İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
12:47 | 31 yanvar 2025 | Cümə
Məqaləyə 481 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
İsrail–“Hizbullah” xəttində hava hücumları; PUA-larla çəkindirmə işə yaramır
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
İsrail iddia edir ki, İran kommersiya hava yollarından istifadə edərək pulla dolu çamadanlarla “Hizbullah” terror təşkilatını maliyyələşdirir.
İsrailin ABŞ-ın rəhbərlik etdiyi atəşkəs komitəsinə göndərdiyi mesajda İran rəsmilərinin Tehrandan Beyruta getdiyi və terror təşkilatının nümayəndələrinə ABŞ dolları ilə dolu çamadanlar verdiyi iddia edilir.
Amerikanın “Wall Street Journal” qəzetinə (WSJ) adının açıqlanmasını istəməyən bir mənbə bildirib ki, atəşkəs komitəsi İsrailin iddialarını Livan rəhbərliyinə çatdırıb.
Komitəyə İsrail, Livan, ABŞ, eləcə də Birləşmiş Millətlər Təşkilatı ölkələrindən nümayəndələr daxildir. Məlumata görə, komitə nümayəndələrinin bəziləri İranın kommersiya hava yollarından istifadə edərək “Hizbullah” terrorçularını maliyyələşdirdiyindən xəbərdar olduqlarını bildiriblər.
WSJ bildirir verir ki, pulların Türkiyə tərəfindən göndərildiyi iddia edilsə də, türkiyəli rəsmilər İstanbul Hava Limanından keçən hər hansı böyük miqdarda nağd pulun rentgen aparatları və ya digər təhlükəsizlik tədbirləri ilə aşkar oluna biləcəyini bildirib.
Səlahiyyətlilər belə bir fəaliyyətin müşahidə olunmadığını və heç bir üçüncü tərəfin belə bir məsələ ilə bağlı məlumat vermədiyini bildirir.
Hesabatda Livan hökuməti və ordusunun, eləcə də İran və “Hizbullah” terror təşkilatının şərhlərə cavab vermədiyi bildirilir.
Hesabatda qeyd olunur ki, Tehran hökuməti uzun müddətdir Suriya üzərindən terrorçuları maliyyələşdirirdi, lakin Bəşər Əsəd rejiminin devrilməsi ilə Beyrut hava limanı daha vacib bir marşruta çevrilib.
Noyabrın 27-də Livan və İsrail arasında əldə olunan atəşkəs razılaşmasına əsasən, İsrail ordusu yanvarın 26-da Livanın cənubundan çıxmalı idi. Lakin geri çəkilmə prosedurları tamamlana bilmədiyi üçün ordu müddətin uzadılmasını istəyib.
Livan hakimiyyəti beynəlxalq ictimaiyyəti, xüsusilə ABŞ və Fransanı atəşkəs razılaşmasında nəzərdə tutulan müddətin bitməsinə baxmayaraq geri çəkilməyən İsrailə diplomatik təzyiq göstərməyə çağırıb.
Daha sonra ABŞ-dan verilən açıqlamada Livan və İsrail arasında razılaşmanın fevralın 18-dək uzadıldığı bildirilib.