
İspaniya və Mərakeş arasında tunel tapılıb
Anklav ərazidə tapılan, dərinliyi 12 metr yeraltı keçidin uzunluğu müəyyən olunmayıb
Anklav ərazidə tapılan, dərinliyi 12 metr yeraltı keçidin uzunluğu müəyyən olunmayıb
Dünyanın ən uzun asma körpüsü nə vaxt tikiləcək?
Bakının ən böyük prospektlərindən biri bağlandı
3-cü mirkorayon bir günlük bağlanacaq
İki qardaşla daha bir nəfər həlak oldu
Hörmətli sürücülər, daha 3 gün səbirli olun!
Pirallahı adası Abşeron yarımadasına birləşir
Tunel hissədə çökən beton qəlibin üçması 1 nəfəri öldürüb, 2-sini yaralayıb
Tunel hissədə çökən beton qəlibin üçması 1 nəfəri öldürüb, 2-sini yaralayıb
«Hazırda Bakıda Ziya Bünyadov prospektinin Alı Mustafayev, Hüseynbala Əliyev və Əbdülvahab Salamzadə küçələri ilə kəsişməsində - «Xutor dairəsi»ndə yerləşən yol qovşağı kompleksinin tikintisi davam etdirilir və bu işlərin iyun-iyul aylarında başa çatdırılacağı gözlənilir». ANS press-in verdiyi məlumata görə, bu sözləri həmin ərazidə tikinti işlərini həyata keçirən şirkətin sahə rəisi Mahir Göyüşov deyib.
Onun sözlərinə görə, yol qovşağı kompleksinə 3 tunel, 1 yol ötürücüsü daxildir. «İki gediş, iki gəlişdən ibarət olacaq birinci tunelin uzunluğu 890 metr, eni isə 22 metr olacaq. Tunel vasitəsi ilə 3-cü mikrorayon bazarı adlanan ərazidən «Xutor dairəsi»nə daxil olmadan Ziya Bünyadov prospektinə nəqliyyat vasitələrinin hərəkəti təmin ediləcək. İki gedişdən ibarət olacaq ikinci tunelin ümumi uzunluğu 450 metr, eni isə 10,5 metr nəzərdə tutulub. Tunel vasitəsi ilə Abdulvahab Salamzadə küçəsindən «Xutor» dairəsinə daxil olmadan Ziya Bünyadov prospektinə nəqliyyat vasitələrinin hərəkəti mümkün olacaq. İki gedişdən ibarət olacaq üçüncü tunelin uzunluğu 832 metr, eni isə 10,5 metr olması planlaşdırılır. Bu tunel vasitəsi ilə nəqliyyat vasitələri Ziya Bünyadov prospektindən «Xutor dairəsi»nə daxil olmadan Abdulvahab Salamzadə küçəsinə heç bir maneəsiz hərəkət edə biləcəklər», - deyə sahə rəisi bildirib.
Qeyd edək ki, uzunluğu 634 metr, eni 12 metr olan yol qovşağı kompleksinə daxil olan yol ötürücü isə Ə.Salamzadə küçəsindən gələn nəqliyyat vasitələrinin Hüseynbala Əliyev və əks istiqamətdə nəqliyyat vasitələrinin hərəkətini təmin edəcək.
Xatırladaq ki, «Xutor dairəsi»ndə yerləşən yol qovşağı kompleksində Azərbaycanda ilk dəfə olaraq iki tunel üst-üstə inşa edilir. Tunelin yuxarısındakı yolu və Ə.Salamzadə küçəsindən gələn yol ötürücüsünü nəzərə alsaq, bu layihə 4 mərtəbəli layihə hesab edilir.