Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
10:46 | 16 avqust 2024 | Cümə
Məqaləyə 354 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
İkili (ABŞ və Rusiya) vətəndaşlığı olan Kseniya Karelina işğal altındakı Ukraynaya dəstək verən xeyriyyə təşkilatına 51 (87 manat) dollar bağışladığı üçün Rusiyada 12 il həbs cəzasına məhkum edilib. Keçmiş balerina Ukrayna ordusu üçün pul toplamaqda ittiham olunaraq vətənə xəyanətdə təqsirli bilinir.
Rusiyanın Federal Təhlükəsizlik Xidməti iddia edib ki, Karelina “Ukrayna təşkilatlarından birinin maraqları naminə fəal şəkildə pul toplayıb və sonra bu vəsaitdən Ukrayna Silahlı Qüvvələri üçün tibbi ləvazimatlar, avadanlıq, silah və sursat almaq üçün istifadə edilib”.
Keçmiş balerina olan Karelina amerikalı əri ilə evləndikdən sonra Los-Ancelesə köçüb və ABŞ vətəndaşlığını alıb.
Rusiya dövlət mediasının məlumatına görə, ailəsini ziyarət etmək üçün Rusiyaya qayıdan Karelina Yekaterinburqda həbs edilib. Məhkəməyə çıxarılan Karelina qapalı keçirilən prosesdə ona qarşı irəli sürülən ittihamları qəbul edib.
Onun vəkili Mixail Muşailov bildirib ki, Karelina pulun köçürülməsində günahını etiraf edib, lakin pulun “anti-Rusiya hərəkətləri” üçün istifadə olunacağından xəbərsiz olub. Vəkil qərardan apellyasiya şikayəti verməyi planlaşdırdıqlarını bildirib.
Onun əri Kris Van Heerden həbs qərarı çıxarılandan bəri Karelinanın azadlığa buraxılması üçün kampaniya aparır.
Van Heerden Los-Ancelesdəki bir qəzetə, “Ukraynadakı müharibəyə görə onun getməsinin təhlükəli ola biləcəyini düşündüm, lakin o, məni əmin etdi ki, rus olduğu üçün heç bir problemi olmayacaq”, – deyib.
2022-ci ilin fevralında Ukraynanın tam işğalından sonra Rusiya onun Ukraynadakı hərəkətlərini və ordusunu gözdən salan tənqidi bəyanatları cinayət hesab edən qanunlar qəbul edib.