 
                                İranda hakimiyyət davası
SEPAH-la islahatçılar arasında qarşıdurma qızışıb
 19:42 | 13 iyun 2025 | Cümə
                Məqaləyə 175 dəfə baxılıb
                
                Şriftin ölçüsü
            					
            	
                19:42 | 13 iyun 2025 | Cümə
                Məqaləyə 175 dəfə baxılıb
                
                Şriftin ölçüsü
                 
                 
                	
                
                 
                                SEPAH-la islahatçılar arasında qarşıdurma qızışıb
 
                                Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
 
                                Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
 
                                BMT-nin baş katibi İrandakı ölüm hökmləri ilə bağlı hesabat təqdim etdi
 
                                Region həyatımızda getdikcə daha çox yer tutur...
 
                                Sergey Lavrov və Zərif arasında qarşıdurma
 
                                Girov anlaşmasından sonra İsraildə keçirilən sorğuda xalqın hakim “Likud” partiyasına inam artdı
 
                                Müdafiə naziri yeni Qəzza planı hazırlatdırır; Trampdan “HƏMAS”a sərt mesaj
 
                                Deputatlığa namizəd Səfa əl-Məşhədani öldürüldü
 
                                Günahkar iqlim dəyişikliyidir?
 
                                HƏMAS silahı buraxmasa, əməliyyatlar bu dəfə təşkilatın tamamilə məhvinə qədər davam edəcək
 
                                Fars-molla rejimi artıq oyuncaqlardan da qorxur
 
                                İran məhkəməsi casusluqda günahlandırılan iki fransız vətəndaşı barədə hökm verdi
 
                                ABŞ hökumətinin bağlanması iqtisadiyyata və kredit reytinqinə təsir edə bilər
 
                                Vergilər Pekinə cavabdır
 
                                Ya Trampın təklifini qəbul edib silahı yerə qoymaq, ya da ...
İsrailin İrana hücumları davam edərkən, paytaxt Tehranda yenidən şiddətli partlayış səsləri eşidilib. İran mətbuatında dərc olunan görüntülərə görə, partlayışlar Tehranın qərb hissəsində baş verib.
Tehrandakı hücumlarda mülki yaşayış məntəqələrinin də hədəf alındığı, aralarında qadın və uşaqların da olduğu 78 nəfərin həyatını itirdiyi, 329 nəfərin yaralandığı açıqlanıb.
Təbrizdə indiyədək baş verən hücumlarda 8 nəfərin həyatını itirdiyi, 12 nəfərin isə yaralandığı bildirilib. İsrail hücumların davam edəcəyini açıqlayıb.
Yarı rəsmi Fars Xəbər Agentliyi İsrailin hücumlarının davam etdiyi İranda Fordo nüvə obyektinin hədəf alındığını bildirib. Agentliyin məlumatına görə, bir müddət əvvəl Fordodakı nüvə obyekti ərazisindən iki partlayış səsi eşidilib və obyektin iki nöqtəsi hədəfə alınıb.
Paytaxt Tehran da daxil olmaqla, hücumlar fasilələrlə davam edir.
İsrailin baş naziri Benyamin Netanyahu İrana qarşı hücuma keçdiklərini və hücumların “təhlükə aradan qaldırılana qədər” davam edəcəyini bildirib.
İsrailin müdafiə naziri Yisrael Katz ölkədə fövqəladə vəziyyət elan etdiklərini açıqlayıb.
İsrail ordusu hücumlarda 200-dən çox döyüş təyyarəsinin iştirak etdiyini açıqlayıb, pilotsuz təyyarələrdən də istifadə edildiyi qeyd edilib.
Netanyahu xalqa müraciətində İranın 2024-cü ilin sentyabrında “Hizbullah”ın keçmiş baş katibi Həsən Nəsrullahı sui-qəsddə öldürdükdən sonra nüvə proqramını sürətləndirdiyini iddia edib.
İsrailin baş naziri, “İran bu tarixdən sonra nüvə silahı əldə etmək üçün açıq addımlar atmağa başladı. Biz hərəkətə keçməli olduq. Mən əməliyyatla bağlı qərarı aprelin sonunda verdim. Bu, müxtəlif səbəblərdən baş vermədi. Daha sonra Baş Qərargah rəisi və müdafiə naziri ilə bu günü təyin etdik”, – deyib.
İrana qarşı hücumların davam edəcəyini bildirən Netanyahu, “Bu, ilk ancaq yeganə hədəf deyil”, – deyib.
İsrailin 2024-cü ilin oktyabrında İrana hücumundan sonra Tehranın ballistik raket proqramını sürətləndirdiyini bildirən Netanyahu, İranın 3 ildə 10 min raket istehsal etmək qabiliyyətini artırdığını iddia edərək, “artıq gözləyə bilməzlər”, – deyib.
Netanyahu israillilərə müraciət edərək, “İran cavab verəcək, əks-hücum olacaq, bu, çox şiddətli ola bilər. Raketlər gələcək. Özünüzə qapılmayın, təlimatlara qulaq asın”, – deyib.
ABŞ-ı məlumatlandırdıqlarını da ifadə edən Netanyahu bunları qeyd edib: “Amerikanın mövqeyini Amerikanın ixtiyarına buraxıram. Hücum barədə onlara məlumat verdik. İndi nə edəcəklər? Mən bunu prezident Trampa həvalə edirəm, o, qərarlarını müstəqil verir, onun adından danışa bilmərəm”.
Netanyahu İrana “tarixdə bəlkə də yeganə nümunə” hücumu həyata keçirdiklərini iddia edərək, raket rampalarını vurduqlarını, lakin İranın raket istehsal müəssisələrinin onların əsl hədəfləri olduğunu bildirib.
Yaxın saatlarda Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyini açıqlayan Netanyahu iranlılar qarşısında çıxış edəcəyini və burada “tarixi fürsət” olduğunu bildirib.
ABŞ prezidenti Donald Tramp deyib ki, İsrailin İrana hücumları “İranla nüvə sazişi bağlamağa” kömək edə bilər. ABŞ prezidenti Tramp Ağ Evdəki Situasiya Otağında keçirilən milli təhlükəsizlik toplantısına girməzdən əvvəl “Axios”a açıqlama verib.
İsrailin hücumunun nüvə razılaşması ilə bağlı diplomatiyanı təhlükə altına alıb-almadığı sualına Tramp, “Mən belə düşünmürəm, bəlkə də əksinə, bəlkə indi ciddi danışıqlar aparacaqlar”, – deyib. ABŞ prezidenti “İrana 60 gün vaxt verdim, bu gün 61-ci gündür. Onlar indiyə qədər razılaşmalı idilər. Mən onları 60 gün ərzində razılaşmağa inandıra bilməzdim, amma razılaşmalı idilər. Bəlkə indi edəcəklər”, – dedi.
***
İsrail səhər saatlarında İranın paytaxtı Tehrana, eləcə də Təbrizə, İsfahandakı Natanz Nüvə Müəssisəsinə, Luristan, Kirmanşah, Şiraz, Xuzistan, Həmədan və Qum şəhərlərinə hava zərbələri endirib. Natanzdakı nüvə obyektində heç bir sızma olmadığı bildirilib.
Hücumlarda İranın Baş Qərargah rəisi, general-mayor Məhəmməd Baqeri, İnqilab Keşikçiləri Korpusunun baş komandanı (SEPAH) general-mayor Hüseyn Səlami, Hatəmül Ənbiya Mərkəzi Qərargahının komandanı Qulaməli Rəşid, İnqilab Keşikçiləri Korpusunun Hava və Kosmos Komandiri generalı Hacidi Hacizadənin, o cümlədən 6 nüvə aliminin öldürüldüyü bildirilib.