Hörmüz müqabilində “Tomahawk”
Avropa ölkələri ABŞ ilə sövdələşməyə hazırlaşır
16:29 | 20 iyun 2025 | Cümə
Məqaləyə 220 dəfə baxılıb
Şriftin ölçüsü
Avropa ölkələri ABŞ ilə sövdələşməyə hazırlaşır
1 nəfər mülki vətəndaş həlak oldu
Geri addım, Körfəz ölkələrinin vetosu və yeni dönüş
ABŞ və İran Hörmüz boğazında toqquşdu ...
Bəndər-Abbas və Keşm limanlarına hava zərbələri endirilib
İran XİN rəhbəri Əli Xameneyinin ölümündə günahlandırılır
“Çaxal” əsgərinin xristian abidələrinə qeyri etik davranışı hiddətə səbəb oldu
Hərbi ekspert: “Generalitet də dilinə sahib çıxmalıdır”
Pekin boğazın açılmasını istəsə də, qarşılıqlı güzəşt tələb edir
Hörmüz boğazı açılacaqmı?
Bazarlar İran–ABŞ danışıqlarını izləyir
İranın iddiası təkzib olundu
Müharibə ritorikalarının azalması qara qızıla təsir etdi
Pezeşkian Vəhididən Xameneyiyə şikayət etmək istəyir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
İsrailin baş naziri Benyamin Netanyahu fars-molla rejiminin lideri Ayətullah Əli Xameneiyə qarşı sui-qəsd təhdidini təkrarlayıb. İsrail dövlət televiziyası KAN-a danışan Netanyahu hərbçilərə “İranda heç kimin toxunulmazlığı yoxdur” mövzusunda açıq göstərişlər verdiyini bildirərək, “Əlavə izah etməyə ehtiyac yoxdur, hadisələri izləyin”, – deyib.
Müdafiə naziri Yisrael Katzın birbaşa Xameneyiyə sui-qəsd cəhdinə işarə edən açıqlamalarından sonra açıqlama verən Netanyahu İsrailin İran rejimini devirmək məqsədi daşımadığını, bunun nəticəsində rejimin sarsıla biləcəyini bildirib: “Bu, İran xalqının verəcəyi qərardır”.
***
İranın nüvə proqramı ilə bağlı Netanyahu iddia edib ki, İsrail İrandakı bütün nüvə obyektlərinə zərbə endirmək gücünə malikdir. İsrailin bu kontekstdə ABŞ-dan “yaşıl işıq” gözləmədiyini vurğulayan Netanyahu xüsusilə ABŞ-ın müdafiə dəstəyini tərifləyib: “İHA-ları vuran amerikalı pilotlar var, ABŞ da THAAD hava hücumundan müdafiə sistemi ilə bizə kömək edir”.
***
Netanyahu İranın son cavab hücumunda vurulan Soroka xəstəxanasına səfəri zamanı verdiyi açıqlamada Xameneyiyə qarşı sui-qəsd ehtimalına da diqqət çəkmişdi. “Hər variantın masada olduğunu” deyən Netanyahu birbaşa təhdidlər etmişdi.
Müdafiə naziri Katz daha əvvəl verdiyi açıqlamada “Xameneyi kimi diktator mövcud olmağa davam edə bilməz”, – demişdi.
İsrailin iyunun 13-də İrana qarşı başlatdığı genişmiqyaslı hava hücumlarında yüksək səviyyəli hərbi obyektlər, xüsusilə də nüvə obyektləri vurulub. Hücumlarda İran Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun Baş Komandanı və 9 nüvə alimi də daxil olmaqla çox sayda insan həyatını itirib, mülki vətəndaşlar da daxil olmaqla, ümumi ölənlərin sayının 224 olduğu açıqlanıb.
Buna cavab olaraq İran ordusu İsrailə ballistik raketlər atıb, nəticədə 24 nəfər ölüb, 500-dən çox adam yaralanıb.