
13.5 tonluq bombada 2.5 ton partladıcı olur
ABŞ-ın İrana qarşı istifadə edə biləcəyi “bunker bombası” haqqında nə məlumdur?
ABŞ-ın İrana qarşı istifadə edə biləcəyi “bunker bombası” haqqında nə məlumdur?
İsrailin İranla müharibəsi üçün hansı 2 maneə vardı?
Masada radiasiya və kimyəvi silah ssenariləri
İstəsəydilər öldürərdilər, əvəzində sındırdılar
Fransanın fars-molla rejimini qorumaq istəməsinin gerçək səbəbləri
Xameneyi öldürülərsə oğlu İranın lider ola bilərmi?
İsrailin İrana hücumları AB-də parçalanma yaradıb
Keçmiş “MOSSAD” rəsmisi ABŞ-a etiraf etdi
Netanyahu Xameneyi haqqında “heç kim toxunulmaz deyil” deyib
İsrail fars-molla rejiminin təbliğat mərkəzinə dörd raket zərbəsi endirib
7 günlük hücumlar İranın nüvə proqramına nə kimi zərər verib?
Pentaqonun İran strategiyası laxlayır
Afina Kritdəki bazanı qorumaq üçün “Patriot” göndərib
İran hakimiyyəti niyə İsraillə müharibənin bədəlini Güney Azərbaycana ödətdirir?
Uzunmüddətli müharibəyə girmək qorxusundan Fordo Nüvə Təsislərinə zərbə endirmir
Tel-Əviv Tehranı xəstəxananı hədəf almaqda ittiham edir
İsrail və İran arasında müharibənin ilk həftəsi başa çatıb. İsrail ordusu Amerika tanker təyyarələrinin köməyi ilə “F-35” təyyarələri ilə paytaxt Tehran başda olmaqla bir çox şəhəri bombalamağa davam edərkən, İran qanadlı və ballistik raketlərlə İsraili hədəf almağa davam edir. Müharibə hazırda qarşılıqlı hücumlarda ilişib qaldığı bir vaxtda İsrail hökuməti ABŞ-ı müharibəyə onların tərəfində müdaxilə etməyə inandırmaqla bu dövranı pozmağa çalışır. İsrail Qum şəhəri yaxınlığındakı dağın dərinliklərində inşa edilən Fordo nüvə obyektini məhv etməyi hədəfləsə də, onun obyekti zədələyəcək qədər dərinliyə nüfuz edə biləcək bombası yoxdur.
Mütəxəssislərin fikrincə, İran tərəfindən yerin 80-90 metr altında inşa etdiyi bu strateji uranın zənginləşdirilməsi obyekti yalnız ABŞ-a məxsus 13 ton 600 kq-lıq (3000 funt) GBU-57/B “Massive Ordnance Penetrator” (MOP) bombası ilə hədəfə alına bilər. Bunkerə nüfuz edən bu bomba yalnız ABŞ-da yerləşən “B-2 Spirit” tipli strateji bombardmançılar tərəfindən daşına bilir. Bu, onu göstərir ki, İsrailin İranda istədiyini əldə etməyin yolu ABŞ-ın müharibəyə qarışmasından keçir.
Bu bomba partlamadan əvvəl yerin altında irəliləmək və yerin dərinliklərində sərt zəmini və dəmir-beton konstruksiyaları məhv etmək üçün nəzərdə tutulub. “Bunker ovçusu” kimi də tanınan MOP bombası 61 metr dərinliyə nüfuz edir və sonra partlayır və böyük dağıntılara səbəb olur. Fordo kimi bir dərinliyə çatmaq üçün bir-birinin ardınca bombaların atılması lazım olduğu düşünülür. İsrail rəsmiləri Fordonun “İranın nüvə proqramına son qoymaq” üçün hücum planlarına daxil olduğunu bildirirlər. İsrailin Vaşinqtondakı səfiri Yeçil Liter də “Fox News”a, “Bu əməliyyatın başa çatması Fordonun aradan qaldırılması ilə nəticələnməlidir”, – deyib. Açıq mənbələrə görə, hazırda bu bombaları yalnız Amerikanın “B-2” bombardmançı təyyarələri daşıya bilir. Məlumdur ki, “B-2” təxminən 27200 kiloqram ağırlığında iki MOP bombası ilə uğurla sınaqdan keçirilib. Digər tərəfdən, radarlar tərəfindən təsbit edilmədiyi üçün “Ruh” olaraq da adlandırılan “B-2” təyyarəsinin yanacaq doldurmadan təxminən 11 min kilometr, yanacaq doldurma ilə isə təxminən 18.500 kilometr uçuş mənzili olduğu təxmin edilir.
***
Ötən gün ABŞ prezidenti Donald Tramp Milli Təhlükəsizlik Şurasını toplasa da, “The Wall Street Journal” toplantıda müzakirə edilən variantlardan birinin müharibədə iştirak olduğunu yazıb. Qəzet iddia edib ki, görüş nəticəsində İrana hücum edib-etməmək barədə dəqiq qərar qəbul olunmayıb.
Dünən Ağ Evdə jurnalistlərin suallarını iki dəfə cavablandıran ABŞ prezidenti Donald Tramp Vaşinqtonun müharibəyə müdaxilə edib-etməyəcəyi sualına verdiyi ilk cavabında “Bunu deyə bilmərəm. Ola da bilər, ya olmaya da. Heç kim nə etmək istədiyimi bilmir”, – deyərkən, ikinci mətbuat konfransında da eyni suala “Son qərarı verməmişəm, amma İranla Yaxın Şərqdəki münaqişəyə qatılmaq istəmirəm. İranlılar mənimlə görüşmək üçün Ağ Evə gəlmək istəyirlər. Artıq çox gecdir. Makronun dediyi kimi, Biz atəşkəs axtarmırıq. Biz qələbə istəyirik. Qələbə isə nüvə silahlarının aradan qaldırılmasıdır”. Tramp deyib ki, müharibədə İsrail qalib gəlir. Bu arada İsrailin baş naziri Benyamin Netanyahu dünən gecə İranla müharibədə göstərdiyi dəstəyə görə Trampı İsrailin ən yaxın dostu adlandırıb və ona təşəkkür edib.
***
Mart ayında Hind okeanındakı Dieqo Qarsiya adasındakı hərbi bazaya ən azı 3 ədəd “B-2” yerləşdirilib. İranın ən uzun mənzilli ballistik raketləri 2000 kilometrə çatdığı halda, Dieqo Qarsiya ilə İran arasındakı məsafə təxminən 3795 kilometrdir. Britaniya adası Əfqanıstan və İraqdakı əməliyyatlar zamanı bombardmançıların əsas buraxılış məntəqəsi kimi istifadə edilib. Digər tərəfdən, “B-2”lərin ilk dəfə 1999-cu ildə Kosovoda serblərə qarşı, daha sonra isə 2001-ci ildə Əfqanıstanda Talibana qarşı aparılan müharibədə istifadə edildiyi də məlumdur.