İsrail “Hizbullah” komandirini öldürdü
“Çaxal” əsgərinin xristian abidələrinə qeyri etik davranışı hiddətə səbəb oldu
23:16 | 6 sentyabr 2024 | Cümə
Məqaləyə 489 dəfə baxılıb
Şriftin ölçüsü
“Çaxal” əsgərinin xristian abidələrinə qeyri etik davranışı hiddətə səbəb oldu
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
İsrail hücum iddialarını təkzib etdi
Rubio: “Müzakirələrin əsas məqsədi “Hizbullah”ın təsirinə son qoymaqdır”
İsrail və Livan ABŞ-də danışıqlar aparacaq
İsrail Baş qərargah rəisi əməliyyatların Livan ərazisinin dərinliklərində aparılacağını dedi
Telefon danışığından sonra 10 dəqiqə ərzində 100 hədəf vuruldu
Terrorçuların lideri və qardaşı oğlunun öldürülməsi xəbəri yayıldı
Körpünün uçması nəticəsində ölənin bir hissəsi ilə əlaqə qırıldı
Tramp daimi atəşkəsə nail olsa, Tehranı uzunmüddətli nəzarətdə saxlaya bilər
İran dövlət və xalq olaraq tamamilə məğlub edildi, sındırıldı və təhqir olundu
Amma tanker sahibləri təhlükəsizlikdən əmin deyil
Bəs SEPAH kimin üzərində qalib gəlib?
Nələr var və razılaşma necə əldə olundu?
ABŞ və İsrailin fərqli maraqları
SEPAH Hormuzdə yeni əməliyyat planı hazırlayır
İsrail Baş Qərargah rəisi Herzi Halevi Livana hücuma hazırlaşdığını bildirib. Ordudan verilən məlumata görə, Halevi bu sözləri Qolan təpələrinə səfəri zamanı verdiyi açıqlamalarda deyib.
Halevi burada verdiyi açıqlamada İsrail ordusunun “Hizbullah” terror təşkilatına qarşı mübarizəyə cəmləşdiyini və düşmən ərazisinin (Livan) dərinliklərində əməliyyata hazırlaşdığını bildirib.
Halevi bunu şimal bölgəsinin, eləcə də Qolan təpələrinin sakinləri üçün təhlükələri azaltmaq üçün etdiklərini bildirib.
***
“Hizbullah” terror təşkilatı tərəfindən edilən yazılı açıqlamada İsrailin şimalındakı hərbi mövqelərin və İsrail əsgərlərinin istifadə etdiyi binaların kamikadze tipli pilotsuz uçuş aparatları (PUA) və raketlərlə vurulduğu bildirilib. Hücumlarda hədəflərin tam dəqiqliklə vurulduğu qeyd edilib.
Livanın NNA xəbər agentliyi İsrail döyüş təyyarələrinin ölkənin cənubundakı Ayterun qəsəbəsinə təşkil etdiyi iki ayrı hücumda bir evin tamamilə dağıldığını bildirib.
Xəbərdə İsrailin Təl-Nəhhas və Əl-Həmamis arasındakı bölgəyə fosforlu top mərmiləri ilə hücumunun bölgədə yanğına səbəb olduğu da bildirilib.