İsrail türk gəmisini həbs etdi
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
21:12 | 19 iyun 2025 | Cümə axşamı
Məqaləyə 193 dəfə baxılıb
Şriftin ölçüsü
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
“Düşmən yeni mərhələyə keçib, ölkəni daxildən çökdürməyi hədəfləyir”
Tramp: “Blokada nüvə razılaşmasına qədər davam edəcək”
Tramp: “Onların artıq heç bir hərbi gücü qalmayıb”
Qara qızıl dörd ilin maksimumuna çatdı
Fars-molla rejimində daxili ideoloji-siyasi parçalanma
Neft qiymətləri kəskin yüksəldi
ABŞ İrana sanksiyalarını pozması iddiası ilə qara siyahını böyütdü
Hörmüz boğazında gəmi keçidləri 95,3% azalıb
BƏƏ-nin OPEC qərarından sonra ...
Nüvə məsələsi əsas şərt olaraq qalır
Neft ehtiyatları anbarları dolan Tehranın mayın ortasına qədər zamanı var
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
İranda açılan memorial stend yeni şübhələr doğurdu
İran Səudiyyə Ərəbistanını hədələdi
Qiymətlər Yaxın Şərq gərginliyi əsnasında yüksəldi
“Bloomberg” xəbər verir ki, ABŞ yaxın günlərdə İrana mümkün zərbələrə hazırlaşdığı üçün Fars Körfəzi ölkələri İran İslam Respublikasındakı ruhanilərə əsaslanan rejimin süqut ehtimalını ciddi şəkildə dəyərləndirirlər.
İsrail tərəfindən İranın molla rejiminə qarşı başlatdığı müharibə hansısa situativ və ya impulsiv qərarın nəticəsi deyil, uzun müddət planlaşdırılmış və mərhələli şəkildə icra edilmiş prosesin kulminasiya nöqtəsidir.
Bu kulminasiyaya aparan yolda iki əsas strateji şərt mövcud idi:
1. İranın Yaxın Şərqdəki proksi qüvvələrinin zərərsizləşdirilməsi
Bu mərhələ olmadan İrana qarşı ardıcıl və genişmiqyaslı hava zərbələri həyata keçirmək mümkünsüz olardı. Çünki həmin proksi qüvvələr dərhal İsraili müxtəlif cəbhələrdən atəşə tutacaq, nəticədə İsrail bir neçə istiqamətdə döyüşməyə məcbur qalacaq və resursları parçalanacaqdı. Bu da İrana qarşı zərbələrin effektivliyini ciddi şəkildə azaldacaqdı.
2. Əsəd rejiminin devrilməsi
Əsədin devrilməsi nəticəsində İsrail bu gün Suriyanın hava məkanından sərbəst şəkildə istifadə edir. İranın Əsəd üzərindəki nüfuzunu nəzərə alaraq, onun hakimiyyətdə qalması halında Suriya hava məkanı İsrail Hərbi Hava Qüvvələri üçün bağlı qalacaq və bu da İran əleyhinə əməliyyatların hərbi nəticələrini və potensialını ciddi dərəcədə məhdudlaşdıracaqdı.
Bu iki əsas maneəni aradan qaldırılması İsrailin İrana qarşı açıq müharibə aparması üçün strateji şərait yaratmış oldu.
Digər vacib məqam isə İsrailin qoyduğu konkret hədəflərdir:
a. Minimum hədəf – İranın nüvə proqramına aid bütün obyektlərin məhv edilməsi. Bu hədəfin həyata keçirilməsi prosesində kulminasiya nöqtəsi Fordonun məhv edilməsidir (bunun üçün ABŞ-ın GBU-57 bombaları lazımdır).
b. Arzuolunan hədəf – ümumi hərbi potensialının tam şəkildə sıradan çıxarılması.
c. Maksimum hədəf – molla rejiminin devrilməsi. Bu məsələ İsrailin edə biləcək maksimum, Xameneyinin fiziki zərərsizləşdirilməsidir.
Son hadisələrin dinamikası göstərir ki, İsrail hər üç hədəfə çatmaqda qərarlıdır və prosesə strateji ardıcıllıqla yanaşır.