
“Taurus” böhranı
Rusiya Almaniyanı vurmaqla hədələyir, Merz isə Kiyevə dəstəyi artırır
Rusiya Almaniyanı vurmaqla hədələyir, Merz isə Kiyevə dəstəyi artırır
Keçmiş MKİ rəhbərinin Rusiya ilə bağlı ilginc iddiaları
ABŞ Rusiyaya qarşı əlavə sanksiyalarla bağlı xəbərdarlıq edib
Rusiya PUA tədqiqatlarını təhsil sisteminə məcburi fənn kimi əlavə edir
Kremlin fövqəlgüc hesab etdiyi raketlər 6 nüvə başlığı daşıya bilir
Almaniya Ukraynaya dəstəyini davam etdirir
Ukrayna 2 il vaxt verir
Məbləğin 65 faizi AB üzvü ölkələrdən alınan silahlara xərclənməlidir
Rusiya ukraynalı nazirin Bakıya gəlişini niyə həzm edə bilmir?
Zelenski hökuməti Romada keçiriləcək Ukraynanın Bərpası Konfransında Azərbaycanın da iştirakını istəyir
ABŞ-nin bu sanksiyası Rusiyanı çökdürə bilər
Tramp Putini indi başa düşüb, Senat hərəkətə keçdi
NATO-dan Rusiya xəbərdarlığı: “İndi bütün NATO Rusiya ilə sərhəddir”
İngilis ordusundan yeni müharibə strategiyası
Yanukoviçin köməkçisi, Avromaydan repressiyalarını əsas fiquru zənginlər qəsəbəsində güllələnib
Hindistan məcbur oldu, Rusiya isə buna çalışır
Ukrayna Prezidenti Aparatının rəhbəri Yermak həm də hüquqşünas və kino prodüseri kimi fəaliyyət göstərib. Amerikanın “Washington Post” (WP) qəzeti Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermakın “çox adamı qəzəbləndirdiyini” yazıb.
Məqalədə Ukrayna prezidenti Vladimir Zelenskinin “kölgəsi” kimi qələmə verilən Yermakın ölkə tarixində bu vəzifədə işləyən ən güclü siyasətçi olduğu deyilir.
Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenkonun şəxsi katibi Oleq Ribaçuk Zelenski ilə Yermakın çox yaxın olduqlarına diqqət çəkərək, “Qərarları kimin verdiyi maraqdır” deyir. Ribaçuk Yermakın mövqeyi ilə bağlı aşağıdakı dəyərləndirmələri bölüşür: “Yermak sələflərinin əksəriyyətindən fərqli olaraq heç bir hökumət təcrübəsi olmadan vəzifəyə gəldi. O, əvvəldən bu sözləri təkrar edirdi: “Mənim yeganə arzum, yeganə ambisiyam prezidentin kölgəsi olmaq, prezidentin istədiyi yerdə olmaqdır”. O, özünü Zelenskinin ayrılmaz hissəsi kimi belə təsvir edir.
Xəbərdə Yermakın Zelenskinin Rusiya müharibəsindəki qərarlarında mühüm rol oynadığı iddia edilir.
Həmçinin iddia olunur ki, 52 yaşlı siyasətçi fevralın 8-də baş qərargah rəisi Valeri Zalujninin keşməkeşli prosesdən sonra vəzifəsindən azad edilməsində Zelenskiyə məsləhət verib. Zelenski Zalujnidən sonra bu vəzifəyə Quru Qoşunlarının komandanı Oleksandr Sirskinin təyin edildiyini açıqlayıb.
Yermak Kiyevdəki Taras Şevçenko Milli Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun beynəlxalq xüsusi hüquq üzrə magistr dərəcəsini bitirib. Müxtəlif hüquq firmalarında çalışan Yermak 2012-ci ildə “Garnet International Media Group” media şirkətini qurub və film istehsalı ilə məşğul olub.
O, həmçinin 2017-ci ildə nümayiş olunan Slovakiya-Ukrayna birgə istehsalı olan “The Line (Čiara)” filminin prodüseri olub.
Avropa Film Akademiyasının, eləcə də Ukrayna Kino Akademiyasının üzvü olan Yermak 2011-ci ildə Zelenski ilə tanış olub. Ukrayna lideri həmin vaxt ölkənin “İnter” telekanalında işləyirdi.
Zelenski 2019-cu il mayın 20-də keçirilən seçkilərdə qalib gəldikdən sonra Yermakı xarici siyasət üzrə vitse-prezident təyin edib. 11 fevral 2020-ci ildə Zelenskinin şəxsi katibi olan Yermak 2022-ci ilin fevralında başlayan Rusiya-Ukrayna müharibəsində əsir mübadiləsi proseslərini də həyata keçirib.
“WP”nin xəbərlərində Yermakın ABŞ administrasiyası ilə əlaqələrinə də diqqət yetirilir. Xatırladaq ki, ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bu ilin martında Kiyevdə etdiyi çıxışda Yermak haqqında “Biz müntəzəm olaraq görüşürük” demişdi.
Yermak iyunun 28-də xarici işlər naziri Hakan Fidan ilə də görüşüb. Ankarada keçirilən görüşdə Ukraynanın müdafiə naziri Rüstəm Ömərov da iştirak edib.