
“Bu gözəldir, onu bağlayacağıq”
Merz və Tramp Ağ Evdə bir-birlərinə nə hədiyyə etdilər?
Merz və Tramp Ağ Evdə bir-birlərinə nə hədiyyə etdilər?
“Pom-Bär” məhsulları geri çağırılıb
Almaniyanın məşhur qəzeti Ərdoğanı göylərə qaldırdı ...
İran XİN Almaniyanın sanksiyasını “təxribatçı” adlandırıb
(İkinci yazı)
Səsyazma təsadüfən olubsa da məhv edilməyib
Bir çox sürücülərin avtomobillərində müxtəlif əşyalar olur. Lakin bu maddələrin bəziləri ciddi hüquqi problemlərə səbəb ola bilər. Xüsusilə bıçaq gəzdirmək məsələsində sürücülər arasında məlumat çatışmazlığı var. Hətta sadə mətbəx bıçağı və ya iş üçün istifadə edilən kəsici alət unudulub avtomobildə qaldıqda böyük cərimələrə səbəb ola bilər.
Alman Avtomobil Klubu (ADAC) xatırladır ki, bəzi bıçaq növlərinin nəqliyyat vasitəsində daşınması qadağandır. Səlahiyyətlilər bıçağın avtomobildə daşınması üçün “əsaslı səbəb” tələb edir. Bu səbəb peşəkar istifadə və ya sənədləşdirilmiş ehtiyac kimi vəziyyətləri əhatə edir. Əks halda sürücüləri 10 min avroya qədər cərimə gözləyir.
Bıçağın avtomobildə asanlıqla əldə edilə bilən yerdə olması vəziyyəti daha da pisləşdirir. Əlcək qutusu (bardaçok) kimi yerlər qanun baxımından yetərli sayılmır, çünki bu yerlərdə bıçaqlar hələ də əlçatan sayılır. Qanuni olaraq, onlar yalnız kilidli qutuda aparıla bilər.
ADAC-ın məlumatına görə, hətta adi mətbəx bıçağı belə avtomobildə ehtiyatsızlıqdan buraxılarsa, ciddi problemlər yarada bilər. Xüsusilə uzun bıçaqlara gəldikdə, Almaniyada silah qanunları işə düşür. Bir çox sürücülər alış-veriş edərkən və ya hərəkət edərkən bilmədən belə bıçaqları daşıyırlar.
Avtomobildə hansı bıçaqların olması qadağandır?
– 12 santimetrdən uzun (qatlanmayan) sabit bıçaqlar
– normal cib bıçaqları
– evdə istifadə edilən mətbəx bıçaqlar
Qanun bıçağın nəqliyyat vasitəsində səhvən, praktiki və ya təhlükəsizlik səbəbi ilə saxlanmasını nəzərə almır. Ona görə də sürücülər hər səfərdən əvvəl maşınlarında belə bıçaqların olub-olmadığını yoxlamalıdırlar. Əgər varsa, bu bıçaqlar düzgün bağlanmış qutuda saxlanmalı və ya evdə qalmalıdır. Tətildə işlər daha da çətinləşə bilər. Çünki bəzi ölkələrdə adi sayılan hallar Almaniyada xeyli yüksək cərimələrə səbəb ola bilər.