Berlin mərkəzində çəkiclə işgəncə
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
20:24 | 31 iyul 2024 | Çərşənbə
Məqaləyə 664 dəfə baxılıb
Şriftin ölçüsü
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
Avropanın mərkəzində müharibə qorxusu
Məzar daşları dağıdıldı
Üslub qaydalarını pozan deputata 4000, iclasa qatılmayan isə 300 avro cərimələnəcək
Almaniya kansleri Avropaya səsləndi: “Diplomatiya vacibdir, amma kifayət deyil”
Almaniyada ən çox oğurluq baş verən şəhərlər açıqlanıb
Regionda və dünyadakı sülhün möhkəmlənməsində Azərbaycanın rolu müzakirə olunub
Azərbaycan Prezidentinin köməkçisi Almaniyanın XİN-in dövlət katibi ilə müzakirələr aparıb
Prezidentin köməkçisi bu barədə rəsmi səhifəsində məlumat verib
Rəsmilər şirkətin tamamilə bağlanmaması üçün investor axtarışına başlayıblar
Bu ilin fəxri qonağı Filippinlərdir
Hökumət sərbəst iş qrafiki ilə yanaşı iş müddətini artırmağı düşünür
“BMW” avtomobillərinin motorunda problem aşkarlanıb
Rusiyadan Almaniyaya sərt ittiham
Almaniya Rusiyanın təhdidinə qarşı silahlanma yarışına girir
Almaniyada iflaslar son 10 ilin ən yüksək səviyyəsində
2023-cü ildə Belarusda həbs edilən, terrorizmdə və radikal təşkilata üzv olmaqda mühakimə olunan və ötən ay ölüm cəzasına məhkum edilən Almaniya vətəndaşı Riko Krigerə şad xəbər gəlib.
Prezident Aleksandr Lukaşenko dünən (30 iyul) Krigerin əfv edildiyini açıqlayıb. Almaniya Xarici İşlər Nazirliyi də bu xəbəri təsdiqləyib.
Keçən il Belarus dövlət televiziyasında yayımlanan müsahibəsində Riko Kriqer Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) əmri ilə paytaxt Minskin cənub-şərqindəki dəmir yolu xəttinə partlayıcı maddələr yerləşdirdiyini etiraf edib. Partlayıcının işə düşməsi zamanı xəsarət alan olmayıb.
Qərb mediası 30 yaşlı Krigerin danışmağa məcbur edildiyini iddia edib.
Cümə axşamı dövlət televiziyasında yayımlanan başqa bir videoda Riko Krigerin Belarus prezidenti Aleksandr Lukaşenkodan mərhəmət dilədiyi görülüb.
Krieger də son müsahibəsində etiraf edib ki, o, Belarusdakı hərbi bölgələrin fotolarını çəkib.
Almaniyanın xarici işlər naziri Annalena Baerbok cümə günü Belarus hakimiyyətinin münasibətini sərt şəkildə tənqid edib: “Belarus rejiminin Almaniya vətəndaşını televiziyada ifşa etməsi qəbuledilməzdir”.
Nazirlik və Almaniyanın Belarusdakı səfirliyinin həm Krieger, həm də ailəsi ilə yaxın dialoq qurduğunu ifadə edən Baerbok, “Bu şəxsin hüquqlarının qorunması üçün əlimizdən gələni edirik”, – dedi.
Bu amnistiyanın Belarusun yaxın müttəfiqi olan Rusiyanın casusluqda təqsirli bilinən ABŞ vətəndaşı Evan Qerşkoviçdən ölkədəki digər qərbli məhbuslarla mübadilədə istifadə edə biləcəyi barədə şayiələr yayıldığı bir vaxtda verilməsi diqqət çəkib.
Moskva həmçinin Almaniyada qətldə təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilmiş Vadim Krasikov kimi şəxslərin ekstradisiyasını istəyir.
“Reuters” xəbər verir ki, son günlər Rusiya həbsxanalarından yoxa çıxan müxaliflər də hərtərəfli mübadilə yolu ilə Qərbə göndərilə bilər və bu şəxslərin sayı ən azı 7 nəfərdir.
Bunun üçün Rusiya prezidenti Vladimir Putin onları əfv etdiyini rəsmən bəyan etməlidir.
Kreml Londonda yerləşən xəbər agentliyinin sorğusunu rədd edib.