10 gəmi blokadanı yardı
Hörmüz gərginliyi davam edərkən diqqətçəkən hərəkətlilik yaşandı
20:56 | 23 iyun 2025 | Bazar ertəsi
Məqaləyə 281 dəfə baxılıb
Şriftin ölçüsü
Hörmüz gərginliyi davam edərkən diqqətçəkən hərəkətlilik yaşandı
ABŞ-nin sərtləşən mövqeyi əsnasında diplomatik proses gərginləşib
ABŞ və Böyük Britaniyanın qara siyahısına düşənlər arasında Çin şirkətləri də var
İrandan Avropa ölkələrinə xəbərdarlıq
Hörmüz gərginliyinin yaxın müddətdə həllini tapacağı gözlənilmir
Avropa ölkələri ABŞ ilə sövdələşməyə hazırlaşır
1 nəfər mülki vətəndaş həlak oldu
Geri addım, Körfəz ölkələrinin vetosu və yeni dönüş
ABŞ və İran Hörmüz boğazında toqquşdu ...
Bəndər-Abbas və Keşm limanlarına hava zərbələri endirilib
İran XİN rəhbəri Əli Xameneyinin ölümündə günahlandırılır
“Çaxal” əsgərinin xristian abidələrinə qeyri etik davranışı hiddətə səbəb oldu
Hərbi ekspert: “Generalitet də dilinə sahib çıxmalıdır”
Pekin boğazın açılmasını istəsə də, qarşılıqlı güzəşt tələb edir
Hörmüz boğazı açılacaqmı?
Bazarlar İran–ABŞ danışıqlarını izləyir
ABŞ-ın İrandakı üç əsas nüvə obyektini hədəf alan hücumlarından sonra bölgədə müharibə daha da şiddətlənib. İsrail mətbuatında yer alan xəbərlərə görə, Tel-Əvivin İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) və ordusunun əsas simaları da daxil olmaqla “ölüm siyahısı” hazırladığı iddia edilir. Siyahı İranın hərbi komandanlıq zəncirində yarana biləcək liderlik boşluğuna qarşı hazırlıqların aparıldığını ortaya çıxarsa da, mümkün sui-qəsd ssenarilərini də gündəmə gətirib.
***
“The New York Times”ın təcrübəli İran müxbiri Farnaz Fassihi yazıb ki, Ayətullah Əli Xameneyi hazırda bütün elektron əlaqə kəsilmiş bunkerdədir. Fassihinin “X”də paylaşdığı məlumata görə, Xameneyiyə çatmaq çox çətindir və İranın ABŞ hücumlarına qəti cavabı Xameneyi danışana qədər bəlli olmayacaq.
Xameneyinin öldürülməsi məsələsi ilə bağlı ABŞ və İsrail arasında fikir ayrılıqlarının olduğu iddia edilir. Bununla belə, Xameneyinin mümkün liderlik boşluğundan qaçmaq üçün üç potensial varis müəyyənləşdirdiyi də iddia edilir.
***
İsrailin “nüvə proqramına cavabdeh olan rəsmi” kimi təsvir etdiyi Xameneyinin baş müşaviri Əli Şamhani hədəf siyahısında birinci yerdədir. İsrailin ilk hücumlarında ağır yaralanan Şamhaninin bir ayağının amputasiya edildiyi və kritik müddətdən sonra səhhətinin stabilləşdiyi bildirilir.
Şamhaninin hücumdan dərhal əvvəl “X”də çoxdilli paylaşımı da diqqət çəkib. Mesajında "Yüz dəfə yaralansam belə, İran üçün özümü fəda edərəm. Ümidlə müqavimət göstərən bir xalqı məğlub etməyə çalışanlar sonunda külə dönəcəklər”, – deyib.
***
İranda hərbi komandanlıq əsaslı şəkildə yenidən qurulub. Bu adların da İsrailin radarında olduğu iddia edilir:
Əbdülrəhim Musəvi: Keçmiş ordu komandiri İranın Baş Qərargah rəisi vəzifəsinə namizəd göstərilib. ABŞ və İsrail əleyhinə çıxışları ilə tanınan Musəvi “İran xalqı heç vaxt təcavüzə boyun əyməyib” deyərək yeni dövrün mesajını verdi.
Məhəmməd Pakpur: SEPAH Quru Qoşunlarının keçmiş komandanı, o, yeni dövrdə general Hüseyn Salaminin yerinə təyin edilib. 2019-cu ildə ABŞ sanksiyalarına məruz qalan Pakpur şimal-qərbdəki üsyanları yatırtması ilə tanınır.
Məhəmməd Kərimi: İranın şərqində Bəluc nümayişlərini sərt şəkildə yatırtması ilə gündəmə gələn Kərimi Quru Qoşunlarının komandanı təyin edilib. O, sərt idarəetmə tərzi ilə diqqət çəkir.
Əmir Hatəmi: Xameneyinin hərbi müşaviri vəzifəsində çalışmış və Bəsic strukturunda böyümüş Hatəmi yeni dövrdə İran ordusuna komandanlıq etmək üçün təyin edilib. O, bundan əvvəl müdafiə naziri vəzifəsində çalışıb.
***
İran administrasiyası hələlik ABŞ-ın hücumuna rəsmi və hərtərəfli cavab verməyib. Ancaq ölkədə yeni hərbi struktur və ictimaiyyətə verilən sərt mesajlar yaxın günlərdə daha böyük reaksiyanın veriləcəyindən xəbər verir.