İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
13:50 | 16 iyun 2025 | Bazar ertəsi
Məqaləyə 229 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
İsrail–“Hizbullah” xəttində hava hücumları; PUA-larla çəkindirmə işə yaramır
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
İranda baş verəcək prosesləri proqnozlaşdırmaq, İsrailin strateji və taktiki hədəflərini müəyyənləşdirmək üçün bugünkü hadisələrin mahiyyətinə, incəliklərinə və detallara nəzər yetirmək lazımdır.
İsrail aviasiyası dünən həyata keçirdiyi bombardmanı zamanı iki bina xüsusi hədəfə alınmışdı. O binalar hansılardır və özəllikləri nədir?
1. İlk zərbə İraki küçəsində yerləşən İran Kəşfiyyat Nazirliyinin Video Müşahidə Mərkəzinə endirilib.
Bu binada bütün İrana nəzarət edən vahid video müşahidə sisteminin avadanlıqları, infrastruktur və serverləri yerləşirdi.
Sistem, ölkə daxilində insanların hərəkətini real vaxtda izləməyə, video arxivdə axtarış aparmağa və “şəxsi qayda pozuntularını” məsələn, hicab qaydalarının pozulmasını qeydə almağa imkan verirdi. Başqa sözlərlə məhz bu binada İran xüsusi xidmət orqanları ölkəyə total nəzarəti həyata keçirirdi.
Məlumata görə, hücum nəticəsində avadanlığın 80-90 faizi, o cümlədən əsas serverlər və analitik mərkəzlər məhv edilib.
2. Tehranın Sabunçi küçəsinin 5-ci dalanında yerləşən binaya zərbə vurulub.
Bu binada SEPAH-ın siyasi repressiyalar mərkəzi yerləşirdi. Həmin qurum siyasi fəalların, jurnalistlərin və etirazçılarının dindirməsi, qorxudulması və şərlənməsilə məşğul idi.
İsrail HHQ-nin raketi düz binanın ortasına dəyib və bina tamamilə məhv edilib.
Zərbə nəticəsində qurumun rəhbərləri, müstəntiqləri, əməliyyatçıları və xüsusi xidmət orqanlarının əməkdaşları öldürülüb.
Amma ən əsas məsələ ondadır ki, siyasi təqiblərə məruz qalanların on minlərlə sənəd və dosyeləri məhv edilib.
Fars-molla rejiminin repressiya aparatının onurğa sütunu qırılır və bu baxımdan baş verən hadisələr çox önəmlidir. Repressiya aparatının çökməsi molla rejimin çökməsilə nəticələnə bilər və İsrailin əsas hədəfi də budur.