
3 ayda 40 faiz itiki
“Tesla” satışlarında dibə vuran Maskın şirkətləri 560 milyard dəyər itirib
“Tesla” satışlarında dibə vuran Maskın şirkətləri 560 milyard dəyər itirib
Hücumlar DOGE-nin minlərlə işçini ixtisar etməyə davam etdiyi vaxta təsadüf edir
İlon Mask 14-cü dəfə ata oldu
“Seçicilərim maliyyə sıxıntısı çəkərkən özüm daha çox qazanmaq üçün səs verməyəcəyəm”
Mask kadr çatışmazlığına görə təqaüdə çıxanlara çağırır etdi
“O, mütərəqqi simvoldan rüsvayçılıq nişanına çevrildi”
İlon Maskın elektron poçt tələbi xaosa səbəb olub: “Bu, dəlixanaya bənzəyirdi”
Mask və Altmanın süni intellekt mübarizəsi harada inkişaf edəcək?
Maskdan ABŞ hökumətini çağırış
76 yaşlı Mey Mask podiuma çıxıb
Yüksək vəzifəli məmur irqçi paylaşımların üzə çıxmasından sonra istefa verdi
“Tesla” CEO-su macar biznesmenin təsirini qırmaq istəyir?
Ağ Ev İlon Maskın Bayden və Harrislə bağlı zarafatına reaksiya verdi
İlon Mask 258 milyard dollarlıq kriptovalyuta məhkəməsini qazandı
İlon Mask “Neuralink”i kütləvi şəkildə implantasiya etmək istəyir
Peyk görüntüləri 329 hektar ərazidə 500 min ağac kəsildiyini ortaya çıxıb
İlon Maskın “X” sosial media platforması, Braziliya Ali Məhkəməsinin tələbini yerinə yetirməyərək, Braziliyadakı ofisini bağladı. Bundan sonra Ali Məhkəmə “X” platformasına qanuni nümayəndə təyin etmək üçün 24 saat vaxt verib və sosial şəbəkəyə girişi dayandırıb.
Məsələ ilə bağlı Braziliya Ali Məhkəməsi açıqlama verib. Açıqlamada, Ali Məhkəmənin hakimi Aleksandre de Moraesin girişi qadağan etmək qərarına gəldiyi bildirilib.
Açıqlamada, internet xidmət təminatçılarına və tətbiq reklamlarına girişin qarşısını almaq üçün 5 gün müddət verildiyi bildirilib
İlon Mask qərarla bağlı “X” platformasında status paylaşıb: “İfadə azadlığı demokratiyanın təməl daşıdır və Braziliyada seçilməmiş sözdə hakim onu siyasi səbəblərdən məhv edir”.
***
Braziliyada Ali Məhkəmə keçmiş prezident Jair Bolsonaroya qarşı “çevriliş cəhdi” istintaqı çərçivəsində “X” platformasından bəzi insanlar haqqında məlumat verməsini və bəzi hesabları bloklamasını tələb edib.
Mask məhkəmənin tələbini yerinə yetirməyib və platformanın Braziliyadakı ofisini bağlayıb.
Braziliya Ali Məhkəməsi “X” sosial şəbəkəsinə ölkədə qanuni nümayəndə təyin etmək üçün 24 saat vaxt verib, əks halda platformaya girişin qadağan ediləcəyini açıqlayıb.