Rusiyanın xam xəyalı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
09:27 | 27 may 2025 | Çərşənbə axşamı
Məqaləyə 217 dəfə baxılıb
Şriftin ölçüsü
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Brüssel Moskvaya qarşı növbəti sanksiyalar paketini hazırlayır
Rumıniya NATO-dan antidron sistemlərinin təcili verilməsini istədi
Rusiya prezidenti Vladimir Putin paytaxt Moskvada müxtəlif sektorlardan şirkətlərin nümayəndələri ilə görüşərək iqtisadiyyatla bağlı qiymətləndirmələr aparıb.
Rusiya iqtisadiyyatının alıcılıq pariteti baxımından dünyada dördüncü sıraya yüksəldiyinə diqqət çəkən Putin, “Rusiya iqtisadiyyatı çətin şərtlərdə 2023-cü ildə yüzdə 4,1, keçən il isə yüzdə 4,3 olmaqla üstün bir sürətlə böyüyüb. Bu yaxşı göstəricidir”, – deyib.
Putin həmçinin qeyd edib ki, sözügedən artım məhdud sektorlara deyil, sənaye, kənd təsərrüfatı, rəqəmsal texnologiyalar, xidmətlər və maliyyə kimi müxtəlif sahələrə yayılıb.
Rusiya iş dünyasının son illərdə beynəlxalq ödənişlər, logistika və tədarük zənciri sahələrində çətinliklərlə üzləşdiyini açıqlayan Putin, “Bir çox Qərb şirkəti siyasi təzyiqlər səbəbilə Rusiya bazarından çəkilərkən, bəzi şirkətlər rus ortaqlarını çətin vəziyyətdə qoyub”, – deyib.
Putin çıxışında ABŞ şirkətlərinin Rusiyaya tibbi avadanlıq tədarükünü və xidmətlərini davam etdirdiyinə, Avropa şirkətlərinin isə bunu etmədiyinə də diqqət çəkib.
Yerli istehsal əvəzinə xaricdən gətirilən məhsulların istifadəsinə zəmin yaradan bütün “boşluqların” bağlanması lazım olduğunu vurğulayan Putin, “Əks halda yerli məhsulumuz qalmayacaq”, – dedi.
***
İclasda çıxış edən bir iş adamının Rusiyada “Microsoft” və “Zoom” kimi xidmətlərin qazanc əldə etməyə davam etdiyi ilə bağlı şərhinə münasibət bildirən Putin, “Onları nəfəslərini kəsmək lazımdır. Tamamilə razıyam. Bunu tərəddüd etmədən deyirəm, çünki onlar da bizi boğmağa çalışırlar, cavab verməliyik”.
Putin həmçinin vurğulayıb ki, rus istifadəçiləri “pis vərdişləri” ehtiva edən Qərb xidmətlərindən qurtulmalıdırlar.
Ukrayna müharibəsinin başlaması ilə “McDonalds”ın Rusiya bazarını tərk etməsindən danışan Putin, “Hamını çətin vəziyyətə saldılar, getdilər, indi geri qayıtmaq istəsələr, onlara yol verməyəcəyik”, – deyib.