Livan yeni müharibəyə sürüklənir
İsrail–“Hizbullah” xəttində hava hücumları; PUA-larla çəkindirmə işə yaramır
19:19 | 31 iyul 2024 | Çərşənbə
Məqaləyə 610 dəfə baxılıb
Şriftin ölçüsü
İsrail–“Hizbullah” xəttində hava hücumları; PUA-larla çəkindirmə işə yaramır
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
1 nəfər mülki vətəndaş həlak oldu
“Çaxal” əsgərinin xristian abidələrinə qeyri etik davranışı hiddətə səbəb oldu
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
İsrail hücum iddialarını təkzib etdi
Rubio: “Müzakirələrin əsas məqsədi “Hizbullah”ın təsirinə son qoymaqdır”
İsrail və Livan ABŞ-də danışıqlar aparacaq
İsrail Baş qərargah rəisi əməliyyatların Livan ərazisinin dərinliklərində aparılacağını dedi
Telefon danışığından sonra 10 dəqiqə ərzində 100 hədəf vuruldu
Terrorçuların lideri və qardaşı oğlunun öldürülməsi xəbəri yayıldı
Körpünün uçması nəticəsində ölənin bir hissəsi ilə əlaqə qırıldı
Tramp daimi atəşkəsə nail olsa, Tehranı uzunmüddətli nəzarətdə saxlaya bilər
“Hizbullah” terror təşkilatı İsrail ordusunun paytaxt Beyruta həyata keçirdiyi hava hücumunda yüksək rütbəli komandirlərindən Fuad Şükürün öldürüldüyünü təsdiqləyib. Təşkilatın rəsmi “Telegram” hesabından verilən açıqlamada “Seyid Muhsin” kod adlı Şükürün İsrailin hücumunda həyatını itirdiyi bildirilib.
Terrorçular daha əvvəl İsrail qüvvələrinin hava hücumu zamanı Şükürün binada olduğunu, lakin dağıntılar altında qaldığını və ona çatmaq mümkün olmadığını bildirmişdi.
***
İsrail ordusu dünən Livanın paytaxtı Beyruta hava hücumu zamanı “Hizbullah” komandirlərindən Şükürü öldürdüyünü açıqlamışdı.
Açıqlamada hücumun döyüş təyyarələri ilə həyata keçirildiyi və öldürülən komandirin “Hizbullah” lideri Həsən Nəsrullahın “sağ əli” olduğu iddia edilib.
Həmçinin, Şükürün “8 oktyabr 2023-cü ildən İsrailə qarşı hücumları idarə etdiyi və 27 iyulda Məcdel Şəms hücumundan məsul olduğu” iddia edildi.
İsrail mətbuatında Şükürün bir neçə il əvvəl Hizbullahın "dəqiq raket layihəsi"nə komandan təyin edildiyi xəbəri yayılıb.
Hizbullah komandiri Fuad Şükür Vaşinqtonun 1983-cü ildə Beyrutdakı ABŞ Dəniz Piyadaları kazarmasının bombalanmasında oynadığı iddia edilən rola görə mükafat verdiyi adlar arasında olub.