İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
19:29 | 14 iyun 2025 | Şənbə
Məqaləyə 176 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
İsrail–“Hizbullah” xəttində hava hücumları; PUA-larla çəkindirmə işə yaramır
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
ABŞ və İran arasında həftələrdir davam edən dolayı nüvə razılaşması üzrə danışıqların altıncı raundu bazar günü Omanın paytaxtı Maskatda keçirilməli idi.
İranın xarici işlər naziri Seyid Abbas Araqçı deyib ki, İsrailin hücumları davam edərkən İran və ABŞ arasında nüvə danışıqlarının davam etdirilməsi mənasızdır.
İran Xarici İşlər Nazirliyinin bəyanatına görə, Araqçı bu sözləri Avropa Birliyinin (AB) Xarici Siyasət rəhbəri Kaja Kallas ilə telefon danışığı zamanı deyib. Zəng zamanı Araqçı bildirib ki, İsrail hücumları ABŞ-ın dəstəyi ilə həyata keçirib.
Dünən səhər saatlarında İsrail tərəfindən İrana endirilən hava hücumlarından sonra ABŞ dövlət katibi Marko Rubio ölkəsinin bu hücumlarla heç bir əlaqəsinin olmadığını açıqlayıb. Bununla belə, prezident Donald Tramp sosial şəbəkədəki açıqlamalarında hücumları tərifləyərək, İsrailin hücumlarının İranı nüvə razılaşması masasına oturtmağa xidmət edəcəyini və ya əks halda daha da sərtləşəcəyini bildirib.
ABŞ və İran arasında həftələrdir davam edən dolayı nüvə razılaşması üzrə danışıqların Maskatda keçirilməsi nəzərdə tutulan altıncı raundunun “lazımsız” adlandıran Araqçının açıqlamasından sonra, nazirliyin sözçüsü İsmayıl Bəqai bunları deyib: "Mövcud şəraitdə əsas diqqətimiz düşmənin təcavüzünə qarşı durmaqdır".
***
İsrail dünən səhər saatlarında İranın paytaxtı Tehranı hədəfə alıb. Partlayışlar şəhərin bir çox yerlərində əks-səda verib. İsrail hücumda nüvə və hərbi obyektlərin vurulduğunu açıqlayıb.
İsrailin baş naziri Benyamin Netanyahu əməliyyatın “Yüksək Aslan əməliyyatı” adlandırıldığını açıqlayıb. Hücumda 200-ə yaxın İsrail təyyarəsi iştirak edib və 100-ə yaxın hədəf vurulub.
Hücumlarda nüvə proqramı ilə əlaqəli yüksək səviyyəli komandirlər və nüvə alimləri öldürüldü.
Bu hücum İranın nüvə proqramında sürətli irəliləyişi ilə əlaqədar gərginliyin pik həddə çatdığı bir vaxta təsadüf edib. Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) İdarə Heyəti iki gün əvvəl İranı müfəttişlərlə əməkdaşlıq etmədiyinə görə 20 ildən sonra ilk dəfə rəsmi şəkildə qınayıb.
Hücumun ilk saatlarında ABŞ dövlət katibi Marko Rubio İsrailin İrana hücumlarında ABŞ-ın heç bir rolunun olmadığını deyib və Tehrana ABŞ-ın maraqlarını və şəxsi heyətini hədəf almamaq barədə xəbərdarlıq edib.
Bununla belə, ABŞ prezidenti Donald Tramp deyib ki, İran razılaşma əldə etməlidir, əks halda gələcək hücumlar “daha qəddar” olacaq.