
“RQ-4B Global Hawk” iş başında
ABŞ Qara dənizə nəhəng kəşfiyyat təyyarəsi göndərib
ABŞ Qara dənizə nəhəng kəşfiyyat təyyarəsi göndərib
Rusiya bu günə qədər Ukraynaya ən hücumu həyata keçirib
Rusiyada böyük türk hərəkatı ideyası
Kremlin şərtləri var
İşğalçı ordunun mülki avtobusu vurması nəticəsində 9 nəfər ölüb
Lavrovun hobbisi Hitlerdə də vardı...
... Və Trampın dəyişkən istəkləri
Zelenski Türkiyəni tərk edir
İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqları mətbuata qapalı olacaq
Rusiya təyyarəsi ölkəni həyəcan vəziyyətinə salıb
Zaxarova: “Ukraynanın nəyə və nə dərəcədə hazır olması İstanbulda bilinəcək”
Zelenskinin açıqlamasına Zaxarova zəhərini tökdü: “Fırıldaq sözünü kim deyir?”
“Sui-qəsd qorxusu Rusiya prezidentinin Kremldən çıxmağa qoymur”
Britaniya qəzeti Zelenskinin Putinə çağırışını “böyük qumar” adlandırıb
“Bütün müvafiq tərəfdaşlarla yaxşı əlaqələrə malikdir”
Kremldən açıqlama
Rusiya Federal Penitensiar Xidmətinin (FSIN) verdiyi açıqlamada 19 saylı cəzaçəkmə müəssisəsində intizam komissiyasının iclası zamanı bəzi məhbusların əməkdaşları girov götürmüşdü. Güc strukturlarının girovların azad edilməsi üçün səy göstərildiyi və yaralıların olduğu, həbsxanaya dəstək qüvvələrinin göndərildiyi bildirilirdi.
Volqoqrad qubernatoru Andrey Boçarov sosial media hesabından verdiyi açıqlamada 4 həbsxana zabitinin yaralanaraq xəstəxanaya göndərildiyini bildirmişdi.
Hüquq-mühafizə və təhlükəsizlik qüvvələrinin əməliyyat keçirdiklərini deyən Boçarov mülki əhali üçün heç bir təhlükənin olmadığını qeyd etmişdi.
Rusiya İstintaq Komitəsinin rəsmiləri tərəfindən Rusiya mətbuatına verilən açıqlamada, ilkin təsbitlərə görə, həbsxana məhbusları şəxsi heyəti girov götürərkən bir məmurun öldüyü bildirilirdi.
Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında Volqoqraddakı həbsxanada baş verən insidentlə bağlı səlahiyyətlilərdən məlumat alıb.
Sosial şəbəkələrdə Orta Asiya əsilli olduğu bildirilən 4 məhbusun qiyam qaldıraraq zabitlərə hücum etdiyi bildirilirdi. Hadisəni terror təşkilatı DEAŞ üzvlərinin törətdiyi iddia edilib.
Həmçinin o da məlum oldu ki, adıçəkilən həbsxanada 1200-dən çox məhbus var.
Təhlükəsizlik qüvvələrinə yaxın xəbər mənbələri Rusiya təhlükəsizlik qüvvələrinin dünən həbsxanaya basqın edərək İŞİD-ə bağlı olduqlarını iddia etdikləri bıçaqlı məhbusların girovlarını xilas etdiyini bildirib. Səlahiyyətlilər 4 yaraqlının öldürüldüyünü açıqlayıb. “Reuters”in məlumatına görə, girovların sayı açıqlanmasa da, bütün girovların xilas edildiyi açıqlanıb.
Volqoqrad qubernatoru Andrey Boçarov “Teleqram” vasitəsilə verdiyi açıqlamada, qiyamçıların tərəfindən neçə nəfərin öldürüldüyünü dəqiqləşdirmədən “Təəssüf ki, cinayətkarların hərəkətləri nəticəsində ölənlər var”, – deyib.
Hücumçuların çəkdiyi videoda ən azı bir həbsxana məmuru daha əvvəl öldürülmüşdü, daha iki nəfər isə qanlar içində hərəkətsiz vəziyyətdə uzanmışdı. Görüntülərdə dörd təcavüzkarın həbsxananın həyətində dolaşdığı, həbsxana işçisinin isə paltarı qan içində girov saxlandığı görünür. Silahlı hücum edənlərin Tacikistan və Özbəkistan vətəndaşları olduğu bildirilib.