
Şiə ideologiyasına sığal çəkən insan alveri
Fars-molla rejimi siğə adı altında insanlıq cinayəti törədir
Fars-molla rejimi siğə adı altında insanlıq cinayəti törədir
Sistaninin çevrəsi Bağdadda boşluğu doldurmağa çalışır
Livan hökuməti terror təşkilatını tərksilah edə bilmir
ABŞ-da yüzlərlə təyyarənin gecikməsi, onlarla reysin ləğvi minlərlə sərnişinə təsir etdi
Azərbaycanın güclənməsinə qarşı fars-şiə qarşıdurması
Pekin Vaşinqtonun tarif təhdidlərinə qarşı əməkdaşlığı genişləndirir
Terror strategiyasının arxasında gizlənən ideoloji silah
Minimum gömrük qiymətləri 10%-dən 15-ə qaldırıldı
20 vilayətdə dövlət qurumları bağlanır
... Yaxud dəniz quldurlarının “dövlət” arzusu
Yaxud Yayın istisində qaynayan region
İranlı molla Xameneyini təhqir etdi
Dərinləşən iqtisadi böhran fonunda Tehran yeni monetar islahata hazırlaşır
ABŞ Prezidenti yaxın günlərdə yeni FED üzvü və statistikasının rəhbərini açıqlayacaq
Pezeşkiandan molla rejiminə böyük dərs...
Tehran nüvə sazişindən çıxmağa hazırlaşır
İsrail 1979-cu il inqilabından bəri İranı idarə edən “Vilayəti Fəqih” rejimini devirmək istəyini gizlətmir. Lakin analitiklər deyirlər ki, İran müxalifəti daxilində parçalanmalar və yeni hökumətin daha az sərt olacağına dair təminatların olmaması nəzərə alınmaqla, bu mərc risklərlə doludur.
İran Yayım Korporasiyası kimi nüvə və ya ballistik obyektləri olmayan yerlərin hədəfə alınmasından sonra İsrailin əsl məqsədinin təkcə İranın nüvə və ballistik imkanlarını zəiflətmək deyil, həm də fars-molla rejiminin başçısı Əli Xameneyini vəzifədən uzaqlaşdırmaq olduğu barədə fərziyyələr artıb.
ABŞ prezidenti Donald Tramp “Biz Xamneyinin harada gizləndiyini bilirik” desə də, üç onillikdən artıq hakimiyyətdə olan liderin devrilməsinin nəticələri risk və qeyri-müəyyənliklə doludur.
Avropa liderləri ABŞ-ın 2003-cü ildə İraqa müdaxiləsinin və 2011-ci ildə NATO-nun Liviyaya hərbi müdaxiləsinin nəticələrindən xəbərsiz deyillər.
Səddam Hüseyn və Müəmmər Qəddafi rejimləri süqut etdi, lakin diktaturaların dağılması hər iki ölkədə illərlə qanlı qarışıqlıqlara səbəb oldu.
Fransa prezidenti Emmanuel Makron Kanadada keçirilən G7 sammitinin sonunda deyib: “Bu gün ən böyük səhv İranda hərbi yolla rejim dəyişikliyinə cəhd etməkdir, çünki bu, xaosa gətirib çıxaracaq. 2003-cü ildə İraqda baş verənlərin və ya son on ildə Liviyada baş verənlərin yaxşı fikir olduğunu düşünən varmı? Xeyr!”
SEPAH
Ekspertlər deyirlər ki, Xameneyinin və onun çevrəsinin devrilməsi İnqilab Keşikçiləri Korpusunun (SEPAH) və ya silahlı qüvvələrin sərt mövqeli üzvləri tərəfindən doldurula biləcək bir boşluq yarada bilər.
Karnegi Beynəlxalq Sülh Fondundan Nikol Qrajewski, “İsrailin hücumları nüvə silahlarının ləğvindən çox, rejim dəyişikliyinə yönəlib”, – deyib.
AFP-nin məlumatına görə, Qrajevski, “İsrailin ballistik raketləri və hərbi obyektləri hədəf alması şübhəsizdir, eyni zamanda İran Yayım Korporasiyası kimi rejimin rəhbərliyini və simvollarını da hədəfə alır. Rejim yıxılarsa, digər liberal və ya demokratik güclü bir hökumətə də ümidlər var. Ancaq SEPAH kimi qəddar bir sistemin də meydana çıxmaq ehtimalı var”, – deyib.
Devrilmiş şahın oğlu Rza Pəhləvi
Ən görkəmli müxalifət fiqurlarından biri İranın devrilmiş şahının ABŞ-da yaşayan oğlu Rza Pəhləvidir. Rejimin “dağılmaq ərəfəsində” olduğunu deyən Pəhləvi Xameneyini “paranoyak siçovul kimi yerin altında gizlənməkdə” ittiham edib.
Pəhləvi uzun müddətdir ki, rejimin yəhudi dövlətini tanımaqdan imtinasına qarşı çıxmaq üçün atasının hakimiyyəti dövründə İsraillə mövcud olan yaxın münasibətləri bərpa etməyə çağırıb.
Şah rejiminin tərəfdarları yəhudiləri Babil imperiyasından azad edən ən böyük fars padşahlarından biri olan Kirdən sonra “Kir müqavilələri” kimi yaxınlaşmanı xatırladırlar.
Amma Pəhləvi nə İran daxilində, nə də xaricdə universal dəstək görmür.
Pəhləvinin mövqeyi və İsraillə münasibətləri, xüsusən də o, İsrailin İrana hücumlarını pisləməkdən imtina etdikdən sonra parçalanma mənbəyi olub.
Xalq Mücahidləri Təşkilatı
Xalq Mücahidləri Təşkilatının lideri Məryəm Rəcəvi həftənin əvvəlində Avropa Parlamentində, “İran xalqı rejimin çökməsini istəyir”, – deyib.
Xalq Mücahidləri Təşkilatı digər müxalifət qrupları tərəfindən bəyənilmir və İran-İraq müharibəsində Səddam Hüseyni dəstəklədiyi üçün bəzi iranlılar tərəfindən şübhə ilə qarşılanır.
Ottava Universitetinin professoru Tomas Juno, “Alternativ axtarışda çətinliklərdən biri də mütəşəkkil, demokratik alternativin olmamasıdır”, – deyib.
Rza Pəhləvinin “İran daxilində və xaricində ən çox tanınan müxalifət lideri” olduğunu etiraf edən Juno, “yeganə alternativ və təəssüf ki, ən narahatedici ssenarilərdən birinin SEPAH tərəfindən çevriliş və ya teokratiyadan hərbi diktaturaya keçid olduğunu”, – deyib.
Mütəxəssislər ölkədə qeyri-sabitliyi artıra biləcək tez-tez diqqətdən kənarda qalan bir amil barədə xəbərdarlıq ediblər: “İranın mürəkkəb etnik quruluşu var. Burada böyük azlıqlar olan türklər, kürdlər, ərəblər, bəluclar farslarla birgə yaşayır.
Nikol Qrayevski xəbərdarlıq edib ki, “etnik parçalanmalar digər dövlətlər tərəfindən istismar edilə bilər”.
ABŞ-da yerləşən “Soufan Center” analitik mərkəzinin analitikləri də İraqa bənzər ssenarinin İranda baş verdiyini və mövcud rejimin sağ qalmasının “strateji uğursuzluq” kimi qiymətləndirildiyi barədə xəbərdarlıq ediblər.
“Rejim dəyişikliyindən sonra nə baş verəcəyini proqnozlaşdırmaq hələ də çətindir. Bununla belə, dəyişiklik İraqdan daha geniş miqyasda regional iğtişaşlara səbəb ola bilər və qlobal əks-səda doğura bilər”, – analitiklər bildirib.