
Ermənistan – Cənubi Qafqazın sınaq meydanı
SSRİ vaxtı Türkiyə sərhədi boyunca tikilən laboratoriya ABŞ-ın nəzarətinə keçir
SSRİ vaxtı Türkiyə sərhədi boyunca tikilən laboratoriya ABŞ-ın nəzarətinə keçir
Kreml Aadam Kadırov variantını kənarlaşdırır
2023-cü ildən bəri mülki şəxslərə qarşı ən dəhşətli hücum
Sonra deyəcəklər papağını da ver, namusunu da ...
Yaxud şahmat oyununa bənzər mübarizə ...
“Tankların zirehi, haubitsaların texniki göstəriciləri zəifdir”
Almaniya və Britaniya ABŞ-ın verdiyi estafeti ələ alır
Ukraynanın taleyini müharibə meydanındakı əməliyyat müəyyənləşdirir
Kreml informasiya müharibəsinin ən iyrənc metodlarına əl atıb
Yeni dünya nizamına keçiddə nüvə müharibəsini qlobal iqtisadi toqquşmalar əvəz edib
... Yaxud von der Leyen nə Musa peyğəmbərdir, nə də sehrli əsası var
Rusiya hərbi aerodromları hücuma məruz qalıb
Qızılın bahalaşması Rusiyaya nəfəslik oldu
... Yaxud Putini narahat edən və qıcıqlandıran məsələ
Polisi Heminquey oxuyan yeganə ölkə
Məhkəməsi gözlənilən ABŞ vətəndaşı psixiatriya xəstəxanasına yerləşdirilib
Moskva Kremlinin önündə Qızıl Meydanın cənub bölümündə yer tutan Pokrov məbədi, daha çox yayılmış adı ilə Vasili Blajennı kilsəsi Türk çadırvarı tərzin ən möhtəşəm örnəyidir. Ona tamaşa edərkən saysız detalların: nərdivanların, giriş qapılarının, keçidlərin, divar bəzəklərindən tutmuş qübbələrə qədər hər şeyin çox-çox əski çağlara dayanan Türk üslubu diqqət çəkməkdədir. Rus memarlığının zirvəsi sayılan bu möhtəşəm məbəd (1555-1561) Rus dövlətinin şöhrətini ifadə edirdi.
“Fəth və Zəfər” məbədi kimi tanınan bu nadir memarlıq incisi Kazan xanlığı üzərində zəfər münasibətilə inşa edilmişdir. Tarixin həmin çağlarına dönək: get-gedə güclənən Moskva Dövləti Kazana ardıcıl hücumlar gerçəkləşdirməkdədir; 1461-ci ildən 1552-ci ilə qədər (Kazanın fəthinə qədər) 25 dəfədən artıq hərbi səfər olmuşdur. Rusiya üçün Kazan ciddi bir maneə idi; o, Moskva Dövlətinin Sibirə çıxması yolunda əngəl kimi durub qalmışdı. Kazanın fəthi ilə Moskva Rusunun qarşısında Sibirin, Uzaq Şərqin geniş dünyası, bitib tükənməyən xəzinəsi açılacaqdı. İndi bu işə önəmli dövlət qədəri kimi baxan Çar İvan Qroznı nəhayət Kazanı istila edib Moskvaya dönən kimi qalibiyyət anıtını inşa etməyi əmr edər; bu iş üçün memarbaşı Barma görəvləndirilmişdi. Fəqət işin tamamlanması illərcə - 1588- ci ilə qədər sürür. Məbəd 8 müstəqil kilsədən ibarətdi. Bu Kazan uğrunda 8 həlledici savaşın şərəfinə qoyulduğuna işarət edirdi. Məbədin örnək olaraq alındığı Qul Şərif camesinin təqlidi olduğunu da irəli sürənlər vardır. Belə ki, Çar İvan Qroznının göstərişinə əsasən onun uçurub yerlə bir etdiyi, memarlığına isə heyran qaldığı gözəl Qul Şərif camesinin tam bənzəri inşa edilməliydi. Ciddi dəyərləndirmələrə görə Vasili Blajennı kilsəsi (1588 ilində məbədə ufacıq bir kilsə də əlavə edildi; bu miniatür ibadətxanda “Allah adamı” (Rusça’ yurodivıy’) olan Vasili Blajenni dəfn edildi; ad oradandır). Kazandakı 8 minarəli, çadırvarı, soğan-günbəzli əski Bulqar-Tatar ənənələrini yaşadan və Osmanlı memarı elementlərinin süsləndirdiyi Qul Şərif camesinə bənzədilərək yapılmışdır. Tarixçilər arasında böyük bir qisim araşdırmaçılar da səmimiyyətlə bu camenin gerçəkdən bugünkü Müqəddəs Pokrov (və ya Vasili Blajennı) abidəsinin prototipi olduğunu etiraf etməkdədirlər. “Rusu yaxşıca qaşısan, altından tatar görünür” deyən Napoleon Kremlindəki mənzilindən tez-tez bu abidəni gün boyunca seyr etdikcə darılır, istehza ilə onu “came” adlandırırdı.
Bu ayrıca, kilsələr bir-biriylə qərib bir uyum təşkil edərək möhtəşəm bir məbədi əmələ gətirir. Eyni təməl üstündə tikilən 8 müstəqil qübbəli kilisə, nəhayət son savaşın anısına tikilən ortadakı bütün kilsələrdən ən uca və ən böyük qülləylə birləşir ... Bu ünlü, sadəcə Moskvanın, hətta bütün Rusiyanın ən möhtəşəm abidəsi olan xristian abidəsi “çadırvarı” memarı üslubundadır.
(Çadırvarı kilsə. Moskvaaltı Medvedkovo kəndi)
Rus memarlığında çadırvarı tərzi əski Türk çadırlarına təqlidən oluşturulan və bu üslubda inşa edilmiş abidələrə “şatrovıy xram” deyilir; bu anda mədəniyyət abidələri olaraq hər bir şəhərdə muhafizə edilən mədəni miras örnəkləri sayılan məbəd, kilsə, ev, saray daxil Kremlin bürçləri (1680) özündə həm də Türk ehtişamını yaşatmaqdadır.
Əlbəttə Kazanın alınması dolayısıyla 1555-də tikilən bu anıt çadırvarı məbəd tərzinin ilk örnəyi deyildi, hətta bundan az öncəsinə təsadüf edən Moskvaaltında Dyakov və Kolomenskdə (indi şəhər ərazisinə daxil olmuşdur) Vozneseniya kilsəsi və başqa örnəklərlə doluydu.
Çadır tərzi çox üzlü piramida görünüşündə memarı biçim olub inşaatın üst tavan qismini tamamlamaq görəvinə xidmət edir. Bu “çadırlar” aracılığıyla bürclər, qarovul qüllələri, məbədlər və binanın girişi- nərdivanın üstü inşa edilirdi. Çadırları dörd üzlü və ya səkkiz üzlü olurdu; bu mükəmməl proporsiyalar təbii ki, göylərə yüksəlməklə yapının siluetinə də kəskin dinamizm verir. Məbədin parlaq, əsrarəngiz gözəlliklər bəxş edən qübbələri Türk-İslam memarlıq mədəniyyətində “soğanbaşı” və ya “soğan” deyilən qübbələrdir. Belə ki, özəlliklə Baburilərin sevdikləri soğan qübbə İran, Hindistan torpaqlarında və Asiyada yayğınlaşmışdır. Bu ünsürlər Rus dilində də ədəbi çeviri yolu ilə saxlanmışdırlar. (lukoviçnıy; luk “soğan”; viçnıy “bənzər”) və Rus mimarisində geçici hallardan olmayıb, bu anda əsas etibarı ilə memarlıq incilərinin süsüdür.
Kilisənin qübbələrini (ruscası kupol; lukovıy, lukoviçnıy kupol “soğan, soğanbaş kupol” əsli ərəbçə olan “qübbə” Türk sözündən) süsləyən çinilərin məbədin öz tarixi qədər ilginç, amma gözyaşardan tarixi vardır. Mövzuyla əlaqədar diqqətlə seçilmiş əlyazmaları və çeşidli araşdırmalar təməlində həm dünya, həm də Rus memarlığı anıtının inşa tarixini gözlər önündə canlandıraraq 16-cı yüzilliyin ortalarındakı Moskva Rus dövlətinin sosyal və mədəni ortamını nəqş etmiş Snegirev yazırdı: Kazan fəth edilərkən, daha doğrusu, qanlar içində yox edilərkən şəhərin bir çox əski cameləri dağıdılmış, talan olmuşdular. Cümə məscidi, Nur Ali və bir çox dağılıb xaraba qoyulmuş camelərin çiniləri qənimət kimi Moskvaya gətirilmiş və birbaşa məbədin tikintisində işlədilmişdir. Əlbəttə, bu daha çox simvolik anlam daşıyırdı! Dirçəldilən İslam kültürü, yüksələn xristiyanlıq abidəsi idi ... Zəfər və zəfərlərin abidəsi ...
Daxili məkanın müxtəlif rəngliliyi, parlaq boyaların yaratdığı sehirkar təəssüratlar məhz əsrarəngiz qübbələrdən başlamaqdadır.
Vasili Blajenni məbədi (xalq arasında daha çox bu adı ilə tanınır) zəngin və cazibədar, eynən Şərq nağılları ilə səsləşən xariqə dekorlarla süslənmişdir. Məbəd fövqəladə bir memarlıq yadigarı təsiri buraxır. Rəngli qübbələr, həm içində, həm xarici görünüşündə zəngin dekorativ elementlər, bilərək simetriyası pozulmuş süs və naxışlar ona bir əsrarəngiz sənət əsəri qiyməti bəxş edir.
İndi də öz əzəməti ilə Qızıl Meydandakı əski və gözəl abidələrə hegemonluq etməkdə, öz ruhani bir dinclik verici, bayram təsiri yaradan bir tövrü ilə üstün, hakim etkisini sürdürməkdədir.
Amma yüzillikləri “yelə verən” bu qocaman abidə heç də yüz illərin tozuna bulaşmış, donuq, ölü bir tarix xatirəsi deyildir. Əksinə, daim öz rənginə, plastikasına, ağırbaşlı görünüşünə görə cilvəli, canlı, daim ruh təzələyən bir əsər olaraq hər kəsdə heyrət və heyranlıq oyandırmaqdadır.