Türkiyə film sənayesinə zərbə
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Biri uşaq olmaqla 8 nəfər ölüb, 33 nəfər yaralanıb
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
Minlərlə tələbə başqa ali məktəbə köçürülür
Ermənistandan vacib Türkiyə həmləsi
Super ulduz Türkiyə milli komandası üçün yeni marş bəstələyir?
Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə start verilir
Suriya–İraq coğrafiyasında balans dəyişir, Türkiyə hərəkətə keçdi
İş adamı Aydın Çavuşoğlunun vəziyyəti ağırdır
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
“Qalatasaray” TFF ilə bütün münasibətləri kəsdi
“Gənclərbirliyi” – “Qalatasaray” matçının VAR hakimi yeni futbol termini yaratdı
İtki yoxdur
“ASELSAN”ın Türkiyə Silahlı Qüvvətlərinin (TSQ) Quru Qoşunları Komandanlığı üçün istehsal edilən “Əjdaha gözü” ləqəbi qoyulan Dragoneye Elektro-Optik Sensor Sisteminin tədarükünü tamamladı. Sistem xüsusilə sərhəd və polis bölmələrində intensiv və səmərəli şəkildə istifadə olunacaq.
Türkiyə Müdafiə Nazirliyindən verilən açıqlamada “Quru Qoşunları Komandanlığımız tərəfindən müxtəlif həcmli “Dragoneye-2 Termal Kameralar”ın yoxlanış və qəbulu tədbirləri tamamlanaraq inventarlaşdırılıb”, – deyilir.
Müdafiə Nazirliyi ilə Quru Qoşunları Komandanlığının ehtiyacları üçün imzalanmış Portativ Termal Kamera müqaviləsi çərçivəsində cihazların son partiyası təslim edilib. Beləliklə, müqavilə üzrə bütün çatdırılma öhdəlikləri uğurla yerinə yetirilib və sistemlər Quru Qoşunları Komandanlığının istifadəsinə verilib.
Termal kamera, yüksək dəqiqlikli gündüz kamerası, lazer məsafə ölçən, rəqəmsal maqnit kompas və GPS alt sistemlərini özündə birləşdirərək inteqrasiya edilmiş elektro-optik sensor sistemi olan Dragoneye iki fərqli konfiqurasiyada – avtomobildə və stasionar istifadə üçün istifadə olunur.
***
Sistemin kütləvi istehsalına 2019-cu ildə başlansa da, bu günə qədər yerli və xarici müştərilərə bir çox tədarüklər həyata keçirilib. 2020-ci il və sonrakı dövrlər üçün tədarüklər üzrə işlər fasiləsiz davam edir.
Bütün müştərilər tərəfindən ən yüksək səviyyədə izlənilən sistem yüksək performansı ilə müştərilər tərəfindən bəyənilir.
Dragoneye sistemindəki yüksək performanslı termal kamera sayəsində sistem öz istifadəçisini gündüz, gecə və əlverişsiz hava şəraitində görmə qabiliyyətini təmin edir.
Hədəf koordinatlarının yüksək dəqiqliklə təyin olunmasını təmin edən sistem müxtəlif rabitə vasitələri ilə müəyyən edilən bu koordinat məlumatlarının digər dəstək elementlərinə ötürülməsində aparıcı rol oynayır. Dragoneye sərhəd nəzarəti, sahil mühafizəsi, kəşfiyyat, situasiya xəbərdarlığı, uzun məsafəli müşahidə və təhlükəsizlik bölmələrinin ehtiyacları üçün istifadə olunur.