İranda intiharlar gizlədilir
“Bir çox özünəqəsd hadisələri mətbuatda paylaşılmır”
20:42 | 21 iyun 2025 | Şənbə
Məqaləyə 209 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir çox özünəqəsd hadisələri mətbuatda paylaşılmır”
Son bir ayda 20 illik rekord
SEPAH-la islahatçılar arasında qarşıdurma qızışıb
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
BMT-nin baş katibi İrandakı ölüm hökmləri ilə bağlı hesabat təqdim etdi
Region həyatımızda getdikcə daha çox yer tutur...
Sergey Lavrov və Zərif arasında qarşıdurma
Girov anlaşmasından sonra İsraildə keçirilən sorğuda xalqın hakim “Likud” partiyasına inam artdı
Müdafiə naziri yeni Qəzza planı hazırlatdırır; Trampdan “HƏMAS”a sərt mesaj
Deputatlığa namizəd Səfa əl-Məşhədani öldürüldü
Günahkar iqlim dəyişikliyidir?
HƏMAS silahı buraxmasa, əməliyyatlar bu dəfə təşkilatın tamamilə məhvinə qədər davam edəcək
Fars-molla rejimi artıq oyuncaqlardan da qorxur
İran məhkəməsi casusluqda günahlandırılan iki fransız vətəndaşı barədə hökm verdi
ABŞ hökumətinin bağlanması iqtisadiyyata və kredit reytinqinə təsir edə bilər
Dünya ABŞ-ın İsrail-İran müharibəsinə birbaşa müdaxilə edib-etməyəcəyi ilə bağlı fikirdədir. Mütəxəssislər iddia edirlər ki, İranın ən mühüm nüvə obyekti olan Fordo ancaq ABŞ istehsalı olan və yalnız “B-2” bombardmançılarının daşıya bildiyi bunker dağıdan özəllikli GBU-57/B tərəfindən məhv edilə bilər. 100 metr dərinlikdə tikilən İran bunkerlərini məhv edəcək bombalarla havaya qalxa bilən ABŞ-ın gizli təyyarəsi Hind okeanındakı Dieqo Qarsiya bazasında yerləşdirilib və əməliyyata hazırdır.
“B-2”lər radar sistemləri tərəfindən aşkarlana bilməyən “ruh” təyyarələr kimi tanınır. Hər biri 13.6 ton olan 2 raketlə havaya qalxmaq üçün təyyarə tam dolu olmayan yanacaq çəni ilə yüksəlir. Daha sonra havada tanker təyyarənin köməyi ilə çənini yanacaqla dolduran “Ruh” bundan sonra 18.500 km məsafə qət edə bilir. “B-2” bombardmançıları adi və nüvə başlıqlı bombalar daşıya bilir. Bildirilir ki, mart ayında Dieqo Qarsiya bazasına ən azı üç “B-2” bombardmançısı yerləşdirilib, daha sonra isə bazaya daha yeddi “B-2” təyyarəsi göndərilib. Hazırda Missuri ştatındakı Uaytman Hərbi Hava Qüvvələri bazasından havalanan daha 6 “B-2” təyyarəsi ABŞ-ın Quam adasındakı bazasına doğru istiqamətlənib. “B-2”lərin növbəti dayanacağının Sakit Okeandakı Dieqo Qarsiya adası olacağı düşünülür.
***
İranın qayanın altında 80-90 metr dərinlikdə inşa etdiyi təxmin edilən Fordo Nüvə Mexanizmini hədəf almaq üçün yalnız ABŞ-ın ən ağır bunker partladan bombası GBU-57/B kifayət hesab olunur. GBU-57/B hədəfi vurmazdan əvvəl beton və zirehli plitələrə dağıtmaq və daha sonra yerin altına nüfuz edərək partlamaq üçün hazırlanıb. “Bunker buster” kimi tanınan bu sursat 100 metr dərinliyə enə bilir. Fordo kimi bir obyekti məhv etmək üçün bir-birinin ardınca birdən çox bomba istifadə edilməli olacağı təxmin edilir. Bildirilir ki, bu xüsusi bomba yalnız B-2 təyyarələri tərəfindən daşına bilər ki, bu da ABŞ-ın prosesdə iştirakını zəruri edir.
***
Dieqo Qarsiya ilə İran arasındakı məsafə təqribən 3795 km-dir. Buradan havaya qalxan “B-2” təyyarələrinin havada yanacaq doldurmaqla bu məsafəni qət edə biləcəyi qeyd edilir. “B-2”lərin bu məsafəni maksimum sürətlə iki saata qət edə bildiyini bildirir. Hərbi ekspertlər “Maksimum yük daşıma qabiliyyəti sürətinə təsir etmir”, – deyib.
***
“Əfqanıstanda “B-2”nin atdığı bombanı “C-130” hərbi yük təyyarəsindən atdılar. Təsiri o qədər böyük oldu ki, Tora Bora dağlarında 4,5 bal gücündə zəlzələ baş verdi”. İsraildə bir nüvə obyektini məhv etmək üçün kifayət qədər təyyarə və bomba olduğunu deyilir: “F-15 təyyarələri bir dəfəyə 4,5 ton bomba atır. Bunlar zirehli deşici bombalardır. Bu hadisə İsrailin ABŞ-ı işə cəlb etmək üçün bir hiylədir. Əks halda İsrailin eyni nöqtədən asılı olaraq təxminən 81 metr hündürlüyündə çuxur qaza bilər. “F-15”lər atılan 10 bomba ilə lazımı dərinliyə çata bilər”.
***
Məlumdur ki, İranın yüksək səviyyəli hərbi rəhbərləri Dieqo Qarsiyaya qarşı qabaqlayıcı hücumun mümkünlüyünü araşdırır. Bəzi İran rəsmiləri iddia edirlər ki, hətta simvolik bir hücum belə göstərəcək ki, amerikalılar nəticələrini yaşamadan İrana hücum edə bilməzlər. Mütəxəssislər bildirirlər ki, Dieqo Qarsiya hərbi texnologiyanın inkişafı səbəbindən artıq toxunulmaz ola bilər. Həmçinin vurğulanır ki, İranın “dəniz bazası” döyüş gəmisi, “raketlərin və pilotsuz uçuş aparatlarının buraxıla biləcəyi çevrilmiş konteyner gəmisi” var. İran gəmilərindən iri həcmli PUA və raket hücumlarının həyata keçirilə biləcəyi bildirilir.
***
30 kvadrat kilometr ərazisi olan Dieqo Qarsiya 1500-cü illərin əvvəllərində kəşf edilib. Hind okeanının mərkəzində yerləşən Çaqos arxipelaqını təşkil edən 52 adadan ən böyüyüdür. Kəşf edildikdən sonra ada 1700-cü illərdə yenidən kəşf edilərək fransızlar tərəfindən iddia edilənə qədər xəritələrdə unudulmuş, Napoleon müharibələrindən sonra isə ingilislərə verilənə qədər fransızlar tərəfindən idarə edilib. 1965-ci ildə Britaniya Hind Okeanı Ərazisinin (BIOT) yaradılması ilə Dieqo Qarsiya Britaniya hökumətinin inzibati nəzarəti altına keçdi. 1966-cı ildə Böyük Britaniya və ABŞ arasında adanı hər iki dövlətin müdafiə ehtiyaclarını ödəmək üçün istifadəyə verən müqavilə imzalandı. 1971-ci ilin yanvarında ABŞ Hərbi Dəniz Qüvvələri Dieqo Qarsiyada ABŞ hərbi varlığının tikintisinə başlamaq üçün desant gəmisi ilə adaya köçdü. Dieqo Qarsiyada tikinti fəaliyyətləri 1979-cu ildə İran şahının devrilməsindən sonra başlayıb və 1986-cı ildə tamamlanıb.