İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
14:57 | 23 iyun 2025 | Bazar ertəsi
Məqaləyə 206 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
İsrail–“Hizbullah” xəttində hava hücumları; PUA-larla çəkindirmə işə yaramır
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) ABŞ-ın İranın 3 nüvə obyektinə endirdiyi hava hücumundan sonra toplanan iclasında iştirak edən Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) direktoru Rafael Mariano Qrossi gündəmlə bağlı qiymətləndirmələr edib.
İnternetdə iştirak etdiyi iclasda yarım əsrdən artıqdır ki, beynəlxalq təhlükəsizliyə dəstək verən “Nüvə Silahlarının Yayılmaması Müqaviləsi”nin təhlükə altında olduğunu bildirən Qrossi ABŞ-ın hücumları ilə İrandakı hadisələrin daha da ciddiləşdiyini bildirib.
***
Qrossi dialoq və diplomatiyaya qayıtmaq üçün bir fürsət pəncərəsinin olduğunu ifadə edərək, “Bu pəncərə bağlanarsa, şiddət və dağıntılar ağlasığmaz səviyyələrə çata bilər və bildiyimiz kimi qlobal nüvə silahının yayılmaması sistemi çökə bilər”, – deyib.
Qrossi danışıqlar masasına qayıtmaq çağırışını təkrarlayaraq, “Biz NPT-nin qəyyumları olan MAQATE müfəttişlərinə İrandakı nüvə obyektlərinə qayıtmağa və 400 kiloqramlıq 60 faiz zənginləşdirilmiş uran ehtiyatı da daxil olmaqla, bütün ehtiyatları yoxlamağa icazə verməliyik”, – deyib.
***
MAQATE-nin prezidenti “Hazırda heç kim, o cümlədən MAQATE Fordodakı obyektin yeraltı hissəsinə dəyən ziyanı qiymətləndirmək iqtidarında deyil”, – deyib.
Gecə saatlarında İsfahan nüvə obyektində digər binaların vurulduğunu və ABŞ-ın hücumda qanadlı raketlərdən istifadə etdiyini bildirən Qrossi, “Təsirə məruz qalan strukturlar arasında uranın çevrilmə prosesi ilə bağlı bəzi binalar var. Həmçinin görünür ki, bu obyektdə zənginləşdirilmiş materialların saxlanması üçün istifadə edilən tunellərin girişləri vurulub”.