İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
09:52 | 13 iyun 2025 | Cümə
Məqaləyə 244 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
İsrail–“Hizbullah” xəttində hava hücumları; PUA-larla çəkindirmə işə yaramır
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
İranın ali dini lideri Əli Xameneyi deyib ki, İsrail bu gün İranın nüvə proqramına qarşı həyata keçirdiyi və bir çox hərbi liderin ölümünə səbəb olan hücumdan sonra ağır cəza ilə üzləşəcək.
Xameneyi açıqlamasında, “Sionist rejim qanlı və xain əlini göstərdi və bu səhər İrana qarşı törətdiyi cinayətlə öz iyrənc simasını ortaya qoydu. Sionist varlıq bu hücumla özünə acı bir aqibət yazdı və mütləq bu aqibəti yaşayacaq”, – deyib.
İran silahlı qüvvələri İsrailin bu gün səhər saatlarında ölkənin müxtəlif bölgələrində nüvə obyektləri də daxil olmaqla çoxsaylı hədəflərə irimiqyaslı hava zərbələri endirməsinə sərt cavab verəcəklərini açıqlayıb. Silahlı Qüvvələrin Baş Qərargahının sözçüsü Əbülfəzl Şikarçi “Silahlı Qüvvələr bu sionist hücuma mütləq cavab verəcək”, – deyib və vurğulayıb ki, İsrail “ağır bədəl ödəyəcək və İran Silahlı Qüvvələrindən sərt cavab gözləməlidir”.