İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
21:08 | 20 iyun 2025 | Cümə
Məqaləyə 230 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
İsrail–“Hizbullah” xəttində hava hücumları; PUA-larla çəkindirmə işə yaramır
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
İranın xarici işlər naziri Abbas Araqçı İsveçrənin Cenevrə şəhərində Böyük Britaniya, Fransa və Almaniyanın xarici işlər nazirləri və Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas ilə görüşündən əvvəl İran dövlət televiziyasına açıqlamalar verib. İsrailin İrana qarşı son hücumlarında ABŞ-ı əməkdaşlıq etməkdə günahlandıran Araqçı, ABŞ-ın bölgədə İsraillə birgə hərəkət etdiyinə dair kifayət qədər dəlil olduğunu bildirib. Araqçı, “ABŞ prezidenti Donald Trampın açıqlamalarında açıq şəkildə biz sözünü işlətməsi bu əməkdaşlığın ən bariz göstəricisidir”, – deyib.
***
ABŞ-ın İrana ünvanladığı mesajlarda dolayısı ilə “müzakirə” çağırışı etdiyini ifadə edən Araqçı, “Hücumlar davam etdiyi müddətcə heç bir tərəflə danışıqlar aparmayacağıq. ABŞ bu cinayətlərin ortağıdır və onlarla danışacaq heç bir şeyimiz yoxdur”, – deyib. Cenevrədə keçiriləcək görüşdə yalnız nüvə və regional məsələlərin müzakirə ediləcəyini bildirən Araqçı, “Heç bir ağıllı insan İranın müdafiə gücü olan raket qabiliyyəti ilə bağlı danışıqları qəbul edə bilməz. Bizim belə bir gündəmimiz yoxdur”, – dedi.
***
İranın İsrailə qarşı cavab hücumlarına toxunan Araqçı, “Silahlı qüvvələrimiz yalnız hərbi və iqtisadi hədəfləri vurub. Biz heç vaxt mülki yaşayış məntəqələrini, xəstəxanaları və mülki binaları hədəf almamışıq. Raket əməliyyatlarımızda beynəlxalq hüquq və etik qaydalara maksimum dərəcədə riayət olunub”, – deyib.
***
İsrailin hücumlarından sonra Xarici İşlər Nazirliyinin silahlı qüvvələrlə eyni vaxtda hərəkətə keçdiyini bildirən Araqçı, “30-a yaxın ölkənin xarici işlər nazirləri ilə əlaqə saxladıq. Cənab prezidentimiz (Məsud Pezeşkian) bəzi ölkə liderləri ilə görüşdü. BMT-nin baş katibi (Antonio Qutters) ilə görüşümdə ötən həftə Təhlükəsizlik Şurasının təcili toplantıya çağırılmasını tələb etdik”, – dedi.
***
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) önümüzdəki günlərdə keçirəcəyi Xarici İşlər Nazirləri Toplantısında İrana hücumun xüsusi gündəmlə müzakirə ediləcəyini bildirən Araqçı, “Qərbin əksəriyyət təşkil etdiyi beynəlxalq qurumlardan İsrailə qarşı hər hansı addım gözləmirik. Amma dünya ictimaiyyətinə həqiqəti göstərmək istəyirik”, – deyib.