
“Çindən kənarda azad dünya”
Dalay Lamanın varis açıqlaması Çini qəzəbləndirdi
Dalay Lamanın varis açıqlaması Çini qəzəbləndirdi
ABŞ və Çin kəşfiyyatı dünyadakı intellektlər uğrunda qızğın savaşa başlayıb
Apreldə 80 dollara yaxınlaşan qiymətlər, avqustda 60-ın altına düşdü
Neft qiyməti fontan vurdu
Nüvə silahlarına qarşı “qalxan” sayılan müqaviləyə “stop”
“Bu qərar yeni qarşıdurma yaradacaq”
Tarix boyu bu zirvəsini fəth etməyə dörd mindən artıq insan çalışıb
Tarix boyu bu zirvəsini fəth etməyə dörd mindən artıq insan çalışıb
Tarix boyu bu zirvəsini fəth etməyə dörd mindən artıq insan çalışıb
Tibet yaxın müddətdə beynəlxalq aləmin yeni müzakirə mövzularından birinə çevriləcək. Tibet buddizminin mühacirətdəki lideri Dalay Lamanın son “Səssizlərin səsi” kitabından bu qənaətə gəlmək olar. Böyük Britaniyanın “The Guardian” nəşrində yayımlanan məqalədə Dalay Lamanın kitabında varisinin Çindən kənarda doğulacağını bəyan etdiyinə yer verilib. Dalay Lama varis axtarışındadır. Məsələ burasındadır ki, 90 yaşın içində olan Dalay Lama nə qədər sağlam görünsə də, varisi barədə düşünmək məcburiyyətindədir. Tibet ənənəsinə görə, yüksək səviyyəli buddist rahibin ruhu ölümündən sonra bir uşağın bədənində yenidən doğulur. Hazırkı Dalay Lama sələfinin reenkarnasiyası olaraq iki yaşında tanınıb.
Dalay Lamanın varis barədəki yeni açıqlaması onunla Pekinlə arasındakı gərginliyi daha da artıracaq. Dalay Lama 65 il əvvəl Çini tərk edərək Hindistanda qərar tutub. Bundan sonra Pekin Dalay Lamanı qanundankənar elan edərək Tibeti Çinə tabe etdirib. Pekin illər boyu Dalay Lamanın müxtəlif dövlətlərlə əməkdaşlığına və səfərlərinə qarşı mübarizə aparıb. Dalay Lama hansı ölkəyə səfər edibsə, Pekin həmin dövlətin rəsmilərinə etirazını bildirib.
Dalay Lama kitabında öz həyatını, Çinlə aparılan danışıqları, tibetlilərin azadlıq mübarizəsini və tibetlilərin üzləşdikləri çətinlikləri əks etdirib. Kitabın əsas qayəsini varisin seçiminə həsr edib. Görünür, mühacirətdə olan tibetlilərin də bu kitaba ehtiyacı olub. Həmin tibetlilər Dalay Lamanın vəfatından sonra bu institutun davam etdirilməsini istəyirlər. Halbuki, Dalay Lama əvvəlki açıqlamalarının birində ruhani liderlər xəttinin onunla birlikdə bitə biləcəyini söyləmişdi. İndi isə Dalay Lama tərsini söyləyir, varisinin Çindən kənarda doğulacağını vurğulayıb. Dalay Lama “Çindən kənarda” dedikdə varisinin mühacir həyatı yaşadığı Hindistanda doğulacağına işarə edib. Dalay Lama hesab edir ki, onun varisi Çinin nəzarət etdiyi Tibetdə doğulsa, həmin şəxs Pekinin siyasətinə tabe olacaq. Dalay Lama buna yol vermək istəmir. Dalay Lama özü Tibetdə doğulsa da, 1959-cu ildə Çinin bölgəni nəzarət altına almasına qarşı uğursuz üsyandan sonra minlərlə tibetli ilə birlikdə Hindistana qaçıb. Pekin Dalay Lamanı tibetlilərin legitim lideri hesab etmir, onu separatçı adlandırır. Pekinin Tibetdə özünün müəyyənləşdirdiyi ruhani lideri var.