Türkiyə film sənayesinə zərbə
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
18:14 | 8 aprel 2014 | Çərşənbə axşamı
Məqaləyə 2938 dəfə baxılıb
Şriftin ölçüsü
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Biri uşaq olmaqla 8 nəfər ölüb, 33 nəfər yaralanıb
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
Minlərlə tələbə başqa ali məktəbə köçürülür
Ermənistandan vacib Türkiyə həmləsi
Super ulduz Türkiyə milli komandası üçün yeni marş bəstələyir?
Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə start verilir
Suriya–İraq coğrafiyasında balans dəyişir, Türkiyə hərəkətə keçdi
İş adamı Aydın Çavuşoğlunun vəziyyəti ağırdır
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
“Qalatasaray” TFF ilə bütün münasibətləri kəsdi
“Gənclərbirliyi” – “Qalatasaray” matçının VAR hakimi yeni futbol termini yaratdı
İtki yoxdur
Avropa Komissiyasının Genişlənmə və Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle aprelin 7-də Nikosiyada Kiprin yunan və türk tərəflərinin nümayəndələri ilə görüşüb. O bildirib ki, Kipr məsələsinin sülh yolu ilə həlli ümumi daxili məhsulun sayını iki dəfə artıra bilər. Məlumatı «New Erope» xəbər portalı yayıb.
«Bu, Kiprin bölünməsinə son qoymaq üçün unikal fürsətdir. Hər birimizin öz töhfəmizi necə verə biləcəyimiz barədə sizinlə müzakirələr aparmağı səbirsizliklə gözləyirəm», - Füle deyib.
Komissar əlavə edib ki, şərait dəyişib və regional sabitlik asanlıqla bərqərar olunmur. Avropa və Kipr çətin iqtisadi dövrlərdən keçirlər və Kipr dənizində karbohidrogenin kəşfi, Ştefan Fülenin sözlərinə görə, «oyunu dəyişib».
«Məsələnin həlli həm Türkiyə, həm də Kipr üçün digər imkanlar yarada bilər. Türkiyə bazarı Kiprin, Aİ bazarı isə türk kiprlilərin üzünə açıla bilər. Türkiyəyə enerji boru kəmərinin inşası mümkün ola bilər», - Füle deyib.
Aİ BMT-nin rəhbərlik etdiyi, yanvar ayında bərpa olunan danışıqlara dəstək ola bilər. Bundan əlavə, Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozunun şəxsi nümayəndəsi Pitervan Nuffel (Pietervan Nuffel) hər iki tərəfin Komissiyanın müqavilələrin qoruyucusu kimi ekspertizasından yararlanmağa fəal kömək edir. Həmçinin Füle vəd edib ki, Komissiya Kiprin türk icmasının danışıqların qərarını tətbiq etmək üçün hazırlıq prosesinə yardım etməkdə səylərini artıracaq.