İsrail Livanın cənubunu vurdu
1 nəfər mülki vətəndaş həlak oldu
13:14 | 31 iyul 2024 | Çərşənbə
Məqaləyə 828 dəfə baxılıb
Şriftin ölçüsü
1 nəfər mülki vətəndaş həlak oldu
“Çaxal” əsgərinin xristian abidələrinə qeyri etik davranışı hiddətə səbəb oldu
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
İsrail hücum iddialarını təkzib etdi
Rubio: “Müzakirələrin əsas məqsədi “Hizbullah”ın təsirinə son qoymaqdır”
İsrail və Livan ABŞ-də danışıqlar aparacaq
İsrail Baş qərargah rəisi əməliyyatların Livan ərazisinin dərinliklərində aparılacağını dedi
Telefon danışığından sonra 10 dəqiqə ərzində 100 hədəf vuruldu
Terrorçuların lideri və qardaşı oğlunun öldürülməsi xəbəri yayıldı
Körpünün uçması nəticəsində ölənin bir hissəsi ilə əlaqə qırıldı
Tramp daimi atəşkəsə nail olsa, Tehranı uzunmüddətli nəzarətdə saxlaya bilər
İran dövlət və xalq olaraq tamamilə məğlub edildi, sındırıldı və təhqir olundu
Amma tanker sahibləri təhlükəsizlikdən əmin deyil
Bəs SEPAH kimin üzərində qalib gəlib?
Nələr var və razılaşma necə əldə olundu?
ABŞ və İsrailin fərqli maraqları
Qolanda 12 uşağın ölümünə səbəb olan Məcdel Şəms hücumuna cavab olaraq dünən (çərşənbə axşamı) axşam saatlarında “Hizbullah” terror təşkilatının qalası sayılan Beyrutun cənub ətraflarında İsrail tərəfindən təşkil edilən sui-qəsd əməliyyatında hədəf alınan terrorçuların yüksək səviyyəli lideri Fuad Şükür, İsrail əvvəli Vaşinqton üçün strateji bir hədəf olaraq görülürdü. ABŞ Dövlət Departamentinin Ədalət Mükafatları Proqramı çərçivəsində Şükür haqqında məlumat verənə 5 milyon dollar mükafat veriləcəyi bildirilib.
Proqramın internet saytında 15 aprel 1961-ci ildə Baalbekin (Şərqi Livan) Nebi Şit bölgəsində anadan olduğu bildirilən Şükür “Hacı Muhsin” kimi də tanınır. Həmçinin bildirilir ki, Şükür “Hizbullah”ın baş katibi Həsən Nəsrullahın hərbi məsələlər üzrə baş müşaviri olub.
Saytın məlumatına görə, Şükür “Hizbullah”ın ən yüksək hərbi qurumu olan Cihad Şurasında xidmət edib və terror təşkilatının Suriyada müxalif qüvvələrə qarşı hərbi kampaniyasında “Hizbullah” terrorçularına və Suriya rejimini dəstəkləyən qüvvələrə yardım edib.
Şükür “Hizbullah”ın öldürülmüş komandiri İmad Muğniyənin yaxın sirdaşı olub. Vaşinqtonun fikrincə, o, 23 oktyabr 1983-cü ildə Beyrutda ABŞ Dəniz Piyadaları Korpusunun kazarmasına edilən və 241 ABŞ hərbçisinin ölümü və 128 nəfərin yaralanması ilə nəticələnən bombalı hücumda “əhəmiyyətli rol” oynayıb. 10 sentyabr 2019-cu il tarixində ABŞ Dövlət Departamenti 13224 saylı Sərəncamla Şükürü Xüsusi Təyin olunmuş Qlobal Terrorçu kimi təyin etdi.
ABŞ Maliyyə Nazirliyi də 2015-ci ildə 13582 saylı fərmanla Şükürü “Hizbullah” üçün və ya onun adına işlədiyinə görə “terrorçu” elan edib.
İsrailin “Kanal 12” televiziyası dünən gecə Beyrutun cənub ətraflarında təşkil edilən hücumun hədəfinin “Hacı Muhs”in ləqəbi olan Şükür olduğunu bildirib. Kanal Şükürün Nəsrullahın hərbi müşaviri olduğunu və israillilər tərəfindən terror təşkilatının ikinci adamı kimi tanındığını bildirib.
Bəzi məlumatlara görə, 2016-cı ildə “Hizbullah”ın hərbi komandiri Mustafa Bədrəddin Dəməşqdə öldürüldükdən sonra Şükür bu vəzifəyə keçib, lakin bu məlumat təsdiqini tapmayıb.