İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
14:51 | 14 iyun 2025 | Şənbə
Məqaləyə 285 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
İsrail–“Hizbullah” xəttində hava hücumları; PUA-larla çəkindirmə işə yaramır
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
İsrailin İrana son hücumu strateji-yəhudi dövlətinin təhlükəsizliyi məqsədi daşıyır. Müşahidələr göstərir ki, əsas niyyət düşünüldüyündən daha dərin qatlara gedə bilər. Artıq Tramp İrana “nüvə proqramından imtina edin, əvəzində İran imperiyasının qalıqlarını xilas edin” mesajını verib.
İndiyə qədər İranı xarici siyasəti, rəqiblərə, xüsusilə İranın sevmədiyi ölkələrə qarşı əsasən iki mərhələli qurulurdu.
Birinci mərhələdə yüksək çinli hərbçilər və ya təhlükəsizlik rəhbərləri hansısa açıqlamalar verirdi, mollalar siyasi təhdidlər səsləndirirdi. İkinci mərhələdə diplomatlar prosesə daxil olub təhdid etdikləri və ya qarşıdurmada olduğu dövlətlərlə danışıqlara başlayır, minimum maraqlarını təmin edirdilər.
İndi vəziyyət dəyişir, yüksək çinli hərbçilər İsrail tərəfindən ovlanır, İran hərbi gücü sındırılır. Bundan sonrakı mərhələdə İran diplomatları üçün çətin dövr başlayacaq. Daha iranlı generalların və mollaların təhdid üslubu işləməyəcək. Deməli, İran diplomatiyası üçün əsl sınaq mərhələsi başlayır.
Məhz bu mərhələ İran diplomatiyasının nə dərəcədə uzaqgörən və hansı potensial imkanları olduğu ortaya çıxaracaq. Hərbi gücü bir anda sındırılan ölkəni ən pis durumdan çıxaran diplomatiya olur.