İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
10:28 | 13 iyun 2025 | Cümə
Məqaləyə 271 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
İsrail–“Hizbullah” xəttində hava hücumları; PUA-larla çəkindirmə işə yaramır
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
İsrailin zərbələri nəticəsində öldürülən yüksək rütbəli İran rəsmilərinin siyahısı paylaşılıb. Onların arasında “Zəngəzur İranın qırmızı cizgisidir” deyib, Azərbayacana barmaq silkələyən general Hüseyn Salamı də var. Xameneyidən sonra İranda ikinci şəxs sayılan Hüseyn Səlami Zəngəzur, Ermənistan sərhədi İranın qırmızı xəttidir. İstənilən müdaxilənin qarşısını alacağıq deyirdi.
Sərhədlərimizdə təlim keçirən, bəyanatlar verən, hədələyən, güc nümayiş etdirən, “İranın hakimiyyəti sərhədlərindən kənarda da davam edir”, – deyib, agentura şəbəkəsinə, terror qruplarına dəstək verən generalı bu gecə evində, yatdığı yerdə öldürdülər.
Beləliklə öldürülən yüksəkrütbəlilərdən bəziləri.
Baş Qərargah rəisi Məhəmməd Baqiri
SEPAH komandiri Hüseyn Salami
SEPAH Aerokosmik Qüvvələrinin komandanı Əmir Əli Hacızadə
İranın Atom Enerjisi Təşkilatının rəhbəri Fereydun Abbasi
İran Baş Qərargahının “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahının komandanı general-mayor Qulam Əli Rəşid
İranın nüvə layihəsinin liderlərindən biri Məhəmməd Mehdi Tehranci
İsrail ordusu gecə boyunca edilən hücumlarda 200 qədər təyyarənin iştirak etdiyini və 330-dan çox sursatın atıldığını açıqlayıb.