“Danışıqlar masasına qayıdın”
Trampdan İsrail və İrana çağırış
08:57 | 2 sentyabr 2024 | Bazar ertəsi
Məqaləyə 392 dəfə baxılıb
Şriftin ölçüsü
Trampdan İsrail və İrana çağırış
1 nəfər mülki vətəndaş həlak oldu
“Çaxal” əsgərinin xristian abidələrinə qeyri etik davranışı hiddətə səbəb oldu
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
İsrail hücum iddialarını təkzib etdi
Rubio: “Müzakirələrin əsas məqsədi “Hizbullah”ın təsirinə son qoymaqdır”
İsrail və Livan ABŞ-də danışıqlar aparacaq
İsrail Baş qərargah rəisi əməliyyatların Livan ərazisinin dərinliklərində aparılacağını dedi
Telefon danışığından sonra 10 dəqiqə ərzində 100 hədəf vuruldu
Terrorçuların lideri və qardaşı oğlunun öldürülməsi xəbəri yayıldı
Körpünün uçması nəticəsində ölənin bir hissəsi ilə əlaqə qırıldı
Tramp daimi atəşkəsə nail olsa, Tehranı uzunmüddətli nəzarətdə saxlaya bilər
İran dövlət və xalq olaraq tamamilə məğlub edildi, sındırıldı və təhqir olundu
Amma tanker sahibləri təhlükəsizlikdən əmin deyil
Bəs SEPAH kimin üzərində qalib gəlib?
Nələr var və razılaşma necə əldə olundu?
İsrailin baş naziri Benyamin Netanyahu ordunun Qəzzadakı tuneldən altı məhbusun cəsədini çıxarmasından sonra dünən (sentyabrın 1-də) “HƏMAS bunun hesabını verəcək” sözü verib.
Netanyahu açıqlamasında Qəzza zolağında atəşkəs məsələsinə toxunaraq, “Kim məhbusları öldürürsə, razılaşmanı istəmir” deyib. “HƏMAS” terror təşkilatının liderlərinə xitabən Netanyahu “Sizi ələ keçirib hesablaşacağıq” deyib.
Netanyahu İsrailin qalan əsirləri azad etmək və İsrailin təhlükəsizliyini təmin etmək üçün razılığa gəlməkdə qərarlı olduğunu da vurğulayıb.
Digər tərəfdən, ABŞ prezidenti Co Bayden bu gün səhər saatlarında “HƏMAS”ın 7 oktyabrda İsrail ərazisinə hücumu zamanı qaçırılan ABŞ-İsrail ikili vətəndaşı Herş Qoldberq-Polin də daxil olmaqla altı əsir cəsədinin Qəzza zolağında tapıldığını açıqlayıb.
İsrail ordusu Qəzza zolağında altı əsir cəsədinin tapıldığını təsdiqləyib: Karmel Qat, Eden Yeruşalmi, Herş Qoldberq-Polin, Aleksandr Lobanov, Almoq Sarusi və Ori Danino.
Ordu “Telegram” kanalı vasitəsilə verdiyi açıqlamada Qəzza zolağının cənubundakı Rəfah bölgəsində yeraltı tuneldən 6 cəsədin çıxarılaraq İsrailə aparıldığını bildirib.
Bu səhər işğal altındakı İordan çayının qərb sahilində Hebron şəhəri yaxınlığında baş verən və 3 polisin həlak olduğu hücuma toxunan Netanyahu deyib: “Hamımızı öldürmək istəyən nəhəng düşmənə qarşı bütün cəbhələrdə döyüşürük. Elə bu gün səhər Hebronda üç polis əməkdaşı öldürülüb. “HƏMAS”ın oktyabrın 7-də olduğu kimi vəhşiliklər törətməkdə davam etməsi, onları dayandırmaq üçün əlimizdən gələni etməyimizi vacib edir”.
İsrailin fövqəladə yardım xidməti “Red Star of David”, İordan çayının qərb sahilinin cənubundakı Hebron şəhəri yaxınlığında Terkumiya keçid məntəqəsi yaxınlığında bir avtomobilə silahlı hücum nəticəsində iki kişi və bir qadın üç nəfərin öldüyünü açıqlayıb. İsrailin rəisi Uzi Levi ölənlərin polis zabitləri olduğunu bildirib. Ordudan verilən açıqlamaya görə, təhlükəsizlik qüvvələri terrorçuların axtarışına başlayıb.
Terror təşkilatı hücuma görə məsuliyyəti üzərinə götürməsə də, açıqlamasında bunu “qəhrəmancasına müqavimət əməliyyatı” kimi qiymətləndirib.