ABŞ-də tarixi fürsət
Rubio: “Müzakirələrin əsas məqsədi “Hizbullah”ın təsirinə son qoymaqdır”
22:33 | 24 sentyabr 2024 | Çərşənbə axşamı
Məqaləyə 393 dəfə baxılıb
Şriftin ölçüsü
Rubio: “Müzakirələrin əsas məqsədi “Hizbullah”ın təsirinə son qoymaqdır”
İsrail və Livan ABŞ-də danışıqlar aparacaq
İsrail Baş qərargah rəisi əməliyyatların Livan ərazisinin dərinliklərində aparılacağını dedi
Telefon danışığından sonra 10 dəqiqə ərzində 100 hədəf vuruldu
Terrorçuların lideri və qardaşı oğlunun öldürülməsi xəbəri yayıldı
Körpünün uçması nəticəsində ölənin bir hissəsi ilə əlaqə qırıldı
Tramp daimi atəşkəsə nail olsa, Tehranı uzunmüddətli nəzarətdə saxlaya bilər
İran dövlət və xalq olaraq tamamilə məğlub edildi, sındırıldı və təhqir olundu
Amma tanker sahibləri təhlükəsizlikdən əmin deyil
Bəs SEPAH kimin üzərində qalib gəlib?
Nələr var və razılaşma necə əldə olundu?
ABŞ və İsrailin fərqli maraqları
SEPAH Hormuzdə yeni əməliyyat planı hazırlayır
Tehrana hücum zamanı 25 nəfərdən çox insan həlak oldu
Boğaz yaxınlığındakı raket mövqelərinə bomba yağdı
Onillər boyu iyerarxik pillələri addım-addım qalxmış yüksək rütbəli hərbçiləri və siyasətçiləri əvəzləmək çətindir
İsrail ordusu bu gün səhər (sentyabrın 24-də) “Hizbullah” terror təşkilatının yeni hədəflərini bombalayarkən Livandan da əks tərəfə 50-dən çox raket atılıb. Ordudan verilən açıqlamada yerli vaxtla 09:36-09:44 arasında Livandan İsrail ərazisinə 50-dən çox raket atıldığı və onların çoxunun havada vurulduğu bildirilib.
İsrail ordusu “Hizbullah” mövqelərinə genişmiqyaslı hava zərbələri endirdikdən bir gün sonra, dünən gecə Livanın cənubundakı onlarla terrorçu hədəfini vurub.
Ordudan verilən açıqlamada deyilir: “İsrail Hərbi Hava Qüvvələri gecə boyu Livanın cənubundakı müxtəlif bölgələrdə onlarla “Hizbullah” hədəfini vurub”.
Bundan əlavə, artilleriya bölmələri və tanklar Ayta əş-Şaab və əl-Ramiyə bölgələrindəki “terror nöqtələrini” məhv edib.
Hücumların böyük itkilərə səbəb olduğu Livanda son illərin ən ölümcül günü yaşanıb.
Təxminən bir ildir ki, Qəzza zolağında cənub sərhədində “HƏMAS” terror təşkilatınaa qarşı vuruşan İsrail, “Hizbullah”ın terrorçu həmkarlarına dəstək olaraq İsrailə raket zərbələri endirdiyi şimal sərhədinə yönəlib.
İsrail ordusu hava hücumu ilə “Hizbullah”ın hücrəsini vurduğunu, artilleriya və tankların isə terror təşkilatının cənubdakı digər hədəflərini vurduğunu bildirib.
Livan rəsmiləri dünən İsrailin Livana endirdiyi hava zərbələri nəticəsində təxminən 500 nəfərin öldüyünü, on minlərlə insanın evlərini tərk etdiyini bildirib.
İsrail livanlılardan “Hizbullah”ın silah saxladığını bildirdiyi əraziləri boşaltmağı xahiş edib.
Cənubi Livandan olan ailələr qoca-kiçik ailə üzvlərini və əşyalarını avtomobillərə, yük maşınlarına və mikroavtobuslara yükləyiblər. Ölkənin şimalına gedən magistrallar məcburi köçkünlərlə dolub.
Milli Fəlakət və Böhranlara Qarşı Mübarizə Komitəsinin koordinatoru Nasser Yasin “Reuters”ə bildirib ki, qaçan mülki şəxslər üçün məktəblərdə və digər obyektlərdə 26 mindən çox insanın yerləşə biləcəyi 89 müvəqqəti sığınacaq yaradılıb.