
“İsraillə genişmiqyaslı müharibəyə hazır deyildik”
“Hizbullah” rəsmisi: “ABŞ-ın birbaşa müdaxiləsi əsas hədəflərə çatmağa imkan verməzdi”
“Hizbullah” rəsmisi: “ABŞ-ın birbaşa müdaxiləsi əsas hədəflərə çatmağa imkan verməzdi”
Silahlı qarşıdurma arxa plana keçəcəkmi?
“İsrail 60 günlük atəşkəsi qəbul edir”
İsrail ordusu “HƏMAS”ın qurucusunu məhv edib
Böyük irəliləyiş olduğunu demişdi
Qəzzaya humanitar yük aparan avtobusa hücum nəticəsində 5 nəfər həlak oldu, xeyli yaralı var
Biz kimi dəstəkləməliyik: Netanyahunu, yoxsa Qretanı?
Terror təşkilatının cənub strukturunun 80 faizinin dağıdıldığı bildirilir
Livan “Hizbullah”ı “qanunsuz silahlı təşkilat” adlandırdı
İsrail nümayəndə heyətini geri çağırdı
Narazı əhali terror təşkilatının tonlarla un saxladığı anbara basqın etdi
İsrail ordusu Qəzzada quru əməliyyatlarına başladı
“HƏMAS”ın 7 oktyabrda Qəzzada müharibəni başlatan hücumunun məqsədi üzə çıxdı
Livandan “HƏMAS”a xəbərdarlıq
““Hizbullahı”n hərbi infrastrukturu demək olar ki, məhv edilib”
Dövlət Departamenti bölgədəki vacib ofisi bağlayır
Adının çəkilməməsi şərti ilə “Reuters”ə danışan “Hizbullah” terror təşkilatının yüksək rütbəli rəsmisi İsrail ordusunun hücumlarını dayandırıb Livanın cənubundan geri çəkiləcəyi təqdirdə silahlarını yerə qoymaq üçün danışıqlara başlamağa hazır olduqlarını bildirib.
“Hizbullah” rəsmiləri İsrailin hücumların dayandırılmasını və geri çəkilmənin tamamlanmasını istəyirlər.
Digər tərəfdən, hesabatda İranın dəstəklədiyi “Hizbullah” terrorçularını tərksilah etməyə məcbur etmək səylərinin dekabrda Bəşər Əsəd rejiminin devrilməsindən sonra sürətləndiyinə diqqət çəkilir. Tehran və “Hizbullah” arasında tədarük xəttinin əhəmiyyətli bir hissəsi Suriya ərazisindən keçirdi.
İki ildən artıq prezident seçilə bilməyən Livanda yanvarın 9-da Livan parlamentində keçirilən sessiyanın ikinci turunda Cozef Aun lazımi sayda səs toplayaraq ölkənin yeni lideri seçilib.
ABŞ-ın dəstəklədiyi keçmiş baş qərargah rəisi Aun “Hizbullah”ı silahlarını yerə qoymağa inandırmaq üçün tez-tez dialoqa çağırıb. Noyabrda ABŞ-ın vasitəçiliyi ilə əldə olunan atəşkəs razılaşması çərçivəsində Livan ordusunun tədricən “Hizbullah”ın mövqelərini ələ keçirməsi, şiə təşkilatının isə silahı yerə qoyması gözlənilir.
Cozef Aunun sələfi Mişel Aun “Hizbullah”ın dəstəklədiyi namizədlərdən biri idi. Səlahiyyət müddəti 2022-ci ilin oktyabrında başa çatacaq Mişel Aunun gedişi ilə İranın Livandakı təsirinin zəiflədiyi də qiymətləndirilib.
Adının açıqlanmasını istəməyən “Reuters”ə danışan Livan rəsmiləri “Hizbullah” terrorçularının silahlarının yerə qoyulması prosesinə başlamaq üçün dialoq kanallarının yaradıldığını bildiriblər.
“Hizbullah” lideri Həsən Nəsrullah sentyabrın 27-də Beyrutda İsrail ordusunun hücumu nəticəsində öldürülüb. Onun yerinə gələn Naim Kasım martın 29-da verdiyi açıqlamada atəşkəs və tərksilahla bağlı diplomatik kanalları açıq saxladıqlarını, lakin İsrailin razılaşmaya əməl etmədiyi təqdirdə “başqa variantlardan” istifadə edilə biləcəyini bildirib.