
“S-400” dilemması
Geosiyasi qərarin güvənlik böhranina çevrilməsi
Geosiyasi qərarin güvənlik böhranina çevrilməsi
Türkiyəlilərə 30 lirəyə olan qiymət xarici turistlərə 1 avrodur
Neft razılaşması Yunanıstanda panika yaratdı
Ərdoğan və Tramp arasında NATO Sammiti çərçivəsində əl sıxışdı
Ermənistan Qərbə niyə yaxınlaşır?
Cenevrədə sülhpərvərlik və dialoqdan, İstanbulda isə İslam həmrəyliyindən dəm vuran iranlı
Təkanlar Bodrumda hiss olunub
Türkiyənin strategiyasını yeniləməsi regional hadisələr və rəqabət səhnəsini hərəkətə gətirəcək
“Dönər kabab”ın hansı meyarları var?
Almaniyanın İstanbuldakı Konsulluğunda nələr baş verir?
“Şuşa Bəyannaməsi”nin 4 ili tamam olur
(Asparagas və onun jurnalistikadakı yeri)
Elektromaqnit döyüş imkanlarını genişləndirmək üçün təşəbbüs qrupu yaranıb
Bolqarıstan büdcəsi gömrük xidmətinin türklərdən müsadirə etdikləri sərvətlə dolub
Almaniyada Türkiyədən gələn ədviyyatlar okratoksin səbəbiylə riskli elan edilib
Dünyanın bütün güc mərkəzləri Ankaranı öz yanında görmək istəyir
Əkrəm İmamoğlu ətrafında cərəyan edən hadisələrə Azərbaycanda fərqli münasibətlər var.
İstanbul bələdiyyə başqanı Əkrəm İmamoğlu həbs edildi. Ortaya atılan əleyhinə iddialar çox zəifdir. Onun nədəsə günahkar olduğuna dair heç bir fikir yarada bilmədi.
Dünən prezidentliyə namizədliyinə irəli sürülə bilməsi üçün ön seçki keçirildi və Əkrəm İmamoğlu lehinə 15 milyon səs toplandı. Türkiyədə artıq AKP dönəmi bitmişdir. Türkiyə AKP ilə vidalaşır.
Azərbaycanda ciddi şəkildə İmamoğlu əleyhinə təbliğat başlandığını görünür. Əleyhinə istifadə edilən arqumentlər zəif və cılızdır.
Türkiyədə labüd hakimiyyət dəyişikliyinin hüquqa uyğun, sakit, əmin-amanlıq içərisində keçməsi həm Türkiyə Cümhuriyyəti, həm də bizə sərf edir. Bu prosesin necə keçəcəyini hələ görəcəyik.
Hörmətli Rəcəb Tayyib Ərdoğan əlbəttə Azərbaycan üçün vacib fiqurdur. Bizim cəmiyyətin məhz onun şəxsinə minnət borcu vardır.
Hörmətli Rəcəb Tayyib Ərdoğan Türk dövlətinin başçısı kimi bu hörməti, bu minnət haqqını qazanıb. Mütləq hörmət, mütləq minnət Türk xalqına qarşı duyulmalıdır.
Bizim cəmiyyətdə İmamoğlu əleyhinə aparılan təbliğatı aşağıdakı məqamlarda zərərli və məntiqsiz görürəm:
– Artıq hakimiyyətdən getmək yoluna qədəm qoymuş tərəfi məmnun etməyə çalışmaq mənasız və zərərlidir;
– Hakimiyyətə gələcək tərəfi indidən incik düşürmək mənasız və zərərlidir.
CHP sol partiya olsa da, indiki quruluşda cəmiyyətin mərkəz sağ tərəfindən ciddi dəstək alır. Bu məqam vacibdir.
Əkrəm İmamoğlu mərkəz sağ siyasi mədəniyyətdən ANAP-dan gəlib. Bu məqam vacibdir.
Əkrəm İmamoğlunun tərəf müqabili və ən böyük dəstəkçisi Mansur Yavaş ümumiyyətlə bütün Türk dünyasına doğma sağ, millətçi görüşlü biridir. Bu məqam vacibdir.
– Türk xalqı öz qərarını özü verəcəkdir. Kənardan müdaxilə mənasız və lüzumsuzdur.
– Azərbaycan cəmiyyəti ilk növbədə Türk xalqına sədaqət nümayiş etdirməlidir.
– Azərbaycan cəmiyyətində Türk xalqının seçiminə hörmət göstəriləcəyi mütləq dilə gətirilməli, hərəkətlərlə nümayiş etdirilməlidir.