadisə yerində həlak olub
“Zəif saziş imzalarsa, təkbaşına hərəkətə keçməyə məcbur olacağıq”
Edam edilən İsrail agentinin arxivini oğurladılar
Kəşfiyyat agentliyi Tehran rejiminə işləyən iki nəfəri həbs etdiyini açıqladı
Husilər İsraili təhdid edir
Müdafiə Nazirliyi müasir kəşfiyyat və döyüş təyyarələri ilə maraqlanır
Narazı əhali terror təşkilatının tonlarla un saxladığı anbara basqın etdi
İsrail ordusu Qəzzada quru əməliyyatlarına başladı
“HƏMAS”ın 7 oktyabrda Qəzzada müharibəni başlatan hücumunun məqsədi üzə çıxdı
“Sinvar, Nəsrullah və Haniyə etdiyimiz kimi sizi də yox edəcəyik”
“Husilər”ə son günlərin ən ağır zərbəsi
İsrail tərəfindən Livanın paytaxtı Beyruta hava hücumu həyata keçirilib. “Hizbullah” komandirini hədəf alan hücumda ölən və yaralananların olduğu bildirilir. Hücum “Hizbullah”ın qalası kimi tanınan Dahiyənin hərəkətli küçələrində bir çox binaya qarşı həyata keçirilib.
Pilotsuz uçuş aparatlarından (PUA) atılan 3 raketlə hücumda Ər-Rabih adlı binanın vurulduğu, iki mərtəbənin dağıldığı bildirilib. Livan mediası hücumda bir qadının öldüyünü, 7 nəfərin yaralandığını bildirib.
Hadisə yerində böyük panika yaşanıb.
Bu arada Livanın rəsmi xəbər agentliyi NNA-da yer alan xəbərdə İsrailin paytaxt Beyrutun cənub bölgəsinə etdiyi hücumda Hizbullahın Şura Şurasının yerləşdiyi Huhreyk bölgəsinin hədəf alındığı qeyd edilib.
“Hizbullah”a yaxın mənbə isə hücumda iki nəfərin öldüyünü bildirib. İsrail Ordusu da hücumu təsdiqləyib və bunun işğal altındakı Qolan təpələrinə edilən hücuma cavab olduğunu açıqlayıb. Açıqlamada Qolandakı hücuma görə məsul olan “Hizbullah” komandirinin hədəf alındığı bildirilib.
Hədəf alınan “Hizbullah” komandirinin adı və hücumun necə həyata keçirildiyi barədə təfərrüatlar verilməyib. İsrailin müdafiə naziri Yoav Qalant da “X” sosial platformadakı hesabında “Hizbullah qırmızı xətti keçdi” paylaşıb.
***
“Reuters”in məlumatına görə, üç yüksək səviyyəli təhlükəsizlik mənbəsi İsrailin hədəfinin Hizbullahın hərbi əməliyyatlarına cavabdeh olan Fuad Şükür olduğunu bildirib. Şükür həm də əl-Həcc Muhsin kimi tanınır.
Xəbər agentliyi hücumda hədəf alınan yüksək səviyyəli “Hizbullah” komandirinin sağ qaldığını bildirib.
Ağ Evdən verilən açıqlamada “Hizbullah ilə İsrail arasında müharibə olacağına inanmırıq” deyilir.
Livanın xarici işlər naziri, "İsrailin hücumunu pisləyirik və BMT-yə şikayət etməyi planlaşdırırıq" dedi.
***
İsrail mətbuatı da hücumda Fuad Şükürün hədəf alındığını və sözügedən şəxsin “Hizbullah”ın 2 nömrəli adı olduğunu iddia edib. Xəbərdə Şükürün bir neçə il əvvəl “Hizbullah”ın dəqiq raket layihəsinə komandan təyin edildiyi iddia edilib.
Hücum və İsrail mətbuatında yer alan iddialarla bağlı “Hizbullah” hələlik açıqlama verməyib.
Hizbullah komandiri Fuad Şükür 1983-cü ildə Beyrutda ABŞ Dəniz Piyadaları kazarmasının bombalanmasında iddia edilən rola görə Vaşinqton terrorçunu ələ verənə 5 milyon dollar mükafat vəd edib.
23 oktyabr 1983-cü ildə Beyrutda ABŞ dəniz piyadaları kazarmasına təşkil edilən və 241 ABŞ hərbçisinin öldüyü, 128 nəfərin yaralandığı bombalı hücumda Şükrin mühüm rol oynadığı bildirilir.
***
İsrailin işğalı altında olan Qolan Təpələrindəki Majdel Şəms qəsəbəsində futbol meydançasına atılan raket nəticəsində aralarında uşaqların da olduğu 12 nəfərin həyatını itirdiyi, 17-si ağır olmaqla 35 nəfərin yaralandığı açıqlanıb.
İsrail ordusu “əllərində olan kəşfiyyat məlumatları və onların qiymətləndirməsi nəticəsində” raketin Livanın cənubundakı Şeba şəhərinin şimalından atıldığını bəyan edərək, Livan “Hizbullah”ının məsuliyyət daşıdığını açıqlayıb.
Livan “Hizbullah”ı isə Məcdel Şəmsdəki hücumun onlar tərəfindən həyata keçirildiyinə dair iddiaları təkzib edərək, “hadisə ilə heç bir əlaqəsinin olmadığını” bildirib.
İsrailin baş naziri Binyamin Netanyahu da hücumla bağlı açıqlamasında “İsrail bu ölümcül hücumu bir kənara qoymayacaq. “Hizbullah” indiyə qədər heç vaxt ödəmədiyi ağır bədəli ödəyəcək”, – deyib.