Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
20:10 | 2 iyun 2025 | Bazar ertəsi
Məqaləyə 150 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Kremlə gözlənilməz zərbə
Çinin paytaxtında açılan Azərbaycan Turizm Bürosu ofisinin tanıtım videosu
Azərbaycan Asiya bazarında mövqeyini gücləndirir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
... Bir təşkilatda Pekinin müttəfiqi olub, digərində rəqibi olan Yeni Dehli
Moskva niyə Pekindən istədiyini ala bilmədi? — Aleksandr Qabuyevin təhlili
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
İllərdir davam edən danışıqlar nəticə verdi
Çin Baş naziri Donald Trampı müşayiət edən amerikalı iş adamları ilə görüşdü
ABŞ–Çin münasibətlərində “yeni səhifə” mesajları
Çin-ABŞ münasibətləri “qaçılmaz müharibə”dir yoxsa, “idarə olunmalı rəqabət”?
ABŞ prezidenti Çin səfərinə aparıcı şirkətlərinin rəhbərləri də qatılıb
Pekində dünyanın taleyini dəyişə biləcək razılaşma mümkündürmü?
Çin, ABŞ administrasiyasının iki ölkə arasında İsveçrənin Cenevrə şəhərində keçən ay iqtisadi və ticarət əlaqələrində yeni məhdudlaşdırıcı tədbirlərlə tariflərə dair əldə edilmiş razılaşmanı pozduğunu iddia edib.
Çin Ticarət Nazirliyindən verilən açıqlamada, Vaşinqtonun süni intellekt çiplərinə ixrac nəzarəti tətbiq etmə qərarı, çip dizaynında istifadə edilən proqram təminatının Çinə satışını dayandırması və bəzi çinli tələbələrin vizalarını ləğv edəcəyini açıqlamasının da iki lider arasında yanvarın 17-də telefon danışığında əldə olunan razılaşmanı pozduğu bildirilib.
Açıqlamada bu tədbirlərin Çinin qanuni hüquq və mənafelərinə zərər verdiyi vurğulanaraq, “ABŞ təktərəfli və davamlı olaraq yeni iqtisadi və ticarət sürtüşmələrini təhrik edir, ikitərəfli münasibətlərdə qeyri-müəyyənlik və qeyri-sabitliyi daha da gücləndirir”.
Açıqlamada ABŞ-ın ədalətsiz olaraq Çini Cenevrə danışıqlarında əldə olunan razılaşmaya zidd davranmaqda ittiham etdiyi, Çinin isə razılaşmaya uyğun olaraq tarifləri endirdiyi və tarifsiz maneələri aradan qaldırdığı diqqət çəkib.
Bəyanatda Vaşinqton administrasiyasını səhvindən dönməyə və güzəştə getməyə davam etməyə çağırıb və xəbərdarlıq edilib: “Əgər ABŞ tərəfi yanlış yolla getməyə və Çinin maraqlarına zərər vurmağa davam edərsə, Çin öz qanuni hüquq və maraqlarını qorumaq üçün qətiyyətli məcburi tədbirlər görəcək”.
***
ABŞ prezidenti Donald Tramp aprelin 2-də Çin də daxil olmaqla ticarət tərəfdaşlarına əlavə gömrük rüsumları tətbiq etdiyini açıqlamışdı.
İki ölkə arasında Çinin cavabı ilə başlayan tarif qarşıdurması nəticəsində ABŞ Çinə tətbiq etdiyi gömrük tarifini yüzdə 145, Çin isə ABŞ-a 125 faiz gömrük tarifi tətbiq etmişdi.
Vaşinqton administrasiyası digər ölkələrə tətbiq etdiyi əlavə tarifləri 90 gün təxirə salarkən, Çini hədəf alan tariflər qüvvədə qalmışdı.
Ticarət gərginliyinin artmasının ardından ABŞ və Çin rəsmiləri mayın 10-11-də İsveçrənin Cenevrə şəhərində tarif danışıqları aparmaq üçün görüşdülər və qarşılıqlı gömrük rüsumlarını 90 gün müddətinə azaltmağa qərar verdilər.
Danışıqlardan sonra qərara alınıb ki, mayın 14-dən etibarən ABŞ Çin mallarına tətbiq edilən gömrük rüsumunu 90 gün müddətində 145 faizdən 30 faizə, Çin isə ABŞ mallarına tətbiq edilən gömrük rüsumunu 125 faizdən 10 faizə endirsin.
ABŞ prezidenti Donald Tramp mayın 30-da verdiyi açıqlamada Çini Cenevrədə əldə olunmuş razılaşmanın böyük bir hissəsini pozmaqda ittiham edib və bunu Çinin sədri Si Cinpinlə müzakirə edəcəyini və problemin həll olunacağına ümid etdiyini bildirib.