İsrail “Hizbullah” komandirini öldürdü
“Çaxal” əsgərinin xristian abidələrinə qeyri etik davranışı hiddətə səbəb oldu
01:42 | 13 avqust 2024 | Çərşənbə axşamı
Məqaləyə 381 dəfə baxılıb
Şriftin ölçüsü
“Çaxal” əsgərinin xristian abidələrinə qeyri etik davranışı hiddətə səbəb oldu
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
İsrail hücum iddialarını təkzib etdi
Rubio: “Müzakirələrin əsas məqsədi “Hizbullah”ın təsirinə son qoymaqdır”
İsrail və Livan ABŞ-də danışıqlar aparacaq
İsrail Baş qərargah rəisi əməliyyatların Livan ərazisinin dərinliklərində aparılacağını dedi
Telefon danışığından sonra 10 dəqiqə ərzində 100 hədəf vuruldu
Terrorçuların lideri və qardaşı oğlunun öldürülməsi xəbəri yayıldı
Körpünün uçması nəticəsində ölənin bir hissəsi ilə əlaqə qırıldı
Tramp daimi atəşkəsə nail olsa, Tehranı uzunmüddətli nəzarətdə saxlaya bilər
İran dövlət və xalq olaraq tamamilə məğlub edildi, sındırıldı və təhqir olundu
Amma tanker sahibləri təhlükəsizlikdən əmin deyil
Bəs SEPAH kimin üzərində qalib gəlib?
Nələr var və razılaşma necə əldə olundu?
ABŞ və İsrailin fərqli maraqları
SEPAH Hormuzdə yeni əməliyyat planı hazırlayır
Ağ Evdən verilən açıqlamada İranın bu həftə İsrailə hücum edəcəyi ehtimalının olduğu bildirilib. Ağ Evin sözçüsü Con Kirbi, “İsraillilər İran və onun nəzarətindəki silahlı yaraqlıların yaxın günlərdə hücum ehtimalının daha yüksək olduğuna inanırlar. Biz bu narahatlığı paylaşırıq, ona görə də İsrail və regiondakı digər müttəfiqlərlə koordinasiya edirik”, – deyib.
Kirbi bildirib ki, ABŞ prezidenti Co Bayden bu gün Böyük Britaniya, Almaniya, Fransa və İtaliya liderləri ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.
ABŞ və İsrail rəsmiləri, İranın raket və pilotsuz uçuş aparatlarına hazırlıqlara başladığını və bunun apreldəki hücumdan əvvəlki addımlara bənzədiyini bildirib.
***
“Wall Street Journal” (WSJ) qəzeti İsrail ordusunun Livanda “Hizbullah” terror təşkilatına qarşı həyata keçirdiyi cavab hücumundan sonra bu ay ilk dəfə yüksək döyüş hazırlığına keçdiyini iddia edib.
İki həftəyə yaxındır ki, İsrail “HƏMAS” terror təşkilatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə cavab olaraq İrandan hücum gözləyir.
Haniyə iyulun 31-də İranın paytaxtı Tehranda öldürülüb. İran və HƏMAS hücumun arxasında İsrailin olduğunu, Tehran isə Tel-Əviv rəhbərliyinə cavab verəcəyini bəyan edib.
İsrail dövlət televiziyası KAN bildirib ki, İsrail aprel ayında İranın başlatdığı hücumdan daha genişmiqyaslı hücuma hazırlaşır.
***
ABŞ, Böyük Britaniya, Fransa, Almaniya və İtaliya Qəzzada atəşkəsin ən qısa zamanda təmin edilməsi üçün birgə bəyanatla çıxış edərək, “İtirəcək vaxt yoxdur, bütün tərəflər öz öhdəliklərini yerinə yetirməlidir”, – deyib.
ABŞ, İngiltərə, Fransa, Almaniya və İtaliya birgə yazılı açıqlama verərək, Yaxın Şərqdə gərginliyin azaldılmasını və Qəzzada bir an əvvəl atəşkəsin təmin edilməsini istəyib: “Prezident Bayden, Misir Prezidenti Sisi və Qətər Əmiri Şeyx Təmimin atəşkəs razılaşmasını mümkün qədər tez başa çatdırmaq üçün danışıqlara bu həftə yenidən başlamaq çağırışını dəstəkləyirik”.
Bəyanatda, İsrailin İrana qarşı özünümüdafiəsinə hər cür dəstəyin davam edəcəyi bildirilib. Bəyanatda belə bir hücumun regional təhlükəsizlik üçün ciddi nəticələrinin olacağı vurğulanıb.