İranda intiharlar gizlədilir
“Bir çox özünəqəsd hadisələri mətbuatda paylaşılmır”
09:27 | 14 iyun 2025 | Şənbə
Məqaləyə 150 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir çox özünəqəsd hadisələri mətbuatda paylaşılmır”
Son bir ayda 20 illik rekord
SEPAH-la islahatçılar arasında qarşıdurma qızışıb
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
BMT-nin baş katibi İrandakı ölüm hökmləri ilə bağlı hesabat təqdim etdi
Region həyatımızda getdikcə daha çox yer tutur...
Sergey Lavrov və Zərif arasında qarşıdurma
Girov anlaşmasından sonra İsraildə keçirilən sorğuda xalqın hakim “Likud” partiyasına inam artdı
Müdafiə naziri yeni Qəzza planı hazırlatdırır; Trampdan “HƏMAS”a sərt mesaj
Deputatlığa namizəd Səfa əl-Məşhədani öldürüldü
Günahkar iqlim dəyişikliyidir?
HƏMAS silahı buraxmasa, əməliyyatlar bu dəfə təşkilatın tamamilə məhvinə qədər davam edəcək
Fars-molla rejimi artıq oyuncaqlardan da qorxur
İran məhkəməsi casusluqda günahlandırılan iki fransız vətəndaşı barədə hökm verdi
ABŞ hökumətinin bağlanması iqtisadiyyata və kredit reytinqinə təsir edə bilər
İsrail ordusunun sözçüsü açıqlamasında İranın İsrailin şimal, cənub və mərkəzi bölgələrinə raket hücumları təşkil etdiyini və hava hücumundan müdafiə sistemlərinin onların qarşısını almağa çalışdığını bildirib.
Şimalda geniş bir ərazidə və cənubda Qəzza zolağı ətrafındakı şəhərlərdə hücumları bildirən İsrailin telefon proqramında həyəcan siqnalları eşidilib.
Sosial mediada İrandan şimalda atılan ballistik raketlərin görüntüləri və hava hücumundan müdafiə sistemlərindən atılan raketlərin havada qalan izləri paylaşılıb. Raketlərin izləri İrandan atılan raketlər zamanı işğal altında olan Şərqi Yerusəlimin səmasında görünüb. Hava hücumundan müdafiə raketlərinin işə salınması zamanı partlayış səsləri eşidilib.
“Yediot Ahranot”un məlumatına görə, səhər saatlarında 15 dəqiqə ərzində İrandan İsrailə doğru 3 raket atılıb.
Xəbərdə İsrailin mərkəzi bölgəsinə raket atılması nəticəsində 6 binanın zərər gördüyü, 9 nəfərin yaralandığı bildirilib.
İsrail ordusunun daxili cəbhə komandanlığı hücum xəbərdarlığı etdiyi bölgələrdə sığınacaqları tərk etməyin mümkün olduğunu, ancaq yaxınlıqdakı və qorunan ərazilərdə qalmağın zəruri olduğunu açıqlayıb.
***
İsrailin dövlət televiziyası KAN-ın xəbərinə görə, İranın İsrailə qarşı həyata keçirdiyi son hücumlarda Tel-Əvivin cənubundakı bəzi binalar hədəfə alınıb.
Səhər saatlarında həyata keçirilən hücumlarda 2 nəfər ölüb, 3-ü ağır olmaqla 21 nəfər yaralanıb.
Belə ki, dünən axşam saatlarından etibarən İranın İsrailə qarşı həyata keçirdiyi 6 hücumda ölənlərin sayı 3-ə, yaralananların sayı isə 91-ə yüksəlib.
İsrail ordusu İrandan şimal, cənub və mərkəzi bölgələrə yeni raket hücumlarının həyata keçirildiyini açıqlayıb.
İsrail mətbuatı da səhər saatlarında 15 dəqiqə ərzində İrandan İsrailə doğru 3 raket atıldığını paylaşıb.
***
İsrail ordusu İrana qarşı hücumlarında ölkənin ən böyük nüvə obyekti olan Natanzı, eləcə də İsfahandakı nüvə obyektini vurduqlarını açıqlayıb.
İsrail ordusunun sözçüsü Aviçai Adri sosial media hesabında İrana qarşı hücumlarında ölkənin ən böyük nüvə obyekti Natanzdan başqa İsfahandakı başqa bir nüvə obyektini də vurduqlarını iddia edib.
Adri, İsfahandakı obyektin nüvə silahı istehsalı üçün zənginləşdirilmiş uranın təkrar emalı üçün istifadə edildiyini ifadə edərək, uranın metal istehsalı, zənginləşdirilmiş uranın çevrilməsi infrastrukturu və laboratoriyaların vurulduğunu iddia etdi.
İsfahan valisinin müavini Əkbər Salihi bildirib ki, İsrail cümə günü axşam saatlarında İsfahandakı Şəhid Rəisi Atom Elektrik Stansiyasına hücum edib.
***
İsrailin İranın qərbindəki Mehrabad hava limanı yaxınlığında zərbə endirdiyi bildirilir.
Mehrabad hava limanının ətrafı hədəfə alındıqdan sonra ərazidə sıx tüstünün yüksəldiyi müşahidə edilib.
Digər tərəfdən, uzun müddətdir ki, Tehranın mərkəzində pilotsuz uçuş aparatlarının (PUA) və qısa fasilələrlə güclü partlayış səsləri eşidilir.
Uzun müddətdir ki, hədəflərə qarşı hava hücumundan müdafiə sistemləri də atəş açır.
***
İyunun 13-də İsrail aviasiyası İran ordusunun yüksək komandanlığı da daxil olmaqla, ölkənin müxtəlif şəhərlərindəki nüvə obyektlərini hədəf alan irimiqyaslı hücumlara başlayıb.
Hücumlarda İran Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Baş Komandanı, bəzi yüksək səviyyəli komandirlər və 9 nüvə alimi həlak olub, mülki itkilərin ümumi sayı isə 78 olaraq açıqlanıb.
İran ordusunun İsrailə ballistik raketlərlə cavab verməsi nəticəsində azı 63 nəfər yaralanıb.
Başda Türkiyə olmaqla bir çox ölkə İsraili qınayıb.