
Hindistan Zəngəzur dəhlizini hədəf alır
“3 qardaş”a qarşı Hindistan-İran-Ermənistan ittifaqı
“3 qardaş”a qarşı Hindistan-İran-Ermənistan ittifaqı
İqtisadi əlaqələrin daha da dərinləşdirilməsi üçün ciddi potensial var
“Zəngəzur dəhlizi”nə qarşı birləşdilər; reallaşarsa, Azərbaycan və Türkiyənin önəmi qat-qat artar
Azərbaycan Hərbi Hava Qüvvələri parkını “JF-17” qırıcıları ilə gücləndirir
Tehran 400 kilometrlik təhlükəsizlik divarı inşa edəcək
“Təhlükəli yük” sulara qərq oldu
“Pilot təhlükəsizlik kəmərlərini bağlayın deyincə panika başladı”
“Modi yaralı heyvan kimidir, dişləmək üçün geri qayıdacaq”
Pakistan bomba hücumunda Hindistanı günahlandırır
Hindistan məcbur oldu, Rusiya isə buna çalışır
Hindistanda müharibə tərəfdarlarını sərt tənqid edən akademik saxlanıldı
Münir Pakistan ordusunda ən yüksək rütbəyə sahib oldu
Nəhəng müqaviləni ləğv etdilər
Hindistan-Pakistan gərginliyində yeni insident
Türkiyədən və Azərbaycandan Hindistana sifarişlərdə böyük azalma var
Pakistan Baş naziri Azərbaycan Prezidentinə təşəkkür edib
Hindistan və Pakistan arasında dron rəqabəti mübahisəli Kəşmir bölgəsində baş verən toqquşmalardan sonra güclənib.
Anonimlik şərti ilə “Reuters”ə danışan təhlükəsizlik rəsmiləri deyirlər ki, nüvə silahına malik qonşular gələcəkdə pilotsuz uçuş aparatlarından (PUA) daha tez-tez istifadə etməyi planlaşdırırlar.
Aviasiya sektorunu inkişaf etdirmək üçün çalışan Hindistan Drone Federasiyasından Smit Şah deyir ki, Yeni Dehli hökuməti yaxın 12-24 ay ərzində PUA-lara təxminən 470 milyon dollar xərcləyəcək. Qeyd olunur ki, bu, Kəşmir münaqişəsinə qədər qoyulan sərmayənin həcmindən təxminən üç dəfə çoxdur.
Hindistanda yerləşən “ideaForge Technology” dron firmasının direktor müavini Vişal Saxena, Yeni Dehli hökumətinin bir çox sınaq uçuşları və sınaqlarının davam etdiyi PUA-lara “görünməmiş” maraq göstərdiyini deyib.
Mənbələr bildirir ki, Pakistan Hərbi Hava Qüvvələri də qabaqcıl döyüş təyyarələrini riskə atmamaq üçün daha çox PUA almağa çalışır.
“Reuters”in məlumatına görə, Hindistanda Fransa istehsalı olan 30-a yaxın “Rafale” döyüş təyyarəsi var. Pakistan ordusunun Çin istehsalı olan 20 “J-10” döyüş təyyarəsi var.
Böyük Britaniyada yerləşən “Janes” müdafiə kəşfiyyat şirkətindən Oişi Majumdarın sözlərinə görə, Pakistan yerli PUA-nın tədqiqat və istehsal imkanlarını inkişaf etdirmək üçün Çin və Türkiyə ilə əməkdaşlığı gücləndirməyi hədəfləyir.
Bildirilir ki, İslamabad administrasiyası xüsusilə “YİHA-III” model PUA-lara arxalanır. Bu dron Pakistan Milli Aeronavtika Elm və Texnologiya Parkı (NASTP) və Baykar arasında birgə layihənin məhsuludur. Məlumatda bildirilir ki, Baykar adıçəkilən pilotsuz uçan aparatı Pakistanda yığıb. Pakistan rəsmisi deyir ki, dron qurğusu iki-üç günə yerli istehsal oluna bilər.
London Kral Kollecinin politoloqu Valter Ladviq Hindistan və Pakistanın PUA rəqabətini şərh edir: “Hər iki ölkə onları genişmiqyaslı eskalasiyaya səbəb olmadan hərbi təzyiq tətbiq etmək üsulu kimi görür”.
Hesabatda Hindistan ordusunun Kəşmirdəki münaqişə zamanı İsrail istehsalı “HAROP”, Polşa istehsalı “WARMATE” və yerli istehsal olan PUA-lardan istifadə etdiyi bildirilir.
Pakistanlı iki mənbəyə görə, İslamabad “YIHA-III” və “Asisguard Songar” ilə birlikdə dövlətə məxsus “Global Industrial & Defence Solutions” tərəfindən istehsal olunan “Şahpar-II” PUA-dan da istifadə edib.
Pakistan ordusu “Reuters”in suallarına cavab verməkdən imtina edib. Hindistan Müdafiə Nazirliyi və Baykarın şərh tələblərinə cavab vermədiyi bildirilir. Baykarın idarə heyətinin sədri prezident Rəcəb Tayyib Ərdoğanın kürəkəni Səlcuq Bayraktardır.
Mayın 6-10-da Hindistan və Pakistan arasında baş verən toqquşmalar atəşkəs razılaşması ilə başa çatsa da, həm iki nüvə dövləti, həm də dünya ictimai rəyi hələ də kənardadır.
Aprelin 22-də Pahalqam rayonunda 26 nəfərin ölümü ilə nəticələnən terror aktına cavab olaraq Hindistanın mayın 6-da Pakistan ərazisi və Azad Kəşmirə raket zərbələri endirməsindən sonra tərəflər arasında qarşıdurma yaranıb.