Kremldə “çatlar” dərinləşir
“The Washington Post”: “Hakimiyyət daxilində müharibəyə münasibət dəyişməyə başlayıb”
18:44 | 21 fevral 2025 | Cümə
Məqaləyə 304 dəfə baxılıb
Şriftin ölçüsü
“The Washington Post”: “Hakimiyyət daxilində müharibəyə münasibət dəyişməyə başlayıb”
Buradan göndərilən təzə tərəvəzlərə üstünlük verilməsi yerli fermerləri iflasa sürükləyir
Ali Məhkəmə il yarım əvvəl verilən hökmü qüvvədə saxladı
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
Şagirdlərin hücum xəbərlərinin mediada yayımını məhdudlaşdıran qanun layihəsi hazırlanır
Ölənlər var
PUA zərbələri güclü yanğına səbəb oldu
Rusiyada anti-polis çağırışları: “Rəsmi sənədlərə etibar etməyin”
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiyada məhkum qadınların sayı niyə artır?
Kremldəki həddindən artıq ehtiyatlılığa səbəb nədir?
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Rusiya hücum infrastrukturunu qurub, planları nəzərdən keçirib
20-29 yaş arası gənclərin sayı 40, doğuş səviyyəsi isə 25 faiz azalıb
Ukrayna Kəşfiyyat İdarəsi (UKİ) bu gün silkələyəcək iddia irəli sürüb. Belə ki, Rusiya prezidenti Vladimir Putinin 2025-ci il fevralın 24-də, Ukrayna müharibəsinin üçüncü ildönümündə qələbəsini elan etməyə hazırlaşdığını açıqlayıb.
ABŞ prezidenti Donald Trampın Ukrayna prezidenti Vladimir Zelenskiyə qarşı sərt ritorikası, görünür, Ukraynadakı müharibənin gedişatını dəyişib. Ukrayna ilə onun keçmiş ən yaxın müttəfiqi ABŞ arasında uçurum getdikcə genişləndikcə, Rusiya prezidenti Putinin yaxın bir neçə gün ərzində “qələbə” elan edəcəyi haqda danışılır.
***
“Rusiya 2025-ci il fevralın 24-də, tammiqyaslı müharibənin başlanmasının üçüncü ildönümündə qondarma qələbəni elan etməyə hazırlaşır”, - Kiyevin kəşfiyyat idarəsi UKİ-nin bu gün yaydığı bəyanatda deyilir.
UKİ-niun məlumatına görə, Putinin açıqlaması təkcə Ukraynaya deyil, həm də NATO-ya qarşı qələbə kimi təqdim olunacaq və bununla da “Qərbin daha geniş məğlubiyyəti” kimi qələmə veriləcək.
Qərb mediası gündəmi silkələyən iddianı öz manşetlərinə daşısa da, Putinin qələbəni elan etməyi planlaşdırdığı tarixin məhz Rusiya və ABŞ-ın danışıqlar masasına oturduğu vaxta təsadüf etdiyinə diqqət çəkiblər.
***
Ukrayna kəşfiyyatının fikrincə, Kremlin strategiyasının əsas məqsədlərindən biri Putini danışıqlara hazır ağlabatan dövlət xadimi kimi qələmə vermək və Rusiyanın ərazi qazanmalarına qarşı çıxan ölkələri isə “sülh düşməni” kimi qələmə verməkdir.
Hesabatda həmçinin qeyd olunub ki, Moskva Ukraynada daxili sabitliyi pozmaq, vətəndaşları arasında dezinformasiya yaymaq və müttəfiqlərinin dəstəyini sarsıtmaq səylərini gücləndirib: “Kremldən gələn göstərişlər əsasında Ukrayna cəmiyyətində etimadsızlıq yaratmaq, ölkəmizdə sabitliyi pozmaq və Ukraynanın reputasiyasına zərbə vurmaq cəhdləri güclənib”.
***
UKİ-nin məlumatına görə, Rusiyanın tətbiq etdiyi əsas rəvayətlər arasında “Qərb Ukraynaya xəyanət etdi”, “Nə Moskva, nə də Vaşinqton avropalıların və ukraynalıların fikirlərinə əhəmiyyət vermir”, “ABŞ və Rusiya Ukraynanın arxasında hər şeydə razılığa gəliblər”, “Ukrayna hökuməti qeyri-legitimdir”, “Ukrayna ordusu cəbhə xəttində ABŞ-dan milyardlarla dollar itirir”, – kimi propoqandalar var.
***
Kremlin sözçüsü Dmitri Peskov da bu gün sülh danışıqları ilə bağlı açıqlama verib və Ukrayna probleminin sülh danışıqları yolu ilə həllinə açıq olduqlarını bildirib və, “Kiyev rəhbərliyi sülh danışıqları və sülhün əldə olunması prosesi ilə məşğul olmaq istəmir”, – deyib.
Peskov paytaxt Moskvada jurnalistlərin aktual mövzularla bağlı suallarını cavablandırıb.
Peskov Rumıniyanın “Rusiya ABŞ-la məsləhətləşmələrdə NATO qoşunlarının Şərqi Avropadan çıxarılmasını tələb etdi” açıqlamasını dəyərləndirərək, bunun reallığa söykənmədiyini bildirərək, “NATO-nun hərbi infrastrukturunun sərhədlərimizə doğru irəliləməsindən narahatıq. Bu mövzuda mövqeyimiz yaxşı məlumdur və heç kimə sirr deyil”, – deyib.
Peskov Ukraynanın sülh danışıqlarına yanaşmasına toxunaraq, “Kiyev administrasiyası sülh danışıqlarında və sülhə nail olmaq prosesində iştirak etmək istəmir. Vladimir Putin Ukrayna probleminin sülh danışıqları yolu ilə həllinə açıqdır. Bizim milli təhlükəsizlik və maraqlarla bağlı məqsədlərimiz var. Biz bu məqsədlərə dinc danışıqlar yolu ilə nail olmağa hazırıq. Biz müharibəyə sponsorluq etməyə davam etməyi yanlış hesab edirik. Bu, korrupsiya mühiti yaradır”.