Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
16:12 | 24 yanvar 2025 | Cümə
Məqaləyə 555 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Ukraynaya qarşı işğalçı müharibədə Rusiya ordusunun 9 generalı, 500-dən artıq polkovnik-leytenant və daha yüksək rütbəli hərbçisi öldürülüb. 270-ə yaxın hərbi pilot, minlərlə xüsusi təyinatlı, karyera zabiti həlak olub.
BBC-nin hazırladığı adbaad ölü siyahısında 90 mindən artıq hərbçinin adı var. Bu, ümumi itkilərin bir hissəsidir, real rəqəmlər dəhşətli dərəcədə böyükdür.
Bu gün-sabah atəşkəs imzalansa, Rusiya nə əldə edəcək? Uzaqbaşı Ukraynanın 20 faizini daha bir neçə il işğalda saxlaya bilər, o da sanksiyalar imkan versə...
Rusiya 3 illik müharibədə çox şey itirib, dünya iqtisadi, siyasi sistemindən təcrid olunub, enerji satış bazarları əlindən çıxıb, Avropa ölkələrində formalaşdırdığı yumşaq gücdən-kəşfiyyatın nəzarətində olan siyasi institutlardan, media resurslarından, eləcə də hökumətlərə digər təsir rıçaqlarından məhrum olub.
Rusiya yüz milyardlarla dollar kapitaldan məhrum olub, milyonlarla məhsuldar qüvvələrini itirib.
Ən əsası Rusiya bəşəriyyətdə etimadı, nüfuzunu itirib. Atəşkəsdən sonra müharibənin yarlarını sarmaq üçün heç kim əl uzatmayacaq. Rusiya avantüradan qaynaqlanan, həndəsi silsilə ilə artan siyasi, sosial, iqtisadi, demoqrafik və s. problemlərin məngənəsində boğulmağa başlayacaq. Xüsusən, qonşu ölkəni iqtisadi-sosial fəlakət gözləyir, artıq hərbiləşmiş iqtisadiyyatın çat verdiyi görünür. Putin və ətrafı çox narahatdır...
Beləliklə, bu gün işğalçı Rusiya dünya və region üçün problemdirsə, sabah dağılmaqda olan Rusiya hamı üçün yeni problem olacaq.