İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
10:26 | 18 aprel 2025 | Cümə
Məqaləyə 261 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) tərəfindən raketlə vurularaq 176 nəfərin ölümünə səbəb olan Ukrayna sərnişin təyyarəsi ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatında (ICAO) Kanada, İsveç, Ukrayna və Böyük Britaniyanın başlatdığı prosesi Beynəlxalq Ədalət Məhkəməsinə (ICJ) təqdim edib.
ICJ-nin verdiyi açıqlamaya görə, İran Ukrayna sərnişin təyyarəsinin vurulması ilə bağlı ICAO-nun qərarına müraciət edib.
İran 8 yanvar 2024-cü ildə Kanada, İsveç, Ukrayna və Böyük Britaniyanın ICAO Şurasında ona qarşı başlatdığı iş üzrə etirazlarını rədd edən ICAO-nun 17 mart 2025-ci il tarixli qərarı ilə bağlı Beynəlxalq Məhkəməyə müraciət edib. İranın müraciətinin ICAO-nun qərarına etiraz olduğu qeyd edilib.
Müvafiq olaraq, İran Məhkəmədən ICAO Şurasının yurisdiksiyasının olmadığını, Böyük Britaniyanın işdə iştirak etmək hüququnun olmadığını və ICAO-nun səsvermə prosedurunun ədalətsiz olduğunu müəyyən etməsini istəyir.
İran BƏM-dən 1944-cü il Çikaqo Konvensiyasının 84-cü maddəsinə uyğun olaraq apellyasiya məhkəməsi kimi fəaliyyət göstərməsini və ICAO-nun qərarını etibarsız hesab etməsini xahiş edib.
***
Kanada, İsveç, Ukrayna və Böyük Britaniya ötən il qəzada ölən vətəndaşlarına görə İrana qarşı ICAO-ya iddia qaldırmışdı.
Bu ölkələr 2024-cü il yanvarın 8-də Çikaqo Konvensiyasının 84-cü maddəsinə əsasən, uçuş zamanı mülki təyyarəyə qarşı silah tətbiq edilməsi ilə bağlı hüquqi prosesə başlayıb və ötən iyun ayında bu məsələni Beynəlxalq Ədliyyə Məhkəməsinə aparacaqlarını bəyan ediblər.
İran ICAO Şurasının yurisdiksiyasına etiraz etdi, lakin bu etiraz rədd edildi.
Təyyarə necə vuruldu?
Ukrayna Hava Yollarına məxsus “Boeing 737-800” tipli sərnişin təyyarəsi 8 yanvar 2020-ci ildə İmam Xomeyni hava limanından Tehran-Kiyev reysi ilə havaya qalxdıqdan təxminən 3 dəqiqə sonra SEPAH tərəfindən iki raketlə vurulub.
Hadisə İranın İraqdakı Qüds Qüvvələrinin komandanı general Qasım Süleymaninin ABŞ tərəfindən öldürülməsindən sonra yanvarın 8-nə keçən gecə İranın ABŞ bazalarına cavab hücumu həyata keçirdiyi və İran ordusunun mümkün əks-hücumlara qarşı hazır vəziyyətdə olduğu bir vaxtda baş verib.