
Sərhədi 5 milyona yaxın insan keçib
Avropada yaşayan türklərin mövsümü rekordu
Avropada yaşayan türklərin mövsümü rekordu
Qərb və yəhudi bankirlər, yoxsa ...
ABŞ-dan türklərə misli görünməmiş xəbərdarlıq
Yaxın Şərqdə Ankara və Vaşinqtonun strateji maraqları fərqli meyarlara söykənir
Bolqarıstan gömrüyündən keçə bilməyən sürücü avtomobilinə od vurdu
Türkiyə TDT-nın irəli sıçraması üçün bir an öncə hərəkətə keçməlidir
“Altay” “T-72” və “T-90” tanklarını əvəz edəcək
“Polad Qübbə”nin təqdimat mərasimi dünya mətbuatında
Tarladan süfrəyə qiymətlər artacaq
Ölkənin bütün şəhərlərində sığınacaqlar tikiləcək
ABŞ sənayeyə zərər verib-vermədiyini müəyyən edəcək
İsveç Baş nazirinin Ankara ziyarəti sonrası NATO Təhlükəsizlik skandalı
Türkiyə və “F-35” mövzusundakı mövqe dəyişməyib
Türk limanlarında İsrail gəmilərinə qadağa iddiası
2026-cı ildə baş tutacaq tədbirlə Türkiyə ikinci dəfə sammitlə ev sahibliyi edəcək
Bakı regional və qlobal sülh üçün yeni mərkəzdir
MHP lideri Baxçalı və PKK lideri Öcalan vasitəsilə aparılan kürd açılımı, habelə İstanbul Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu ətrafında cərəyan edən hadisələr növbəti prezident seçkilərinin çox da uzaqda olmadığına işarə edir. 2028-ci il üçün nəzərdə tutulan prezident seçkilərinin bu ilin payızında növbədənkənar əsasda keçirilməsi ehtimalı olduqca yüksəkdir.
Yeni idarəçilik sistemində ikinci prezidentlik müddətini keçirən Ərdoğanın növbəti dəfə də namizəd olmaq istədiyi məlumdur, lakin mövcud Türkiyə konstitusiyası bir şəxsin iki dəfədən artıq prezident olmasına imkan vermir. Bununla belə, ölkə qanunvericiliyindəki istisnaya əsasən, Prezidentin ikinci səlahiyyət dövründə parlament tərəfindən növbədənkənar seçkiləri təyin edilirsə, ikinci səlahiyyət müddətini tamamlaya bilməyən həmin prezident daha bir dəfə namizəd ola bilər. Yəni, Türkiyə Böyük Millət Məclisi tərəfindən növbədəkənar seçkilər təyin edilsə, Ərdoğan yenidən namizəd ola biləcək və qalib gəlsə ikinci səlahiyyət dövrünü 2030-cu ilədək uzadacaq.
Türkiyə qanunvericiliyi prezidentlik üçün ali təhsil şərtini nəzərdə tutduğuna görə, İmamoğlunun diplomunun ləğv edilməsi onun qarşıdakı prezident seçkilərində namizədlik yolunu bağlayır. Natiqliyinə və kütlələrə təsir etmək qabiliyyətinə görə Ərdoğana bənzədilən İmamoğlunun əsas üstünlüyü müxtəlif ideoloji qruplardan dəstək ala bilməsidir. İmamoğlunun yarışdan kənarlaşdırılmasının başlıca səbəbi şübhəsiz ki, onun kürdlərdən səs almaq potensialıdır. Budəfəki seçkilərdə “açılım” vasitəsilə kürdləri öz tərəfinə çəkməyə çalışan Ərdoğan rəqibi kimi türk milliyyətçisi profilində olan Mansur Yavaşı görmək istəyir. Çünki kürd seçicilərin Mansur Yavaşa dəstək verməyəcəyi barizdir. Paralel aparılan kürd açılımı və İmamoğlunun yarışdan kənarlaşdırılması da məhz eyni strategiyanın tərkib hissəsi sayıla bilər.
2023-cü ilin may seçkilərində qalib gəldiyində Ərdoğan barədə yazmışdım ki, o, əsl siyasət ustasıdır, çünki öz tərəfdarları ilə yanaşı, müxalifəti də idarə edir, mövcud şərtlərdə ən münasib rəqibi müəyyən etməyi bacarır.
Mansur Yavaşın mümkün namizədliyi və potensialı barədə ayrıca müzakirələr olacaq. Onu deyim ki, budəfəki seçkilərdə ofsayda düşəcəksə belə, məncə, İmamoğlu Türkiyə siyasətinin gələcəyində xüsusi rol oynayacaq. Birincisi, hökumətin “dolaylı” yollara əl atmağa məcbur olması İmamoğlunun siyasi potensialı təsdiq edir, bu da onun ictimai nüfuzunu daha artıracaq. İkincisi, nəzərə almaq lazımdır ki, Ərdoğan kimi İmamoğlu da Türkiyənin ən yerlipərəst zonası sayılan Qara dəniz bölgəsindədir. Qara dənizlilər eyni zamanda siyasi güc və sərvət baxımından ölkənin ən imtiyazlı təbəqəsi hesab olunurlar. Ərdoğandan sonra, Qara dənizli elitlərin İmamoğlu ətrafında cəmləşə biləcəyinə şübhə etmirəm. Bir sözlə, Ərdoğan indiki mərhələdə İmamoğlunu kölgədə saxlasa belə, zamanın hökmü İmamoğlunun xeyrinədir. Bir zamanların nəhəng Ərbakanını təqaüdə göndərən gənc Ərdoğan üçün də eyni aqibət qaçılmazdır.