Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
22:08 | 23 iyun 2025 | Bazar ertəsi
Məqaləyə 215 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini (keçmiş prezident) Dmitri Medvedev ölkəsinin “Nüvə Silahlarının Yayılmaması Müqaviləsi”nə üzv olduğunu və buna görə də İrana nüvə silahı vermək niyyətində olmadığını bildirib.
Medvedev verdiyi yazılı açıqlamada ABŞ prezidenti Donald Trampın bu gün onun əleyhinə verdiyi açıqlamaya cavab verib.
ABŞ-ın İranın hücumunu pislədiyini vurğulayan Medvedev hücumun məqsədinə çatmadığını bildirib.
İsrailin Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə tərəf olmadığına diqqət çəkən Medvedev, “Rusiyanın İrana nüvə silahı vermək niyyəti yoxdur, çünki biz Nüvə Silahlarının Yayılmaması Müqaviləsində tərəfik”.
Medvedev Rusiya prezidenti olduğu müddətdə Rusiyanın nüvə qüvvələrinə cavabdeh olduğunu və İrana nüvə silahının verilməsinin nəyə gətirib çıxara biləcəyindən xəbərdar olduqlarını bildirib.
“ABŞ prezidenti” ilə Yeni Strateji Silahların Azaldılması Müqaviləsini (Yeni START) imzaladığını xatırladan Medvedev, sözügedən razılaşmanın hələ də qüvvədə olduğunu qeyd edib.
Hansı ölkənin daha çox nüvə silahına sahib olmasının müzakirə edilməməsi lazım olduğunu vurğulayan Medvedev, “Sual ondan ibarətdir ki, bundan sonra nə var”, – sualını verib.
Tramp bu gün “Truth Social” hesabında paylaşdığı paylaşımda Medvedevin həftə sonu nüvə obyektləri ABŞ tərəfindən vurulan İrana “başqa ölkələr tərəfindən nüvə silahı verilə bilər” ifadəsinə sərt reaksiya verib.
***
Ryabkov paytaxt Moskvada keçirilən 11-ci Primakov oxunuşları elmi-ekspert forumunda iştirak edib. Ryabkov çıxışında ABŞ-ın İrandakı nüvə obyektlərinə hücumlarının narahatlıq doğurduğunu və bu hərəkətləri pislədiklərini bildirib.
Ryabkov ABŞ-ın İranla “ultimatum” dili ilə danışmağa çalışdığını bildirib və bunları deyib:
“Lakin nə Tehran, nə də başqa bir ölkə bu dili qəbul etməz. Ona görə də vəziyyəti gərginləşdirən hərəkətlərdən imtina edilməli və danışılan diskurs dəyişdirilməlidir. Bu yolla siyasi həll şansı yaranmış olur. İmkan daxilində diplomatiya və siyasi təmaslara şans verilməlidir. Bu, ilk növbədə ABŞ-a aiddir. İsrailin və ABŞ-ın baş verənlərlə bağlı məsuliyyətsiz siyasəti İran və ABŞ-ın baş verənlərə qarşı həyata keçirtdiyi addımlardır. Suveren dövlətə qarşı hegemon üsullar son dərəcə narahatedici və qəbuledilməzdir”.
Ryabkov İranın bu vəziyyətdə özünümüdafiə hüququ çərçivəsində hərəkət etdiyini vurğulayaraq, İranla sıx təmasda olduqlarını bəyan edib. Ryabkov, “Biz İranla bir çox sahədə əməkdaşlıq edirik. İranla strateji tərəfdaşlığımız pozula bilməz”, – dedi.
Ryabkov deyib ki, İranın zədələnmiş obyektləri bərpa etmək potensialı var. Ryabkov Rusiya və ABŞ münasibətlərinə də toxunaraq, ikitərəfli münasibətlərdə problemlərin artdığını qeyd edib.