Hazırlıqlar tamamlanıb
Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə start verilir
18:11 | 31 mart 2025 | Bazar ertəsi
Məqaləyə 249 dəfə baxılıb
Şriftin ölçüsü
Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə start verilir
Suriya–İraq coğrafiyasında balans dəyişir, Türkiyə hərəkətə keçdi
İş adamı Aydın Çavuşoğlunun vəziyyəti ağırdır
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
“Qalatasaray” TFF ilə bütün münasibətləri kəsdi
“Gənclərbirliyi” – “Qalatasaray” matçının VAR hakimi yeni futbol termini yaratdı
İtki yoxdur
Pakistan Baş naziri Türkiyə Prezidenti ilə də görüşəcək
Türkiyədə aviabiletlərin qiyməti yenidən qalxır
Sabiq CHP sədri Türkiyə Prezidentini təhqir etməkdə günahlandırılır
Türkiyə Mərkəzi Bankının 3 illik itkisi ÜDM-nin 6,3 faizinə çatıb
5 ay əvvəl Azərbaycandan Türkiyəyə uçarkən qəzaya uğrayan təyyarə ilə bağlı yeni kritik detal
Hörmüz boğazı – dünya iqtisadiyyatının “qida borusu”
İranın ədası miqyası olmayan fəlakətə gətirib çıxardı
Zelenskinin Türkiyə səfərinin ardınca XİN rəsmisi Mərkəzi Asiyaya gedib
ABŞ-ın “The Wall Street Journal” qəzeti Türkiyənin “F-35” proqramına qayıtmaq səylərinə sərt redaksiya yazısı ilə cavab verib. Prezident Ərdoğanın ABŞ prezidenti Trampla telefon danışığı və xarici işlər naziri Hakan Fidanın Vaşinqtondakı təmaslarını xatırladan qəzet, “Türklər fürsəti hiss etdi, amma qiymət dəyişmədi” yazılıb. Məqalədə bildirilir ki, ABŞ-ın 2019-cu ildə Türkiyəyə “F-35” tədarükünü ləğv etməsinin yeganə səbəbi Ankaranın Rusiyadan aldığı “S-400” hava hücumundan müdafiə sistemi olub.
“WSJ” “Bu məsələ heç də mürəkkəb deyil” deyərək Ankaraya aydın seçim təqdim etdi. “Türkiyə ən yaxşı 5-ci nəsil “F-35-ləri istəyirsə, “S-400” batareyalarını ya təslim edəcək, ya da məhv edəcək. Orta variant ABŞ üçün qəbuledilməzdir. Bir komponenti sıradan çıxarmaq və ya rəfdə saxlamaq kifayət deyil” deyən məqalədə prezident Ərdoğanın raketləri gələcəkdə istifadə üçün saxlamaq istədiyi qeyd edilib.
Məqaləsinə görə; Əgər Türkiyə “S-400”lərdən qurtulmadan “F-35” almaq istəyirsə, bu, “şantaj dəvəti”nə bərabər olacaq. Qərb alyansı üçün bu, həm də lazımsız təhlükəsizlik riski olardı. Digər tərəfdən, “WSJ” qeyd edib ki, Tramp indi gələcəyin döyüş təyyarəsi olan “F-47”ni xəyal edir. Qəzet Trampın “Müttəfiqlərimizə 10 faiz daha yüngül tonajlı bu təyyarələrin daha zəif versiyalarını verəcəyik. Çünki bir gün onlar bizim müttəfiqimiz olmaya bilər”, – sözlərini xatırladıb.
Məqalədə Türkiyənin coğrafi əhəmiyyətinə və regional təsirinə diqqət çəkilsə də, sərt tənqidlərdən də çəkinməyib: “Ankaranın HƏMAS-a açıq dəstəyi, İsveç və Finlandiyanın NATO üzvlüyünə mane olması, Rusiya ilə sanksiyaları pozması kimi məsələlər “Vaşinqtonun səbrini itirdiyi bir vaxtda” Ərdoğan Əkrəm İmamoğlunu həbs edir və etirazları yatırır”. “WSJ”yə görə, həll yolu sadədir: ““S-400”lərdən imtina edin və danışıqlar başlasın”.
Türkiyə 2011-ci ildə başlayan Suriya vətəndaş müharibəsində Dəməşq hökumətinə qarşı müxalifətə dəstək verdi. 2012-ci ilin sonunda Suriyadakı müharibə Türkiyədə ilk dəfə mülki insanların ölümünə səbəb oldu. Ankara NATO-dan hava hücumundan müdafiə qüvvələrini tələb edib. 2013-cü ilin yanvar ayında 5 fərqli ölkə Türkiyəyə müvəqqəti olaraq “Patriot” və “SAMP-T” raketləri göndərərək tələbi qarşıladı.
Lakin terror təşkilatı YPG-yə qarşı həyata keçirilən sərhəd əməliyyatlarından sonra İspaniyadan başqa bütün ölkələr bu sistemləri geri çəkdi. 2017-ci ilin dekabrında Türkiyə Rusiya ilə iki “S-400” sisteminin alınmasına dair müqavilə imzalayıb, onlardan birinin seçimi var. Türkiyəyə 2,5 milyard dollara başa gələn “S-400” hissələri 12 iyul 2019-cu ildə Türkiyəyə gəlib. Raket kompleksi alındığı gündən anbardadır.