İranda intiharlar gizlədilir
“Bir çox özünəqəsd hadisələri mətbuatda paylaşılmır”
15:46 | 20 iyun 2025 | Cümə
Məqaləyə 113 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir çox özünəqəsd hadisələri mətbuatda paylaşılmır”
Son bir ayda 20 illik rekord
SEPAH-la islahatçılar arasında qarşıdurma qızışıb
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
BMT-nin baş katibi İrandakı ölüm hökmləri ilə bağlı hesabat təqdim etdi
Region həyatımızda getdikcə daha çox yer tutur...
Sergey Lavrov və Zərif arasında qarşıdurma
Girov anlaşmasından sonra İsraildə keçirilən sorğuda xalqın hakim “Likud” partiyasına inam artdı
Müdafiə naziri yeni Qəzza planı hazırlatdırır; Trampdan “HƏMAS”a sərt mesaj
Deputatlığa namizəd Səfa əl-Məşhədani öldürüldü
Günahkar iqlim dəyişikliyidir?
HƏMAS silahı buraxmasa, əməliyyatlar bu dəfə təşkilatın tamamilə məhvinə qədər davam edəcək
Fars-molla rejimi artıq oyuncaqlardan da qorxur
İran məhkəməsi casusluqda günahlandırılan iki fransız vətəndaşı barədə hökm verdi
ABŞ hökumətinin bağlanması iqtisadiyyata və kredit reytinqinə təsir edə bilər
İranda rejimin süqutu halında nə baş verə bilər? İngiltərə mətbuatı bu ehtimala dair müxtəlif ssenariləri dəyərləndirib. Bu ssenarilərə əsasən, rejim dəyişikliyi ya tam dağılmaya, ya idarə olunan bir keçidə, ya da etnik parçalanma ilə müşayiət olunan xaosa çevrilə bilər.
İsrail ilə İran arasında baş verən müharibə Tehranda rejim dəyişikliyi ssenarilərini yenidən gündəmə gətirib.
İsrailin Baş naziri Benyamin Netanyahu açıq şəkildə bildirib ki, Xameneyinin ölümü müharibəni bitirər.
İsrailin müdafiə naziri Yisrael Katz isə Xamneyiyə “Sonun Səddam kimi olacaq” təhdidini yönəldib.
Vaşinqton rəhbərliyi isə bu hədəfə daha ehtiyatla yanaşır.
Əslində, Netanyahu əvvəllər əsas məqsədlərinin İranın nüvə potensialını məhv etmək olduğunu deyirdi. Ancaq son günlərdə Tel-Əviv İran rejimini dəyişmək istiqamətində mesajlar verməyə başlayıb.
İngiltərənin “The Guardian” qəzetindən Patrik Vintur “Daxili çökmə, dağıntı, yoxsa keçid? İranda rejim dəyişikliyi necə görünərdi?” başlıqlı məqaləsində bu ehtimalları araşdırıb.
Vinturun fikrincə, “Köklü bir avtoritar rejimin devrilməsi, uzun illər təzyiqlərə məruz qalmış və proqnozlaşdırılması çətin olan qüvvələrin azadlığa çıxmasına yol aça bilər.”
“The Guardian” qəzetinin yazarı mümkün bir çökmə ssenarisinin zaman-zaman rejimlə qarşıdurma yaşayan etnik qruplar üçün fürsət yaradacağını, bəzilərinin isə İran torpaqları üzərində iddialarla çıxış edə biləcəyini qeyd edir.
Vintur mümkün bir hərbi çevriliş ssenarisini də gündəmə gətirib. İnqilab Keşikçiləri Korpusunun (SEPAH) kadrlarının əksəriyyəti məhv edilsə belə, rejimin siyasətindən narazı olan bəzi zabitlərin çevrilişə cəhd edə biləcəyini irəli sürüb.
Lakin o, belə bir hərbi strukturun daha azadlıqçı bir rejim quracağına zəmanət vermədiyini də vurğulayıb. Vintur kulislərdə fövqəladə vəziyyət hökuməti ilə bağlı gəzən şayiələrdən də bəhs edir.
Bu hökumətin tərkibində İranın sabiq prezidenti Həsən Ruhani, sabiq xarici işlər naziri Cavad Zərif və sabiq parlament sədri Əli Laricaninin yer ala biləcəyi qeyd olunur.
“The Guardian” yazarına görə, tammiqyaslı siyasi çöküş halında Evin həbsxanasındakı siyasi məhbuslar arasından ölkə rəhbərliyini ələ ala biləcək bir lider ortaya çıxa bilər.
Yazar həmçinin 2011-ci ildən ev dustaqlığında olan sabiq baş nazir Mir Hüseyn Musəvi və həyat yoldaşının azadlığa buraxılması ehtimalına da diqqət çəkir.
Məqalədə Kanadada keçirilən G7 sammitində Avropa ölkələri arasında İranda rejim dəyişikliyi məsələsinə fərqli yanaşmaların olduğu da vurğulanır.
Bu mövzuda Fransa prezidenti Emmanuel Makronun “Rejimi hər hansı bir plan olmadan dəyişdirmək strateji bir səhv olar” fikrinə xüsusi diqqət çəkilir.
Makron İraq nümunəsini misal gətirərək, İranda oxşar vəziyyətin xaosa səbəb olacağını bildirib. O, rejim dəyişikliyinin yalnız xalqın iradəsi ilə baş verməli olduğunu vurğulayıb.
Almaniyanın federal kansleri Fridrix Mers isə Makronun əksinə mövqe sərgiləyib. Mers “Molla rejimi hücumları ilə dünyaya ölüm və dağıntı gətirdi. İsrail bizim hamımız üçün çirkli işi görür”, – deyərək İsrailə dəstək verib.
Vinturun fikrincə, Qərbin İran rejiminin süqutundan sonra baş verə biləcək hadisələrə dair konkret bir hazırlığı yoxdur.