vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 12 iyun 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
HƏYATIN DİBİ  
“Müfəttişlər ağlayaraq çıxdılar” 14:40 | 10 iyun 2025 | Çərşənbə axşamı Məqaləyə 87 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Müfəttişlər ağlayaraq çıxdılar”

Bolqarıstanda qocalar evi sakinlərinə işgəncə veriblər

MURAD

MÖVZU İLƏ ƏLAQƏLİ

Bolqarıstanda 5 qocalar evində 205 qocanın işgəncəyə məruz qaldığı müəyyən edilib. Ədliyyə Nazirliyindən verilən açıqlamada Stara Zaqora və Varna şəhərlərində qanunsuz xidmət göstərən 5 qocalar evində əməliyyat aparıldığı bildirilib.

Yaşlıların işgəncəyə məruz qalmasını əks etdirən fotolar paylaşılıb. Fotolarda baxımsızlıq ucbatından zəifləmiş yaşlı insanlar ayaqlarından bağlanaraq çarpayılarının altında uzanmış vəziyyətdə görünürlər.

Ədliyyə naziri Georgi Georgiyev mətbuata açıqlamasında qocalar evlərinin “qorxu evinə” çevrildiyini bildirib: “Burada insanlar narkotika verilib, çarpayılarına bağlanıb, işgəncə və işgəncələrə məruz qalıb”.

Bəzi qocaların xəstəxanaya, bəzilərinin isə başqa yerlərə aparıldığını deyən Georgiyev, “Heç kim belə dəhşət görməmişdi. Müfəttişlərdən bəziləri vəziyyəti görüb ağlayaraq çıxdılar”, – deyib.

***

Georgiyev qocalar evlərində qocaların məhbus kimi saxlanıldığını və onlara qarşı qəddar rəftar edildiyini bildirib: “Qapılar bağlı idi, pəncərələrin daxili tutacaqları sökülüb, gigiyena şəraiti iyrənc idi, çarpayı-döşək yox idi. Telefonları alınıb, insanların xarici aləmi ilə əlaqəsi, şəxsiyyət vəsiqəsi yox idi. Daimi səhiyyə xidməti mövcud deyildi. Yalnız kimsə öləndə həkim gəlirdi. İxtisassız insanlar həmin qocalara qeyri-spesifik dərmanlar vururdular”.

Georgiyev qeyri-qanuni qocalar evlərinin bağlanacağını və ciddi nəzarətin davam edəcəyini açıqlayıb.