İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
15:11 | 13 iyun 2025 | Cümə
Məqaləyə 320 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
İsrail–“Hizbullah” xəttində hava hücumları; PUA-larla çəkindirmə işə yaramır
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
İsrail bu günü səhər saatlarında İranın paytaxtı Tehranı hədəfə alıb. Partlayışlar bütün şəhərdə əks-səda verib. İsrail hücumda nüvə və hərbi obyektlərin vurulduğunu açıqlayıb.
İsrailin baş naziri Benyamin Netanyahu əməliyyatın “Yüksələn Aslan” adlandırıldığını açıqlayıb. Hücumda 200-ə yaxın İsrail təyyarəsi iştirak edib və 100 hədəf vurulub.
Hücumlarda nüvə proqramı ilə əlaqəli yüksək rütbəli komandirlər və alimlər həlak olub.
Hücum İranın nüvə proqramında sürətli irəliləyişi ilə əlaqədar gərginliyin pik həddə çatdığı bir vaxta təsadüf edib. Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAGATE) Rəhbərlər Şurası dünən İranı 20 ildən sonra ilk dəfə müfəttişlərlə əməkdaşlıq etmədiyinə görə rəsmi şəkildə qınayıb. Bununla belə, diplomatik danışıqlar başa çatmayıb.
Hücumun ilk saatlarında ABŞ dövlət katibi Marko Rubio ABŞ-ın İsraili İrana qarşı hərəkətləri ilə bağlı xəbərdar etdiyini deyib. O, hücumlarda heç bir rolunun olmadığını bildirib və Tehrana ABŞ-ın maraqlarını və şəxsi heyətini hədəf almaması ilə bağlı xəbərdarlıq edib.
Bununla belə, ABŞ prezidenti Donald Tramp bəyan edib ki, İran razılaşma əldə etməlidir, əks halda növbəti hücumlar daha qəddar olacaq.
Tramp sosial media hesabında, “Mən İrana saziş bağlamaq üçün bir çox imkanlar vermişəm. Onlara ən açıq və ən sərt ifadələrlə sadəcə bunu edin dedim. Amma nə qədər çalışsalar da və nə qədər yaxınlaşsalar da, uğur qazana bilmədilər. Onlara dedim ki, qarşılaşacaqları şey indiyə qədər bildikləri, gözlədikləri və ya deyilən hər şeydən daha pis olacaq. Mən qeyd etdim ki, ABŞ dünyanın ölümcül silahına malik olduğunu silahı və onlardan İsraildə də olduğunu, onlardan daha çoxunun yolda olduğunu demişdim. İsraillilər ondan necə istifadə edəcəyini çox yaxşı bilirlər...
Bəzi iranlı generallar cəsarətlə danışsalar da, onların başına nə gələcəyini bilmirdilər. Onların hamısı indi ölüb və vəziyyət daha da pisləşəcək. Artıq böyük dağıntılar və insan tələfatı olub, lakin bu qırğına son qoymaq şansı hələ də var. Növbəti hücumların daha qəddar olması planlaşdırılır. Əgər İran özündən qalanı xilas etmək və özünü qorumaq istəyirsə, mümkün qədər tez bir razılaşma əldə etməlidir. Artıq ölüm və daha çox dağıntı olmasın. Sadəcə çox gec olmadan bunu edin. Allah hamımızı qorusun!”