NATO zirvəsi əndişəsi
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
09:58 | 19 may 2014 | Bazar ertəsi
Məqaləyə 1604 dəfə baxılıb
Şriftin ölçüsü
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Biri uşaq olmaqla 8 nəfər ölüb, 33 nəfər yaralanıb
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
Minlərlə tələbə başqa ali məktəbə köçürülür
Ermənistandan vacib Türkiyə həmləsi
Super ulduz Türkiyə milli komandası üçün yeni marş bəstələyir?
Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə start verilir
Suriya–İraq coğrafiyasında balans dəyişir, Türkiyə hərəkətə keçdi
İş adamı Aydın Çavuşoğlunun vəziyyəti ağırdır
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
“Qalatasaray” TFF ilə bütün münasibətləri kəsdi
“Gənclərbirliyi” – “Qalatasaray” matçının VAR hakimi yeni futbol termini yaratdı
İtki yoxdur
Pakistan Baş naziri Türkiyə Prezidenti ilə də görüşəcək
Xəbər verdiyimiz kimi Türkiyədəki Soma faciəsindən sonra ötən gün hadisənin baş verdiyi mədənin 17 əməkdaşı polis tərəfindən saxlanılıb. ANS PRESS-in məlumatına görə, saxlanılan şübhəlilərin hüquqlarını müdafiə etmək üçün vəkil tapılmır. Bu barədə mətbuata məlumat verən Cümhuriyyət Xalq Partiyasının (CHP) Manisa millət vəkili Özgür Özel 300 milyon lirəlik (112 milyon AZN) pul dövriyyəsi olan bir şirkətin öz işçilərinə vəkil tutmamasına təəccübləndiyini deyib.
«Bu gün Ankaradan gələn millət vəkillərimizlə birlikdə başsağlığı ziyarətlərinə getmişdik. Bu vaxt saxlanılanlar barədə xəbər gəldi. İçəridə saxlanılan 5 nəfərlə görüşdüm. Saxlanılanların 17 nəfər olduqlarını, onlardan 5-nin prokurorluğa göndərildiyini öyrəndim.
Saxlanılanlar müəssisənin müdiri Akın
Çelik, müdir müavinləri Selçuk Demirci, Yalçın Erdoğan, TTK (Türkiyə Daşkömürü
Qurumu) müdir müavini Əli Ulu və daha bir mədən əməkdaşı Ertan Ersoydur.
Onların ilkin istintaqı başa çatıb və məhkəməyə göndəriliblər.
Amma mən daha maraqlı bir hadisənin
şahidi oldum. Saxlanılanlar arasında Əli Ulu xaric heç kimin vəkili yoxdu və bu
istiqamətdə heç bir addım atılmamışdı.
Onların dövlətdən vəkil tələb etmək
hüquqları olsa da Somada heç bir vəkil bu işi qəbul etməyib. Onlar üçün Akhisar
rayonundan vəkil göndərilib. Akın Çelikdən soruşdum, müəssisənin vəkil
vermədiyini, öz vəkillərinin İstanbulda olduğunu və tıxac səbəbindən gələ
bilmədiklərini dedi.
Belə, iqtisadi gücü olan bir müəssisənin
vəkil göndərməməsi və dövlət tərəfindən vəkil təmini hüququndan istifadə etməsi
çox maraqlı bir haldır.
Vəkillər kollegiyasından soruşdum, onlar
da bu işə təəccübləniblər. Alp Gürkanın (faciənin baş verdiyi mədənin sahibi)
isə harada olduğunu bilmirəm. Barəsində saxlanılma qərarı olub-olmadığını da
bilmirəm».
Xatırladaq ki, mayın 13-də Türkiyə Manisa vilayətinin Soma rayonundakı daş-kömür mədənində dəhşətli partlayış baş verib. Faciə nəticəsində 301 fəhlə ölüb.