İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
08:22 | 24 iyun 2025 | Çərşənbə axşamı
Məqaləyə 267 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
İsrail–“Hizbullah” xəttində hava hücumları; PUA-larla çəkindirmə işə yaramır
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı səhər saatlarında İran-İsrail arasında 13 iyundan bəri davam edən gərginliyin “atəşkəs”lə sona çatdığını açıqlayıb.
O, sahibi olduğu “Truth Social”da yayımladığı yazılı açıqlamada, “İsrail və İran tam və hərtərəfli atəşkəs mövzusunda tam razılığa gəliblər”, – deyə qeyd edib.
Tramp bəyan edib ki, bu razılaşma son vəzifələr tamamlandıqdan sonra altı saat ərzində qüvvəyə minəcək.
ABŞ prezidenti bu atəşkəsin “12 saat davam edəcəyini bildirib və əlavə edib ki, bu müddətin sonunda müharibə bitmiş hesab olunacaq.
Hər iki ölkəni müharibəni sona çatdırmaqda göstərdikləri dözüm, cəsarətə görə təbrik edən Tramp, “24-cü saatın sonunda 12 günlük müharibənin sona çatması rəsmi olaraq dünyaya elan olunacaq. Atəşkəs zamanı hər iki tərəf qarşı tərəfə sülh və hörmətli münasibət nümayiş etdirəcək”, – deyib.
Sözügedən müharibənin illərlə davam edə biləcəyini və bütün Yaxın Şərqi məhv etmək potensialına malik ola biləcəyini qeyd edən Tramp yekun bölmədə “Allah İsrail, İran və ABŞ-ı qorusun” qeyd edib.
***
İsrail iyunun 13-də İranın paytaxtı Tehranı hədəfə aldı. Partlayışlar şəhərin bir çox yerində səsləndi. İsrail hücumda nüvə və hərbi obyektlərin vurulduğunu açıqladı.
İsrailin baş naziri Benyamin Netanyahu əməliyyatın adının “Yüksəyən Aslan” olduğunu açıqladı. Hücumda 200-ə yaxın İsrail təyyarəsi iştirak edib və 100-ə yaxın hədəfi vurdu.
Hücumlarda nüvə proqramı ilə əlaqəli yüksək səviyyəli komandirlər və elm adamları öldürüldü.
Hücumlar İranın nüvə proqramında sürətli irəliləyişi ilə bağlı gərginliyin pik həddə çatdığı bir vaxta təsadüf edir. Hücumdan bir gün qabaq Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Rəhbərlər Şurası İranı son 20 ildə ilk dəfə müfəttişlərlə əməkdaşlıq etmədiyinə görə rəsmi şəkildə qınadı.
Hücumun ilk saatlarında ABŞ dövlət katibi Marko Rubio İsrailin İrana hücumlarında ABŞ-ın heç bir rolunun olmadığını dedi və Tehrana ABŞ-ın maraqlarını və şəxsi heyətini hədəf almamaq barədə xəbərdarlıq etdi.
Bununla belə, ABŞ prezidenti Donald Tramp dedi ki, İran razılaşma əldə etməlidir, əks halda gələcək hücumlar “daha qəddar” olacaq.
Sonrakı günlərdə Tramp Türkiyə vaxtı ilə 22 iyun bazar günü səhər saatlarında “Truth Social”da paylaşım edərək, “İranda Fordov, Natanz və İsfahan da daxil olmaqla üç nüvə obyektinə çox uğurlu hücumumuzu tamamladıq. Artıq bütün təyyarələr İranın hava məkanından kənardadır”, – dedi.
Fordonu bombaladıqlarını bildirən Tramp, “Bütün təyyarələr sağ-salamat evlərinə qayıtdı. Böyük Amerika döyüşçülərimizi təbrik edirik. Dünyada bunu edə biləcək başqa ordu yoxdur. Bu mövzuya diqqət etdiyiniz üçün təşəkkür edirik”, – dedi.
İranın rəsmi xəbər agentliyi İRNA, “Üç nüvə obyektində radiasiyaya səbəb ola biləcək heç bir material yoxdur”, – dedi.
Hücumdan bir gün sonra İran ABŞ-ın Qətərdəki Əl Udeyd aviabazasına 19 raket atdı. Hadisə nəticəsində xəsarət alan olmadığı bildirildi.